ENG     13 Dekabr 2017 -ci il
 
  Aktual
  Xəbərlər
  Cəmiyyət
  Maarifləndirmə
  Hadisə
  Müxtəlif
  Arxiv
8 Dekabr 2017-ci il
N 40 (555)

Əlaqə
Redaksiyanın ünvanı:
.......................................
Bakı şəhəri, Əliyar Əliyev küçəsi 3
.......................................
Tel.: 566 86 70
Faks: 566 86 71
566 86 74
566 86 79






  Baş səhifə / Xəbərlər

Dövlət Yanğın Nəzarəti Xidməti Bakı Regional Mərkəzi ilə birgə maarifləndirmə tədbiri keçirmişdir

FHN Dövlət Yanğın Nəzarəti Xidməti Bakı Regional Mərkəzi ilə birgə K. Fərəcova adına Elmi-Tədqiqat Pediatriya İnstitutunda yanğın təhlükəsizliyinə dair maarifləndirmə tədbiri keçirmişdir.

İnstitut kollektivinin iştirakı ilə keçirilən tədbirdə səhiyyə müəssisələrində yanğın təhlükəsizliyi qaydalarına əməl edilməsinin vacibliyi qeyd olunaraq bildirilmişdir ki, sözügedən sahənin ərazisi və binaları həmişə təmiz saxlanılmalı, zibil və tullantılar müntəzəm surətdə xüsusi ayrılmış yerlərə daşınmalıdır. Səhiyyə müəssisələrinin binaları yanğınları söndürmək üçün daimi su ehtiyatı ilə təmin edilməlidir. Əczaxana və əczaxana anbarlarında yanğın baş verdikdə müvafiq müəssisə rəhbərləri zəhərli və partlayış təhlükəli maddələrin olması və saxlanılması yerləri haqqında yanğından mühafizə xidmətinin əməkdaşlarını xəbərdar etməlidir.

Həmçinin qeyd olunmuşdur ki, ümumi xəstəxana korpusundakı əczaxanalar bir qayda olaraq birinci mərtəbədə yerləşdirilməli, binadan bayıra müstəqil çıxışı olmalı və başqa təyinatlı otaqlardan yanmayan örtüklər və divarlarla ayrılmalıdır. Su qızdırıcıları və su qaynatmaq üçün xüsusi qurğulu böyük çənlər yalnız mətbəxlərdə, yaxud bu məqsədlər üçün nəzərdə tutulmuş otaqlarda quraşdırıla bilər. Səhiyyə müəssisələrində laboratoriya və anbarlardakı reaktivlər açarla bağlanan şkaflarda saxlanılmalı, açarlar laborantlarda, yaxud digər məsul şəxslərdə olmalıdır. Ümumi miqdarı 3 kiloqramdan artıq olmamaq şərti ilə tezalışan və yanar mayelər yalnız xüsusi metal yeşikdə və qızdırıcı cihazlardan uzaq məsafədə saxlanıla bilər. Digər təyinatlı binalarda yerləşən əczaxanalarda tezalışan və yanar mayelərin ümumi miqdarı 100 kiloqramdan artıq olmamalıdır. Səhiyyə müəssisələrinin emalatxana, laboratoriya və digər istehsalat binalarında spirtin distillə edilməsi və təmizlənməsi üçün aparatlar, kompressorlar ayrıca otaqlarda quraşdırılmalı, spirt, benzin və digər tezalışan mayelər təcrid edilmiş anbarlarda saxlanılmalıdır.

Toplantının sonunda səhiyyə müəssisəsinin işçilərinə odsöndürən balonlardan istifadə qaydaları haqqında məlumat verilmiş, onlara yanğın təhlükəsizliyi ilə bağlı kitabça və bukletlər paylanmışdır.

 

 

 



Qəzetin çap variantı




Qəzet Azərbaycan Respublikasının Ədliyyə Nazirliyində qeydiyyatdan keçmişdir. Qeydiyyat nömrəsi - 1873.
Təsisçi Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyi.
Bütün hüquqlar qorunur.
© 2009-cu il