ENG     20 Senyabr 2017 -ci il
 
  Aktual
  Xəbərlər
  Cəmiyyət
  Maarifləndirmə
  Hadisə
  Müxtəlif
  Arxiv
16 Senyabr 2017-ci il
N 28 (543)

Əlaqə
Redaksiyanın ünvanı:
.......................................
Bakı şəhəri, Əliyar Əliyev küçəsi 3
.......................................
Tel.: 566 86 70
Faks: 566 86 71
566 86 74
566 86 79






  Baş səhifə / Xəbərlər

FHN-in Baş Əməliyyat İdarəsi seminar-müşavirələr keçirmişdir

Fövqəladə Hallar Nazirliyinin Baş Əməliyyat İdarəsi Şimal-qərb Regional Mərkəzi ilə birgə Şamaxı rayon İcra Hakimiyyətində "Fövqəladə halların qarşısının alınması və nəticələrinin aradan qaldırılması sahəsində Şimal-qərb Regional Mərkəzinin yerli icra hakimiyyəti və özünüidarəetmə orqanları ilə qarşılıqlı fəaliyyətinin təşkili və mövcud problemlər" mövzusunda birgə seminar-müşavirə keçirmişdir.

Seminar-müşavirədə FHN Baş Əməliyyat İdarəsinin Qarşılıqlı Fəaliyyətin Təşkili şöbəsinin, Şimal-qərb Regional Mərkəzinin, Şimal-qərb Regional Dövlət Yanğın Nəzarəti İdarəsinin, Şimal-qərb Regional Sənayedə İşlərin Təhlükəsiz Görülməsi və Dağ-mədən Nəzarəti Müfəttişliyinin, Şamaxı rayon İcra Hakimiyyətinin, Polis şöbəsinin, Mərkəzi Xəstəxanasının, Elektrik paylayıcı şəbəkəsinin, Qaz istismar sahəsinin, Təhsil şöbəsinin, Telekommunikasiya qovşağının, Suvarma sistemləri idarəsinin, Meşələrin mühafizəsi və bərpası müəssisəsinin rəhbər heyəti iştirak etmişdir.

Tədbirdə Şamaxı rayonu üzrə təbii və texnogen xarakterli fövqəladə halların qarşısının alınması və nəticələrinin aradan qaldırılması sahəsində FHN-in qurumları, yerli icra hakimiyyəti və özünüidarəetmə orqanları ilə birgə qarşılıqlı fəaliyyətin təmin edilməsi, onların qəza-xilasetmə və digər təxirəsalınmaz işlərə cəlb edilməsi, fövqəladə hadisələrlə bağlı informasiya mübadiləsinin aparılması, qarşıda duran vəzifələr və problemlərin həllinə dair mövzular müzakirə olunmuşdur.

*****

 Fövqəladə Hallar Nazirliyinin Baş əməliyyat idarəsi Qarabağ Regional Mərkəzi ilə birgə Bərdə rayon İcra Hakimiyyətində "Fövqəladə halların proqnozlaşdırılması, profilaktik tədbirlərin həyata keçirilməsi, eləcə də fövqəladə halların nəticələrinin aradan qaldırılması sahəsində qarşılıqlı fəaliyyət, qarşıda duran vəzifələr və problemlər" mövzusunda seminar-müşavirə keçirmişdir.

Seminar-müşavirədə Fövqəladə Hallar Nazirliyinin Baş əməliyyat idarəsinin, Nazirliyin regionda fəaliyyət göstərən qurumlarının əməkdaşları, yerli icra və özünüidarəetmə orqanlarının təmsilçiləri, rayonun enerji, qaz, telekommunikasiya və su təchizatı üzrə rəhbər şəxsləri, Meşə mühafizəsi və bərpası müəssisəsinin, Polis və Təhsil şöbələrinin rəsmi nümayəndələri iştirak etmişlər.

Qarabağ Regional Mərkəzinin rəisi polkovnik-leytenant Mirəli Feyziyev tədbiri açıq elan edərək bildirmişdir ki, tədbirin keçirilməsində məqsəd fövqəladə halların qarşısının alınması və nəticələrinin aradan qaldırılması, qəza-xilasetmə və digər təxirəsalınmaz işlərin həyata keçirilməsi zamanı yerli icra və özünüidarəetmə orqanları ilə FHN-in regionda fəaliyyət göstərən qurumları arasında qarşılıqlı fəaliyyətin təşkili ilə bağlı vəziyyətin öyrənilməsi, həyata keçirilən tədbirlər, mövcud problemlər və onların həlli yollarının müzakirə olunmasından ibarətdir.

Tədbirdə Bərdə rayonu üzrə təbii və texnogen xarakterli fövqəladə halların qarşısının alınması və nəticələrinin aradan qaldırılması sahəsində FHN-in qurumları, yerli icra hakimiyyəti və özünüidarəetmə orqanları ilə birgə qarşılıqlı fəaliyyətin təmin edilməsi, onların qəza xilasetmə və digər təxirəsalınmaz işlərə cəlb edilməsi, qarşıda duran vəzifələr və problemlərin həllinə dair mövzular müzakirə olunmuşdur. Həmçinin, dövlət və bələdiyyə mülkiyyətində olan ərazilərdə torpaq sahələrinin məqsədyönlü təyinatı, avtomobil və dəmir yollarının, hidrotexniki qurğuların, yanacaq və maye-qazdoldurma məntəqələrinin, yüksək gərginlikli elektrik, orta və yüksək təzyiqli qaz xətlərinin mühafizə zonalarında müxtəlif təyinatlı obyektlərin tikintisinin yolverilməzliyinin vacibliyi vurğulanmışdır.

Sonda təkliflər dinlənilmiş, qeyd olunan məsələlərin həlli istiqamətində görüləcək işlərin səmərəliliyinin artırılması məqsədilə müvafiq tövsiyələr verilmişdir.

 

 



Qəzetin çap variantı




Qəzet Azərbaycan Respublikasının Ədliyyə Nazirliyində qeydiyyatdan keçmişdir. Qeydiyyat nömrəsi - 1873.
Təsisçi Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyi.
Bütün hüquqlar qorunur.
© 2009-cu il