ENG     23 Noyabr 2017 -ci il
 
  Aktual
  Xəbərlər
  Cəmiyyət
  Maarifləndirmə
  Hadisə
  Müxtəlif
  Arxiv
17 Noyabr 2017-ci il
N 37 (552)

Əlaqə
Redaksiyanın ünvanı:
.......................................
Bakı şəhəri, Əliyar Əliyev küçəsi 3
.......................................
Tel.: 566 86 70
Faks: 566 86 71
566 86 74
566 86 79






  Baş səhifə / Maarifləndirmə

İlan və əqrəb sancmaları ilə əlaqədar təhlükəsizlik qaydaları

Özünüzü ilan sancmasından necə qoruya bilərsiniz?

Meşəyə gedərkən əyninizə uzun şalvar, qalın dəri və rezin materialdan olan uzunboğaz çəkmə geyinin. İlan bu materialları dişləyə bilmir.

Rast gəldiyiniz yuva, hündür otluq və aşmış ağaclardan uzaq durun. Yolunuzu açmaq üçün əlinizi sıx otluğa salmayın, bu məqsədlə əl ağacından istifadə edin.

Qaya parçası və ya ağac kötüyünün üzərinə oturmazdan əvvəl onu diqqətlə nəzərdən keçirin.

Meşədə gecələmək planınız varsa, əvvəlcədən topladığınız çırpıdan ocaq qalayın. İlanlar alov və səs-küydən çəkinir.

İlanla rastlaşdıqda dayanın, arxanızı ona çevirmədən yavaşca geriyə çəkilərək uzaqlaşın, diqqət cəlb etməmək üçün qəfil, kəskin hərəkətlər etməyin. Unutmayın ki, ilan və əqrəbə toxunmadıqda onlar insanı sancmır.

Ölmüş belə hesab etdiyiniz ilana yaxınlaşmayın. Çünki sürünənlər özünü ölmüş kimi göstərə bilər.

Zəhərli ilanı zərərsizdən seçməyi bacarın. Adətən, təhlükəli ilanlar parlaq və əlvan rəngli olur, özlərinə xas fışıltı və şaqqıltılı səslər çıxarır.

Özünüzü əqrəb sancmasından necə qoruya bilərsiniz?

Əqrəbin evə girməməsi üçün qapı və pəncərələri həşərat əleyhinə tor örtüklə təmin edin.

Açıq havada istirahət edirsinizsə, paltar və ayaqqabılarınızı, çadırdakı yataq dəstini nəzarətdə saxlayın, vaxtaşırı onları yaxşıca çırpın.

Əqrəb qumun üst qatında gizləndiyi üçün qumsallıqda ayaqyalın gəzməyin.

İlan və əqrəb sancması zamanı ilkin həkimə qədər tibbi yardım:

-zərərçəkmişi sakitləşdirib rahat vəziyyət verin;

-sancılmış nahiyəni hərəkət etdirməyin;

-yaranı su ilə yuyun;

-soyuq kompress qoyun;

-yara baş və ya boyundadırsa, yara ətrafına əl və ya barmaqla təzyiq göstərin;

-yara əl və ya ayaqdadırsa, qan dövranını pozmadan yaraya sarğı qoyun;

-jqut qoymaq olmaz!

-yaranın özünə müdaxilə etmək və zəhəri sormaq olmaz!

-zərərçəkmişin nəbz və tənəffüsünə nəzarət edin;

-tibbi yardım çağırın.

Unutmayın, Qaydalara biganəlik - həyatımıza təhlükədir!

 

 



Qəzetin çap variantı




Qəzet Azərbaycan Respublikasının Ədliyyə Nazirliyində qeydiyyatdan keçmişdir. Qeydiyyat nömrəsi - 1873.
Təsisçi Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyi.
Bütün hüquqlar qorunur.
© 2009-cu il