ENG     22 Avqust 2017 -ci il
 
  Aktual
  Xəbərlər
  Cəmiyyət
  Maarifləndirmə
  Hadisə
  Müxtəlif
  Arxiv
11 Avqust 2017-ci il
N 25 (540)

Əlaqə
Redaksiyanın ünvanı:
.......................................
Bakı şəhəri, Əliyar Əliyev küçəsi 3
.......................................
Tel.: 566 86 70
Faks: 566 86 71
566 86 74
566 86 79






  Baş səhifə / Xəbərlər

Xüsusi - taktiki təlimdə çağırış zamanı xilasedici qrupların hərəkətləri yoxlanılmışdır

Fövqəladə Hallar Nazirliyi Xüsusi Riskli Xilasetmə Xidmətinin şəxsi heyəti "Bakı Metropoliteni" Qapalı Səhmdar Cəmiyyətinin Avtovağzal metrostansiyasında çağırış zamanı xilasedici qrupların hərəkətləri mövzusunda xüsusi - taktiki təlim keçirmişdir.

Təlimin əsas məqsədi Xidmətin şəxsi heyətinin təsdiq edilmiş xəbərdaretmə sxeminə uyğun olaraq  müəyyən olunmuş vaxt çərçivəsində təyin olunmuş ərazidə toplanışın yoxlanılması, xilasetmə və mühafizə işlərinin təşkili sahəsində təcrübələrinin artırılması, Metropolitendə (real şəraitə uyğun olaraq) xilasetmə, mühafizə və ilkin təxirəsalınmaz tibbi yardımın göstərilməsi sahələri üzrə praktiki bilik və bacarıqlara daha dərindən yiyələnməsinə nail olmaq, xilasetmə və mühafizə işlərinin təşkilində komandirlərin bacarıqlarını və qərargahın uzlaşmasını praktiki fəaliyyətdə yoxlamaq, partlayıcı qurğuların aşkar edilməsi, zərərsizləşdirilməsini öyrənməkdən ibarət olmuşdur. Bakı şəhəri metropoliten stansiyalarında və hərəkət qatarlarında axtarış və qəza-xilasetmə işlərinin aparılması zamanı Xüsusi Riskli Xilasetmə Xidmətinin və Bakı Metropoliten xidmətlərinin qarşılıqlı fəaliyyəti həmçinin əsas məqsədlərdən biridir.

İlkin olaraq Xidmətin idarə və dəstələrinin hazırlıq vəziyyətinə gətirilərək təlim üzrə sənədlərin dəqiqləşdirilməsi və hadisə yerinə yürüş həyata keçirilmişdir. Şərti olaraq hadisə yerinə yaxın olan xilasetmə qrupları, kinoloqlar, mühafizəçilər, pirotexniklər xüsusi təyinatlı nəqliyyat vasitələri ilə hadisə yerinə yollanmışlar.

Xidmətin digər şəxsi heyəti toplanış məntəqəsinə gələrək idarə, dəstə və qrup komandirlərinin göstərişinə əsasən hadisə yerində xilasetmə və mühafizə işlərində iştirak etmək üçün hazırlıq tədbirlərinə başlamışlar. Hadisə yerində komanda - qərargah və tibb məntəqələri yaradılmışdır.

...Fövqəladə hallar rayonuna çatmış mühafizəçilər metropolitenin əməkdaşları ilə birlikdə stansiyanın ərazisini mühafizə edir, kənar şəxslərin stansiya ərazisinə daxil olmasının qarşısını alırlar.

Hadisə yerinə çatmaq üçün xilasedicilər stansiya rəisinin göstərişlərinə əməl edir və onun tərəfindən təyin edilmiş bələdçilərlə hərəkət edirlər. Hərəkət zamanı xilasedicilər, istehkamçılar zəruri olan alət və avadanlıqları hadisə yerinə aparırlar. Xilasedicilər hadisə yerinə çatdıqda kəşfiyyat işlərinə başlayırlar. 

Ən müasir xüsusi geyimlərlə və avadanlıqlarla təchiz edilmiş xilasedicilər kəşfiyyat zamanı qatarın relsdən çıxaraq qəzaya uğraması, çoxlu sayda sərnişinlərin xəsarət alması barədə qrup komandirlərinə məlumat verirlər. Məlumat verildikdən sonra xilasedicilər dərhal xilasetmə işlərinə başlayırlar. Xilasetmə alət və avadanlığından istifadə edərək qəzaya uğramış qatardan zərərçəkmişləri çıxarır, onlara ilk tibbi yardım göstərir və xərəklər vasitəsi ilə metropolitenin şəxsi heyəti ilə birlikdə təxliyə işlərini həyata keçirirlər.  

Xüsusi taktiki təlimin yekunu olaraq xilasedici, pirotexnik-istehkam qruplar qəza-xilasetmə işləri sona çatdıqdan sonra kinoloqlarla birlikdə hadisə yerinə təkrar  baxış keçirir və komanda-qərargah məntəqəsinə məruzə edirlər.

FHN Xüsusi Riskli Xilasetmə Xidmətinin

İctimaiyyətlə əlaqələr sektoru

 

 



Qəzetin çap variantı




Qəzet Azərbaycan Respublikasının Ədliyyə Nazirliyində qeydiyyatdan keçmişdir. Qeydiyyat nömrəsi - 1873.
Təsisçi Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyi.
Bütün hüquqlar qorunur.
© 2009-cu il