ENG     13 Dekabr 2017 -ci il
 
  Aktual
  Xəbərlər
  Cəmiyyət
  Maarifləndirmə
  Hadisə
  Müxtəlif
  Arxiv
8 Dekabr 2017-ci il
N 40 (555)

Əlaqə
Redaksiyanın ünvanı:
.......................................
Bakı şəhəri, Əliyar Əliyev küçəsi 3
.......................................
Tel.: 566 86 70
Faks: 566 86 71
566 86 74
566 86 79






  Baş səhifə / Xəbərlər

Müşavirədə yanğın təhlükəsizliyinin təmin olunmasında Fövqəladə Hallar Nazirliyi, yerli icra hakimiyyəti və özünüidarəetmə orqanlarının birgə fəaliyyəti müzakirə edilmişdir

Fövqəladə Hallar Nazirliyinin Bakı Regional Mərkəzi payız-qış mövsümünə hazırlıq çərçivəsində oktyabrın 10-da Yasamal rayon İcra Hakimiyyətində "Yanğın təhlükəsizliyinin təmin olunmasında Fövqəladə Hallar Nazirliyi, yerli icra hakimiyyəti və özünüidarəetmə orqanlarının birgə fəaliyyəti" mövzusunda rayon müşavirəsi keçirmişdir.

Tədbirdə Yasamal rayon İcra Hakimiyyətinin, yerli icra və özünüidarəetmə orqanlarının nümayəndələri, o cümlədən aidiyyəti rayon xidmətlərinin və təhsil müəssisələrinin, mənzil-kommunal təsərrüfatı təşkilatlarının rəhbərləri, eləcə də, FHN-in Bakı Regional Mərkəzinin, Dövlət Yanğın Nəzarəti və Dövlət Yanğından Mühafizə xidmətlərinin nümayəndələri iştirak etmişlər.

Müşavirəni giriş sözü ilə açan Yasamal rayon İcra Hakimiyyəti başçısının müavini Xaliq Möhbalıyev tədbirin əhəmiyyətindən bəhs etmişdir. O, yanğınların yol açdığı faciələrin qarşısının alınmasında birgə fəaliyyətin vacibliyini vurğulamışdır.

FHN-in Bakı Regional Mərkəzinin rəis müavini polkovnik-leytenant Elnur Qasımov yanğın hadisələrinə qarşı mübarizədə maarifləndirmənin rolundan danışmışdır.

Toplantıda Bakı Regional Mərkəzinin nümayəndəsi çıxış edərək, Bakı şəhərində 2016 və 2017-ci illərin 8 ayı ərzində baş vermiş yanğınların müqayisəli statistikasını tədbir iştirakçılarının diqqətinə çatdırmışdır.

Daha sonra çıxış edən Dövlət Yanğın Nəzarəti Xidmətinin və Yasamal rayon Dövlət Yanğından Mühafizə Hissəsinin nümayəndələri "Yaşayış massivlərində yanğınların baş vermə səbəbləri: potensial təhlükələr və onların aradan qaldırılması yolları" və "Yanğınların söndürülməsi prosesində qarşıya çıxan problemlər və onların həlli yolları" mövzularında məlumatlar vermişlər. Çıxışlar zamanı yanğınların baş vermə səbəbləri barədə danışılmış, onlardan qorunma yolları barədə praktik tövsiyələr verilmişdir.

Rayonun Mənzil Kommunal Təsərrüfat Birliyinin, Təcili və təxirəsalınmaz yardım stansiyasının əməkdaşları müvafiq olaraq "Yaşayış binalarında yanğın təhlükəsizliyinin vəziyyəti" və "Yanğın zamanı ilkin tibbi yardım" mövzularında çıxışlar etmişlər.

Müşavirənin gedişində məişətdə yanğın təhlükəsizliyi, odsöndürən balondan istifadə qaydaları və dəm qazı ilə bağlı videoçarxlar nümayiş olunmuş, suallar cavablandırılmışdır.

FHN Bakı Regional Mərkəzinin

İctimaiyyətlə əlaqə və təbliğat sektoru



Qəzetin çap variantı




Qəzet Azərbaycan Respublikasının Ədliyyə Nazirliyində qeydiyyatdan keçmişdir. Qeydiyyat nömrəsi - 1873.
Təsisçi Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyi.
Bütün hüquqlar qorunur.
© 2009-cu il