ENG     18 Avqust 2017 -ci il
 
  Aktual
  Xəbərlər
  Cəmiyyət
  Maarifləndirmə
  Hadisə
  Müxtəlif
  Arxiv
11 Avqust 2017-ci il
N 25 (540)

Əlaqə
Redaksiyanın ünvanı:
.......................................
Bakı şəhəri, Əliyar Əliyev küçəsi 3
.......................................
Tel.: 566 86 70
Faks: 566 86 71
566 86 74
566 86 79






  Baş səhifə / Xəbərlər

Fövqəladə hallar zamanı davranış qaydaları barəsində ətraflı məlumat verilmişdir

Fövqəladə Hallar Nazirliyinin Şimal Regional Mərkəzi Şabran rayonu Ağalıq kənd poliknika şöbəsində və  Xaçmaz rayonu Yeni Həyat qəsəbə sahə xəstəxanasında "Fövqəladə hallarla bağlı davranış və yanğın təhlükəsizliyi qaydaları" mövzusunda növbəti seminar-müşavirələr keçirmişdir.

Tədbir zamanı yanğın, zəlzələ, meşədə və məişətdə yanğın, ildırım zamanı və çimərlikdə təhlükəsizlik qaydaları kimi mövzular geniş müzakirə olunmuşdur.

Tədbir iştirakçılarına FHN-in fəaliyyət istiqamətləri və qurumları, fəlakətə səbəb ola biləcək amillərin aradan qaldırılmasında ilkin xəbərdarlıq sisteminin əhəmiyyəti, yanğınların baş verməsində insan faktoru, sel və daşqın zamanı hərəkət qaydaları, Şimal Regional Mərkəzinin regionda yerləşən dövlət qurumları ilə qarşılıqlı fəaliyyətinin əhəmiyyəti, fövqəladə hadisələrin vaxtında aradan qaldırılmasında "112" qaynar xəttinin rolu kimi mövzularda ətraflı məlumat verilmişdir.

Sonda mövzularla bağlı video və fotoslaydlar nümayiş olunmuşdur.

***

Fövqəladə Hallar Nazirliyinin Şimal-qərb Regional Mərkəzi Zaqatala rayonu Gözbarax kənd İnzibati Ərazi Nümayəndəliyində "Fövqəladə hallarla bağlı davranış qaydaları" mövzusunda dəyirmi masa keçirmişdir.

Dəyirmi masada kənd inzibati ərazi nümayəndəliyinin əməkdaşları, bələdiyyə üzvləri, təhsil müəssisəsinin kollektivi, tibb məntəqəsinin həkim heyəti və kənd ictimaiyyəti iştirak etmişdir.

Dinləyicilərə Mərkəz əməkdaşları tərəfindən zəlzələ, dəm qazı, yanğın təhlükəsizliyinin təmin olunması üçün qarşıda duran vəzifələr, texniki təhlükəsizlik qaydaları və "112" qaynar xətti haqqında geniş məlumat verilmişdir. Mövzulara dair məruzələr videoslaydların müşayiəti ilə təqdim olunmuşdur.

***

Fövqəladə Hallar Nazirliyinin Muğan Regional Mərkəzi "Azərişıq" ASC-nin Şirvan Regional Enerji Təchizatı və Satışı İdarəsində "Fövqəladə hallarla bağlı davranış qaydaları və yanğın təhlükəsizliyi" mövzusunda tədbir keçirmişdir.

Tədbirdə müəssisənin kollektivi, Muğan Regional Mərkəzinin və Şirvan DYMD-nin əməkdaşları iştirak etmişdir.

Tədbir zamanı Muğan Regional Mərkəzinin əməkdaşları "112 qaynar xətti", "Sel və daşqın", "Məişətdə yanğın zamanı davranış qaydaları", "Dəm qazı", "Çimərlikdə təhlükəsizlik qaydaları", "Odsöndürücü balondan istifadə qaydaları", "Meşə yanğınları" və digər mövzularda çıxışlar etmiş,  təbii və texnogen xarakterli fövqəladə hallar, onların xüsusiyyətləri, fövqəladə hal baş verdikdə davranış qaydaları və s. haqqında geniş məlumatlar vermişlər. Tədbirdə mövzulara uyğun videoçarxlar nümayiş olunmuşdur.

***

Fövqəladə Hallar Nazirliyinin Cənub Regional Mərkəzi Cəlilabad Rayon Mərkəzi Xəstəxanasında FHN-in regionda fəaliyyət göstərən digər qurumları ilə birgə "Fövqəladə halların qarşısının alınması və nəticələrinin aradan qaldırılması sahəsində Cənub Regional Mərkəzi ilə yerli qurumlar  arasında qarşılıqlı fəaliyyətin təşkili" mövzusunda dəyirmi masa keçirmişdir.

Tədbirdə Cəlilabad Rayon Mərkəzi Xəstəxanasının tibb personalı ilə yanaşı texniki işçilər də iştirak etmişdir.

Dəyirmi masada fövqəladə halların nəticələrinin aradan qaldırılması zamanı qarşılıqlı fəaliyyətin təşkili, təbii və texnogen xarakterli fövqəladə hadisələr zamanı davranış qaydaları, dəm qazı təhlükəsinin yaranma səbəbləri, fərdi mühafizə vasitələrindən və ilkin yanğınsöndürmə avadanlıqlarından istifadə qaydaları, çimərliklərdə təhlükəsizlik tədbirləri, eləcə də yanğın və texniki təhlükəsizlik qaydalarının tələblərinə düzgün riayət olunması barədə məlumat verilmiş, hər mövzu ilə bağlı fotoslayd nümayiş olunmuşdur.

Sonda tədbir iştirakçılarına maarifləndirici yaddaş kitabçaları və xəbərdarlıq vərəqələri paylanılmışdır.

***

Fövqəladə Hallar Nazirliyinin Sumqayıt Regional Mərkəzi Xırdalan şəhəri ərazisində yerləşən parklarda maarifləndirmə və təbliğat işi həyata keçirmişdir.

Xırdalan şəhər sakinləri arasında "Fövqəladə hallarla bağlı davranış və yanğın təhlükəsizliyi qaydaları" mövzusunda söhbətlər aparılmış, yanğın təhlükəsizliyi qaydalarına əməl etmələri tövsiyə olunmuşdur.

Həmçinin, yanğın baş verə biləcək ərazilərdə qabaqlayıcı tədbirlər barədə məlumat verilmişdir.

Sakinlərə təbliğat xarakterli bukletlər paylanılmış, suallar cavablandırılmışdır.



Qəzetin çap variantı




Qəzet Azərbaycan Respublikasının Ədliyyə Nazirliyində qeydiyyatdan keçmişdir. Qeydiyyat nömrəsi - 1873.
Təsisçi Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyi.
Bütün hüquqlar qorunur.
© 2009-cu il