ENG     18 Oktyabr 2017 -ci il
 
  Aktual
  Xəbərlər
  Cəmiyyət
  Maarifləndirmə
  Hadisə
  Müxtəlif
  Arxiv
13 Oktyabr 2017-ci il
N 32 (547)

Əlaqə
Redaksiyanın ünvanı:
.......................................
Bakı şəhəri, Əliyar Əliyev küçəsi 3
.......................................
Tel.: 566 86 70
Faks: 566 86 71
566 86 74
566 86 79






  Baş səhifə / Xəbərlər

"Su hövzələrində təhlükəsizliyin təmin olunması istiqamətində birgə fəaliyyətin təşkili"

Fövqəladə Hallar Nazirliyinin Aran Regional Mərkəzi  Kiçik Həcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidməti ilə birlikdə Yevlax rayon Şahmat məktəbinin akt zalında "Su hövzələrində təhlükəsizliyin təmin olunması istiqamətində birgə fəaliyyətin təşkili" mövzusunda rayon müşavirəsi keçirmişdir.

Rayon müşavirəsində FHN-in Aran Regional Mərkəzinin, Kiçik Həcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinin, Yevlax rayon İcra Hakimiyyətinin, yerli icra orqanlarının, xidmət sahələrinin əməkdaşları, bələdiyyələrin nümayəndələri, eləcə də su hövzələrinin fəaliyyətinə məsul şəxslər iştirak etmişlər.

Toplantıda Yevlax rayonu ərazisindəki su hövzələrində keçirilən monitorinqin nəticələri barədə tədbir iştirakçıları məlumatlandırılmış, aşkar olunmuş nöqsanlar fotoslaydlarla nümayiş etdirilmişdir. Həmin nöqsanlar müzakirə edilmiş, problemlərin aradan qaldırılması istiqamətində atılacaq addımlar barədə fikir mübadiləsi aparılmışdır.

Çıxışlarda Kiçik Həcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinin fəaliyyət istiqamətləri, yay mövsümündə su hövzələrində vətəndaşların təhlükəsizliyinin təmin olunması qaydaları, maarifləndirmə işinin vəziyyəti ilə bağlı ətraflı məlumat verilmişdir.

Tədbirdə, həmçinin, ölkə ərazisindəki su hövzələrində həyata keçirilmiş təhlükəsizlik tədbirləri ilə bağlı məlumatlar iştirakçıların diqqətinə çatdırılmış, mövzuya dair videoçarx nümayiş etdirilmişdir.

Sonda sularda təhlükəsizlik qaydaları ilə bağlı zəruri məlumatların əks olunduğu təbliğat materialları tədbir iştirakçılarına paylanılmışdır. Tədbir iştirakçılarını maraqlandıran suallar FHN əməkdaşları tərəfindən cavablandırılmışdır.

 

 



Qəzetin çap variantı




Qəzet Azərbaycan Respublikasının Ədliyyə Nazirliyində qeydiyyatdan keçmişdir. Qeydiyyat nömrəsi - 1873.
Təsisçi Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyi.
Bütün hüquqlar qorunur.
© 2009-cu il