ENG     18 Oktyabr 2017 -ci il
 
  Aktual
  Xəbərlər
  Cəmiyyət
  Maarifləndirmə
  Hadisə
  Müxtəlif
  Arxiv
13 Oktyabr 2017-ci il
N 32 (547)

Əlaqə
Redaksiyanın ünvanı:
.......................................
Bakı şəhəri, Əliyar Əliyev küçəsi 3
.......................................
Tel.: 566 86 70
Faks: 566 86 71
566 86 74
566 86 79






  Baş səhifə / Xəbərlər

Dövlət Yanğından Mühafizə Xidməti "SOCAR"ın Neft Kəmərləri İdarəsində yanğın-taktiki təlim keçirmişdir

Fövqəladə Hallar Nazirliyinin Dövlət Yanğından Mühafizə Xidməti "SOCAR"ın Neft Kəmərləri İdarəsinin Dübəndi İstehsalat bölümünün 9 saylı çənlər parkında "Neft və neft məhsullarının saxlandığı çənlərdə baş vermiş yanğının söndürülməsi" mövzusunda yanğın-taktiki təlim keçirmişdir.

Təlimə Dövlət Yanğından Mühafizə Xidmətinin ARDNŞ-in obyektləri üzrə Yanğından Mühafizə İdarəsinin rəisi daxili xidmət polkovniki Valid Quliyev rəhbərlik etmişdir. Tədbirin keçirilməsində məqsəd yanğın kəşfiyyatının aparılması, yanğının vəziyyətinin qiymətləndirilməsi, qərarların qəbulu, müvafiq göstərişlərin verilməsi, qüvvə və vasitələrin idarə olunması, yanğının həlledici istiqamətinin müəyyənləşdirilməsi, döyüş sahələrindəki qüvvələrin idarə olunması, qonşu sahə rəisləri və əməliyyat qərargahı ilə qarşılıqlı hərəkətlə bağlı qarşıda duran vəzifələrin icrası istiqamətində şəxsi heyətin taktiki hazırlığının yüksəldilməsi olmuşdur.

Təlimdə "SOCAR"ın Neft Kəmərləri İdarəsinin  Dübəndi İstehsalat bölümünün 9 saylı çənlər parkının mühəndis-texniki heyəti də iştirak etmişdir.

 Təlim zamanı obyektin xidmətçi heyətinə şərti yanğın haqqında məlumat daxil olan kimi qəzanın ləğv edilməsi planı üzrə müvafiq hərəkətlər icra olunmuş, yanğın hissələri təlim obyektinə gəldikdən sonra yanğınsöndürmə rəhbəri tərəfindən əməliyyat şəraiti qiymətləndirilmiş və müvafiq qərarlar qəbul olunmuş, yanğınsöndürmə qərargahı, arxa cəbhə və obyekt rəhbərliyi ilə qarşılıqlı hərəkətlər təşkil edilmişdir. Döyüş tapşırıqları icra olunaraq  yanan 907 saylı və qonşu çənlər soyudulmuş, köpük hücumu icra olunduqdan sonra şərti yanğın söndürülmüşdür.

Yanğın-taktiki təlimdə döyüş hərəkətləri zamanı şəxsi heyətin təhlükəsizlik məsələləri də diqqət mərkəzində saxlanılmışdır. Beləliklə, yanğın-taktiki təlim qarşıya qoyulan məqsədə nail olunmaqla yekunlaşmışdır.

Təlimdən sonra əməkdaşların yanğının inkişafı və söndürülməsi zamanı fəaliyyəti, şəxsi heyətin yanğında yaranmış şəraiti düzgün qiymətləndirmək, onun mürəkkəbləşə biləcəyini və nəticələrini qabaqcadan görmək, yanğında döyüş hərəkətlərinin həlledici istiqamətini düzgün təyin etmək bacarıqları dəyərləndirilmiş, yol verilmiş nöqsanlar müzakirə edilmiş, belə halların gələcəkdə təkrar olunmaması üçün müvafiq tapşırıqlar verilmişdir. Təlimin nəticələrinə yekun vurularkən neft çənlərində yanğınların ləğv edilməsi, qəzaların nəticələrinin aradan qaldırılması zamanı və digər mürəkkəb xarakterli xüsusi şəraitlərdə qüvvə və vasitələrin bacarıqla idarə olunması, taktiki imkanlardan maksimum istifadə etməklə onları döyüş hərəkətlərinin həlledici istiqamətlərində operativ olaraq cəmləşdirib yeridilməsi, yanğınların söndürülməsi üzrə dəqiq və əsaslandırılmış qərarların qəbulu istiqamətində vəzifələrin icrası ilə bağlı  ARDNŞ-in obyektləri üzrə Yanğından Mühafizə İdarəsinin müvaiq qurumları, həmçinin "SOCAR"ın Neft Kəmərləri İdarəsinin  Dübəndi İstehsalat bölümünün 9 saylı çənlər parkının mühəndis-texniki heyəti qarşısına vəzifələr qoyulmuşdur. 

Sonda "SOCAR"ın Neft Kəmərləri İdarəsinin nümayəndəsi neft sənayesinin yanğın təhlükəsizliyinin təmin olunması ilə bağlı tədbirlərin təşkilinə görə Fövqəladə Hallar Nazirliyinə minnətdarlığını bildirmişdir.

 

 



Qəzetin çap variantı




Qəzet Azərbaycan Respublikasının Ədliyyə Nazirliyində qeydiyyatdan keçmişdir. Qeydiyyat nömrəsi - 1873.
Təsisçi Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyi.
Bütün hüquqlar qorunur.
© 2009-cu il