ENG     13 Dekabr 2017 -ci il
 
  Aktual
  Xəbərlər
  Cəmiyyət
  Maarifləndirmə
  Hadisə
  Müxtəlif
  Arxiv
8 Dekabr 2017-ci il
N 40 (555)

Əlaqə
Redaksiyanın ünvanı:
.......................................
Bakı şəhəri, Əliyar Əliyev küçəsi 3
.......................................
Tel.: 566 86 70
Faks: 566 86 71
566 86 74
566 86 79






  Baş səhifə / Xəbərlər

Xəzər Hövzə Qəza-xilasetmə Xidməti işçiləri Həmkarlar İttifaqı Komitəsində hesabat-seçki konfransı keçirilmişdir

Fövqəladə Hallar Nazirliyinin Xəzər Hövzə Qəza-xilasetmə Xidməti işçiləri Həmkarlar İttifaqı Komitəsində hesabat-seçki konfransı keçirilmişdir.

İlk olaraq, FHN işçiləri Həmkarlar İttifaqının sədri Mehman İsmayılov çıxış edərək rəhbərlik etdiyi ittifaq və görülmüş işlər haqqında məlumat vermişdir.

M. İsmayılov çıxışı zamanı komitə üzvlərinə iş zamanı əməyin texniki təhlükəsizliyi qaydalarına əməl etmələri barədə öz tövsiyələrini vermiş, konfransın işinə  uğurlar arzulamışdır.

Sonra Xəzər Hövzə Qəza-xilasetmə Xidməti işçiləri Həmkarlar İttifaqı Komitəsinin sədri  Elxan Abdullayevin geniş hesabat məruzəsi dinlənilmişdir. Natiq bildirmişdir ki, onun rəhbərlik etdiyi təşkilat öz işini bundan sonra da müasir tələblər səviyyəsində quracaq, qarşıya qoyulmuş vəzifələri növbəti illərdə də uğurla davam etdirəcəkdir.

Konfransın sonunda Fövqəladə Hallar Nazirliyinin Xəzər Hövzə Qəza-xilasetmə Xidmətinin rəisi Fuad Bağırov çıxış edərək rəhbərlik etdiyi mərkəzin işçilərinə göstərdiyi qayğıya, onların asudə vaxtlarını səmərəli keçirməsi, səhhətində problem yaranmış işçilərin sağlamlığının bərpa olunması məqsədilə ixtisaslaşmış sanatoriyalara yollayışların verilməsinə, ailə vəziyyəti çətin olan işçilərə maddi yardımların edilməsi, xidmətdə xüsusi fərqlənən və yubiley yaşı tamam olan üzvlərin fəxri fərman və qiymətli hədiyyələrlə mükafatlandırılmasına görə Fövqəladə Hallar Nazirliyi işçiləri Həmkarlar İttifaqına öz təşəkkürünü bildirmişdir.

Konfransda Elxan Abdullayev yenidən Xəzər Hövzə Qəza-xilasetmə Xidməti işçiləri Həmkarlar İttifaqı Komitəsinin sədri seçilmişdir.

 

 



Qəzetin çap variantı




Qəzet Azərbaycan Respublikasının Ədliyyə Nazirliyində qeydiyyatdan keçmişdir. Qeydiyyat nömrəsi - 1873.
Təsisçi Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyi.
Bütün hüquqlar qorunur.
© 2009-cu il