ENG     23 Noyabr 2017 -ci il
 
  Aktual
  Xəbərlər
  Cəmiyyət
  Maarifləndirmə
  Hadisə
  Müxtəlif
  Arxiv
17 Noyabr 2017-ci il
N 37 (552)

Əlaqə
Redaksiyanın ünvanı:
.......................................
Bakı şəhəri, Əliyar Əliyev küçəsi 3
.......................................
Tel.: 566 86 70
Faks: 566 86 71
566 86 74
566 86 79






  Baş səhifə / Hadisə

Respublika ərazisində baş vermiş hadisələr

••• Böhran Vəziyyətlərində İdarəetmə Mərkəzinə daxil olmuş məlumata əsasən, sentyabrın 5-də Yuxarı Qarabağ Kanalının Yevlax rayonunun Aran qəsəbəsindən keçən hissəsində batdığı bildirilən 2004-cü il təvəllüdlü Xəlilli Elşən Məhəbbət oğlunun axtarışları başa çatmışdır. E.Xəlillinin cəsədi Fövqəladə Hallar Nazirliyinin Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinin dalğıc-axtarış qrupu tərəfindən tapılaraq sudan çıxarılmış və aidiyyəti üzrə təhvil verilmişdir.

•••Zaqatala rayonu, Muxax kəndində ümumi sahəsi 66 m2 olan tövlənin yanar konstruksiyaları və tövləyə yığılmış 6 ton ot bağlaması yanmışdır. Yaxınlıqdakı ev yanğından mühafizə olunmuşdur. Yanğın yanğınsöndürənlər tərəfindən söndürülmüşdür.

•••Qobustan rayonu, Dərəkənd kəndində ümumi sahəsi 150 m2 olan birmərtəbəli 4 otaqlı evin mətbəxinin tavanı 20 m2 sahədə yanmışdır. Evin qalan hissəsi yanğından mühafizə olunmuşdur. Yanğın yanğınsöndürənlər tərəfindən söndürülmüşdür.

•••Ağcabədi rayonu, Minaxorlu kəndində həyətyanı sahəyə yığılmış 20 ton ot bağlamasının 6 tonu yanmışdır. Ot bağlamasının qalan hissəsi və yaxınlıqdakı tikili yanğından mühafizə olunmuşdur. Yanğın yanğınsöndürənlər tərəfindən söndürülmüşdür.

•••   Böhran Vəziyyətlərində İdarəetmə Mərkəzinə, Bakı şəhəri, Nəsimi rayonunda 1 nəfərin bağlı qapı arxasında köməksiz vəziyyətdə qalması barədə məlumat daxil olmuşdur. Dərhal Xüsusi Riskli Xilasetmə Xidmətinin xilasediciləri hadisə yerinə cəlb olunaraq mənzilin qapısını açmış və 1954-cü il təvəllüdlü İşirxanov Zaur Tofiq oğlunun cəsədini aşkar edərək aidiyyəti üzrə təhvil vermişlər.

•••Şəki rayonu, Babaratma kəndində dağlıq ərazidə 45 ha sahədə kol-kos və quru ot yanmışdır. Yaxınlıqdakı fermalar yanğından mühafizə olunmuşdur. Yanğın yanğınsöndürənlər tərəfindən söndürülmüşdür.

 

 



Qəzetin çap variantı




Qəzet Azərbaycan Respublikasının Ədliyyə Nazirliyində qeydiyyatdan keçmişdir. Qeydiyyat nömrəsi - 1873.
Təsisçi Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyi.
Bütün hüquqlar qorunur.
© 2009-cu il