ENG     20 Senyabr 2017 -ci il
 
  Aktual
  Xəbərlər
  Cəmiyyət
  Maarifləndirmə
  Hadisə
  Müxtəlif
  Arxiv
16 Senyabr 2017-ci il
N 28 (543)

Əlaqə
Redaksiyanın ünvanı:
.......................................
Bakı şəhəri, Əliyar Əliyev küçəsi 3
.......................................
Tel.: 566 86 70
Faks: 566 86 71
566 86 74
566 86 79






  Baş səhifə / Maarifləndirmə

Fövqəladə hallarla bağlı davranış qaydaları
Güclü küləklər (fırtına, qasırğa, burağan)

Külək - havanın  yüksək təzyiq sahəsindən alçaq təzyiq sahəsinə doğru Yer səthi üzərində üfüqi istiqamətdə hərəkətinə deyilir.

Fırtına - dənizdə iri dalğaların əmələ gəlməsinə, quruda dağıntılara səbəb olan saatda 75-117 kilometr sürətli güclü küləkdir.

Qasırğa - sürəti saatda 118 kilometr və daha artıq olan güclü (dağıdıcı) küləkdir.

Burağan - havanın sütun və ya qıf formasında burulğanlı hərəkətidir. Burağanda hava orta hesabla saatda 300 kilometr sürətlə 1000-1500 metr hündürlükdə hərəkət edir.  

Güclü küləklər dağıntı və tələfata səbəb olduğundan aşağıdakı qaydalara əməl edilməlidir.

Bu təbiət hadisələri ilə bağlı davranış qaydaları:

- qapı və pəncərələri bərkidin, kağız zolaqlar yapışdırmaqla pəncərənin küləyin təzyiqinə davamlılığını artırın;

- evdə 2-3 günlük ərzaq, su, vacib dərman ehtiyatı və müstəqil işıq mənbəyi (fənər, şam, neft lampası) yaradın, yanacaq tədarük edin;

- içəri otaqlardan birini daldalanmaq üçün hazırlayın, bütün ehtiyat ləvazimatlarını oraya yığın.

Güclü qasırğa və burağan zamanı:

- qasırğa vaxtı evdəsinizsə, soba və elektrik cihazlarını söndürün, qazı bağlayın;

- əvvəlcədən hazırlanmış içəri otağa və ya dəhlizdə pəncərəsi olmayan bir yerə keçin;

- fəlakət barədə rəsmi orqanların ən son məlumatlarını izləyib tövsiyələrə əməl edin;

- qasırğa sizi küçədə haqlayıbsa, yüngül konstruksiyalı tikili, körpü, estakada, sənaye müəssisəsi, çay və dəniz sahilinə yaxınlaşmayın, elektrik dirəyi və məftilləri, hündür ağacların altında dayanmayın;

- dərhal yaxınlıqdakı binaların zirzəmilərində, möhkəm tikililərdə daldalanmağa çalışın;

- üzünüzü küləyin ətrafa atdığı daş və şüşə parçalarından faner, karton və ya digər bərk əşya ilə, ağız-burnunuzu isə tozdan yaylıq və ya şərflə qoruyun;

- burağan zamanı evdəsinizsə, dərhal zirzəmiyə keçin. Çöllükdəsinizsə, yaxınlıqdakı çökək və ya xəndəkdə uzanıb dibə sıxılın;

- maşındasınızsa, onu saxlayın, salondan çıxıb yaxınlıqdakı çökək və ya xəndəkdə daldalanın.

 

 

 



Qəzetin çap variantı




Qəzet Azərbaycan Respublikasının Ədliyyə Nazirliyində qeydiyyatdan keçmişdir. Qeydiyyat nömrəsi - 1873.
Təsisçi Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyi.
Bütün hüquqlar qorunur.
© 2009-cu il