ENG     20 Senyabr 2017 -ci il
 
  Aktual
  Xəbərlər
  Cəmiyyət
  Maarifləndirmə
  Hadisə
  Müxtəlif
  Arxiv
16 Senyabr 2017-ci il
N 28 (543)

Əlaqə
Redaksiyanın ünvanı:
.......................................
Bakı şəhəri, Əliyar Əliyev küçəsi 3
.......................................
Tel.: 566 86 70
Faks: 566 86 71
566 86 74
566 86 79






  Baş səhifə / Xəbərlər

Maarifləndirmə tədbirləri davam etdirilir

Fövqəladə Hallar Hazirliyinin Bakı Regional Mərkəzi Nəsimi rayonundakı Elmi Tədqiqat Travmatologiya və Ortopediya İnstitutunda "Fövqəladə hallarla bağlı davranış qaydaları" mövzusunda növbəti maarifləndirmə tədbiri keçirmişdir.

Tədbirdə Bakı Regional Mərkəzinin, Dövlət Yanğın Nəzarəti, Dövlət Yanğından Mühafizə və Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət xidmətlərinin əməkdaşları iştirak etmişdir.

Toplantıda "Fövqəladə halların təsnifatı", "Zəlzələ zamanı davranış qaydaları", "Torpaq sürüşməsi zamanı davranış qaydaları", "Məişətdə yanğın zamanı davranış qaydaları", "Dəm qazı", "Odsöndürən balonlardan istifadə", "112" qaynar xətti", "Çimərliklərdə təhlükəsizlik qaydaları" mövzularında çıxışlar edilmiş, mövzulara aid videoçarxlar nümayiş etdirilmişdir.

Sonda suallar cavablandırılmışdır.

***

Fövqəladə Hallar Nazirliyinin Şimal Regional Mərkəzi  Siyəzən Rayon Mənzil İstismar sahəsində "Fövqəladə hallarla bağlı davranış və yanğın təhlükəsizliyi qaydaları" mövzusunda seminar-müşavirə keçirmişdir. Tədbirdə zəlzələ, meşədə və məişətdə yanğın, ildırım zamanı və çimərlikdə təhlükəsizlik qaydaları kimi mövzular geniş müzakirə olunmuşdur.

Tədbir iştirakçılarına FHN-in fəaliyyət istiqamətləri və qurumları, fəlakətə səbəb ola biləcək amillərin aradan qaldırılmasında ilkin xəbərdarlıq sisteminin əhəmiyyəti, yanğınların baş verməsində insan faktoru, sel və daşqın zamanı hərəkət qaydaları, Şimal Regional Mərkəzinin regionda yerləşən dövlət qurumları ilə qarşılıqlı fəaliyyətinin əhəmiyyəti, fövqəladə hadisələrin vaxtında aradan qaldırılmasında "112" qaynar xəttinin rolu kimi mövzular barədə məlumat verilmişdir.

Sonda mövzularla bağlı video və fotoslaydlar nümayiş olunmuşdur.

 ***

Fövqəladə Hallar Nazirliyinin Aran Regional Mərkəzi Ağdaş şəhər Mərkəzi Xəstəxanasında "Fövqəladə hallarla bağlı davranış qaydaları" mövzusunda maarifləndirmə tədbiri keçirmişdir.

Tədbir zamanı xəstəxananın kollektivi ilə birlikdə təbii və texnogen xarakterli fövqəladə halların, o cümlədən meşə yanğınlarının yaranma səbəbləri, ilkin xəbərdarlıq sisteminin əhəmiyyəti və çimərlikdə təhlükəsizlik qaydaları kimi mövzular geniş müzakirə olunmuşdur.

Toplantıda "Fövqəladə halların təsnifatı", "Zəlzələ zamanı necə davranmalı?", "Sel və daşqınlar zamanı davranış qaydaları", "Odsöndürücü balonlardan istifadə qaydaları", "Çimərlikdə davranış qaydaları", "Məişətdə yanğın", "Meşə yanğınları" və "112" qaynar xətti" mövzularında çıxışlar edilmiş, videoçarxlar nümayiş olunmuşdur.

Sonda suallar cavablandırılmışdır.

***

Fövqəladə Hallar Nazirliyinin Gəncə Regional Mərkəzi Gədəbəy rayonu Uşaq Gənclər İdman Məktəbində "Fövqəladə hallarla bağlı davranış qaydaları" mövzusunda maarifləndirmə tədbiri keçirmişdir.

Tədbirdə FHN-in Dövlət Yanğından Mühafizə Xidmətinin Gədəbəy rayon Dövlət Yanğından Mühafizə Hissəsinin əməkdaşları da iştirak etmişdir.

Toplantının keçirilməsində məqsəd müəssisənin kollektivinə müxtəlif xarakterli təbii və texnogen mənşəli fövqəladə halların yaranma səbəbləri, onlardan qorunma üsulları haqqında biliklərin aşılanması olmuşdur.

Tədbirdə dəm qazı, yanğınlar, zəlzələ, "112" qaynar telefon xətti, odsöndürən balonlardan istifadə qaydaları haqqında geniş məlumat verilmiş, mövzulara aid fotoslaydlar, videoçarxlar nümayiş olunmuşdur.

Sonda sualları cavablandırılmışdır.

***

Fövqəladə Hallar Nazirliyinin Muğan Regional Mərkəzi "Azəriqaz" İstehsalat Birliyinin Salyan Regional Qaz İstismarı İdarəsində "Fövqəladə hallarla bağlı davranış qaydaları və yanğın təhlükəsizliyi" mövzusunda tədbir keçirmişdir.

Toplantı zamanı Muğan Regional Mərkəzinin əməkdaşları "112" qaynar xətti", "Sel və daşqın", "Məişətdə yanğın zamanı davranış qaydaları", "Dəm qazı", "Çimərlikdə təhlükəsizlik qaydaları", "Odsöndürücü balondan istifadə qaydaları" və "Meşə yanğınları" mövzularında məruzələrlə çıxış etmişlər. Tədbirdə, həmçinin mövzulardan bəhs edən müxtəlif videoçarxlar nümayiş olunmuşdur.

***

Fövqəladə Hallar Nazirliyinin Şimal-qərb Regional Mərkəzi "Qobustan" qəzeti redaksiyasında "Fövqəladə hallarla bağlı davranış qaydaları" mövzusunda maarifləndirmə tədbiri keçirmişdir.

Tədbirdə Qobustan rayon İcra Hakimiyyətinin və "Qobustan" qəzetinin əməkdaşları iştirak etmişdir.

Toplantıda Mərkəzin əməkdaşları "Fövqəladə hallar barədə ümumi məlumat", "Sel və daşqın", "Torpaq sürüşməsi", "Zəlzələ", "Məişətdə yanğın təhlükəsizliyi", "112" qaynar xətti" mövzularında məruzələrlə çıxış etmişlər.

Tədbirin sonunda əhalinin fövqəladə hallar zamanı davranış qaydaları ilə bağlı maarifləndirilməsində mətbuatın roluna dair fikir mübadiləsi aparılmış, suallar cavablandırılmışdır.

***

Fövqəladə Hallar Nazirliyinin Sumqayıt Regional Mərkəzi Sumqayıt Bələdiyyəsinin 9-cu mikrorayon üzrə 7 saylı məhəllə komitəsinin nümayəndələri ilə "Fövqəladə hallarla bağlı davranış və yanğın təhlükəsizliyi qaydaları" mövzusunda maarifləndirmə tədbiri keçirmişdir.

Görüş məhəllə komitəsi üzvlərinin fövqəladə hallarla bağlı davranış qaydaları və mülki müdafiə sahəsində biliklərinin artırılması, baş verə biləcək yanğın və ya partlayış hadisələrinin qarşısının alınmasına yönəlmiş profilaktik tədbirlərin görülməsi məqsədilə keçirilmişdir.

Tədbirdə Sumqayıt Regional Mərkəzinin, Sumqayıt şəhər Dövlət Yanğından Mühafizə İdarəsinin əməkdaşları, Sumqayıt Bələdiyyəsinin və məhəllə komitəsinin nümayəndələri iştirak etmişdir.

Toplantıda "Zəlzələ zamanı necə davranmalı?", "Sel və daşqın zamanı nə etməli?", "Məişətdə yanğın zamanı davranış qaydaları", "Odsöndürən balonlardan istifadə", "Dəm qazı", "Çimərlikdə təhlükəsiz qaydaları" və "112 qaynar xətti" mövzularında çıxışlar edilmiş, mövzulara aid videoçarxlar nümayiş olunmuşdur.

Sonda suallar cavablandırılmış və maarifləndirmə xarakterli təbliğat materialları, yaddaş kitabçaları və bukletlər paylanılmışdır.



Qəzetin çap variantı




Qəzet Azərbaycan Respublikasının Ədliyyə Nazirliyində qeydiyyatdan keçmişdir. Qeydiyyat nömrəsi - 1873.
Təsisçi Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyi.
Bütün hüquqlar qorunur.
© 2009-cu il