ENG     23 Noyabr 2017 -ci il
 
  Aktual
  Xəbərlər
  Cəmiyyət
  Maarifləndirmə
  Hadisə
  Müxtəlif
  Arxiv
17 Noyabr 2017-ci il
N 37 (552)

Əlaqə
Redaksiyanın ünvanı:
.......................................
Bakı şəhəri, Əliyar Əliyev küçəsi 3
.......................................
Tel.: 566 86 70
Faks: 566 86 71
566 86 74
566 86 79






  Baş səhifə / Maarifləndirmə

Elektrotravmalardan özünüzü qoruyun

Yaşadığımız dövrdə elektrik enerjisinin böyük rol oynadığı danılmazdır. Lakin onun yarada biləcəyi təhlükə də hamıya məlumdur. Bu səbəbdən elektrik cihazları, şəbəkələri və məftilləri ilə çox diqqətli davranmaq lazımdır.

Təhlükə yaradan vasitələrdən biri yerə düşmüş elektrik məftilləridir. Diqqətli olun, belə məftillər çox təhlükəlidir. Heç vaxt özünüz yerə düşmüş məftili təmir etməyə çalışmayın.

Xüsusilə güclü külək zamanı yerə düşmüş məftillərlə daha ehtiyatlı olun. Çünki bu zaman onun aşağı, orta və ya yüksək gərginlikli məftil olub-olmadığı barədə heç nə bilmək olmur.

Aşağı gərginlikli zədələnmiş xətlər torpaq və ya yer vasitəsi ilə insana təhlükə yaratmırlar. Ancaq onlara toxunmaq çox təhlükəlidir.

Bir sıra təhlükələrdən fərqli olaraq elektrik təhlükəsini müəyyən etmək çətindir, belə ki, onun nə rəngi, nə iyi, nə də səsi var. Burada görmə, eşitmə, iybilmə və dadbilmə duyğuları köməyə gəlmir. Toxunaraq yoxlamağa isə güvənmək məsləhət deyil. Çünki bu sizə həyatnız bahasına başa gələ bilər. Məftilin şəbəkəyə qoşulu olub-olmadığını yoxlamaq üçün barmağınızı ona toxundurmayın.

Yüksək voltlu məftillərə toxunan zaman çox ağır elektrik zədəsi alınır. Əgər yüksək voltlu kabel qırılıb yerə düşürsə, o zaman onun ətrafında 25 m -ə qədər radiusda təhlükəli zona yaranır.

Əgər yerə düşmüş elektrik məftili görmüsünüzsə, özünüz bu maneəni aradan qaldırmağa çalışmayın. Xüsusən də ağacla kontaktda olan belə məftil gördükdə ağacı çəkməyə və ya aradan götürməyə səy göstərməyin. Bu çox təhlükəlidir.

Nəm ağac elektrik enerjisinin yaxşı keçiricisidir və ona toxunmaq olmaz.

Yerə düşmüş məftillərə qarşı valideynlər xüsusi diqqətli olmalıdır. Belə ki, valideynlər uşaqlara mütləq başa salmalıdırlar ki, onlar elektrik xətlərinin yaxınlığında oynamasınlar və qəti olaraq onlara toxunmasınlar.

Elektriklə bağlı bədbəxt hadisələrdən uzaq olmaq üçün bir sıra qaydalara riayət etmək lazımdır:

- Elektrik cihazlarını və məftillərini nasaz vəziyyətdə saxlamayın.

- Eyni bir vaxtda həm elektrik cihazı, həm də metal predmetlərdən tutmağa çalışmayın. Elektrik cihazlarına yaş əllə toxunmayın.

- Uşaqlara elektrikin təhlükəlilik dərəcəsini izah edin.

- Yüksək gərginlikli xətlərin bağlı olduğu dirəklərə çıxmayın. Belə xətlərin altında uşaqların oynamasına icazə verməyin.

Elektriklə bağlı bədbəxt hadisələrin çoxuna nasaz vəziyyətdə olan elektrik cihazları ilə ehtiyatsız davranış səbəb olur. Bu səbəbdən öz təhlükəsizliyiniz üçün elektriklə ehtiyatlı və diqqətli davranın.

Hazırladı: Dəyanət Bağırov



Qəzetin çap variantı




Qəzet Azərbaycan Respublikasının Ədliyyə Nazirliyində qeydiyyatdan keçmişdir. Qeydiyyat nömrəsi - 1873.
Təsisçi Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyi.
Bütün hüquqlar qorunur.
© 2009-cu il