ENG     21 Oktyabr 2017 -ci il
 
  Aktual
  Xəbərlər
  Cəmiyyət
  Maarifləndirmə
  Hadisə
  Müxtəlif
  Arxiv
20 Oktyabr 2017-ci il
N 33 (548)

Əlaqə
Redaksiyanın ünvanı:
.......................................
Bakı şəhəri, Əliyar Əliyev küçəsi 3
.......................................
Tel.: 566 86 70
Faks: 566 86 71
566 86 74
566 86 79






  Baş səhifə / Xəbərlər

Yaşayış sektorunda yanğına qarşı təbliğat işləri aparılır

Fövqəladə Hallar Nazirliyinin Dövlət Yanğın Nəzarəti Xidməti paytaxtın Yasamal, Nəsimi, Xətai və Nizami rayonlarının yaşayış binalarındakı mənzillərdə sakinlər arasında maarifləndirmə işləri aparmışdır.

Xidmətin Yanğına qarşı təbliğat şöbəsinin 2-ci və 3-cü ərazi Dövlət Yanğın Nəzarəti idarələrinin əməkdaşları ilə birgə keçirdikləri tədbirlərdə sakinlərə mənzilləri işıqlandırmaq məqsədilə açıq alovdan (şam, məşəl) istifadə edilməsi, sobanın üzərində və yanında paltar qurudulması, kustar üsulla düzəldilmiş elektrik avadanlıqlarından və elektrik qızdırıcı cihazlarından istifadə edilməsi, bacalarda və çardaqlarda tez alışan əşya və məişət qaz balonlarının saxlanması, qaz balonlarından və nasaz qaz cihazlarından istifadə olunması zamanı yarana biləcək təhlükələr barədə məlumat verilmişdir. Eyni zamanda, payız-qış mövsümü ilə əlaqədar tüstü bacalarının təmizlənməsinin, mənzildən çıxarkən elektrik avadanlığının şəbəkədən ayrılmasının və qaz cihazlarının söndürülməsinin vacibliyi diqqətə çatdırılmışdır. Sakinlərə "Vətəndaşların nəzərinə", "Mənzildə yanğın zamanı davranış qaydaları" adlı yaddaş vərəqələri də paylanmışdır.

FHN DYNX-nin Yanğına qarşı təbliğat şöbəsi



Qəzetin çap variantı




Qəzet Azərbaycan Respublikasının Ədliyyə Nazirliyində qeydiyyatdan keçmişdir. Qeydiyyat nömrəsi - 1873.
Təsisçi Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyi.
Bütün hüquqlar qorunur.
© 2009-cu il