ENG     23 Noyabr 2017 -ci il
 
  Aktual
  Xəbərlər
  Cəmiyyət
  Maarifləndirmə
  Hadisə
  Müxtəlif
  Arxiv
17 Noyabr 2017-ci il
N 37 (552)

Əlaqə
Redaksiyanın ünvanı:
.......................................
Bakı şəhəri, Əliyar Əliyev küçəsi 3
.......................................
Tel.: 566 86 70
Faks: 566 86 71
566 86 74
566 86 79






  Baş səhifə / Maarifləndirmə

Meşədə yanğın təhlükəsizliyi

Meşə yanğınlarının böyük qismi insanların meşədə iş və istirahət zamanı yanğın təhlükəsizliyi qaydalarını pozması səbəbindən baş verir. Buna görə, hər birimiz meşədə yanğın təhlükəsizliyi qaydalarına əməl etməliyik:

- meşə və meşəətrafı sahələrdə yandırılan tonqal nəzarətsiz qalmamalıdır;

- tonqalı ağac altında, quru ot və kol-kos, ağac qırıntıları olan ərazidə qalamaq olmaz;

- tonqal ətrafındakı otlar 0,5-1 metr radiusda təmizlənməlidir;

- tonqal üçün xüsusi yer hazırlanmalı, yaxud köhnə tonqalın yerindən istifadə edilməlidir;

- küləkli havada tonqal qalamaq olmaz;

- ərazini tərk edən zaman tonqal tam söndürülməli, üzərinə su tökülməli və sonra üstü torpaqla örtülməlidir. Tonqalın tam söndüyünə əmin olun!;

- meşədə söndürülməmiş kibrit çöpünü və siqaret kötüyünü yerə atmaq olmaz;

- meşəyə sürtgü yağı, benzin, ağ neft, dizel yanacağı və digər yanar mayelərlə islanmış material atmaq olmaz;

- meşəyə şüşə qab və şüşə qırıntıları atmaq qadağandır. Onlar günəş şüasının təsirindən yanğına səbəb ola bilər;

- davamlı yanıq iyi, duman şəkilli tüstü, heyvan və həşəratların narahatlığı və eyni bir istiqamətə təlaşlı hərəkəti meşə yanğınlarının əsas əlamətləridir. Bu əlamətlərin və ya meşədə yanğının şahidi olmuşsunuzsa, dərhal "112" qaynar xəttinə zəng edib yanğın haqqında məlumat verin;

- meşədə yanğın sizi yaxalamışsa, üzünüzü və başınızı üst geyimi ilə örtərək yanğın zonasından kənarlaşın və küləyin əksinə doğru hərəkət edin;

- yanğın zonasından çıxa bilmirsinizsə, tezalışan materiallı paltarınızı əyninizdən çıxarın. Yaxınlıqdakı göl, nohur və ya digər su hövzəsinə girin və ya paltarınızı isladın. Üzünüzü yaş və çoxqatlı parça sarğısı ilə örtün. 

 



Qəzetin çap variantı




Qəzet Azərbaycan Respublikasının Ədliyyə Nazirliyində qeydiyyatdan keçmişdir. Qeydiyyat nömrəsi - 1873.
Təsisçi Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyi.
Bütün hüquqlar qorunur.
© 2009-cu il