ENG     18 Avqust 2017 -ci il
 
  Aktual
  Xəbərlər
  Cəmiyyət
  Maarifləndirmə
  Hadisə
  Müxtəlif
  Arxiv
11 Avqust 2017-ci il
N 25 (540)

Əlaqə
Redaksiyanın ünvanı:
.......................................
Bakı şəhəri, Əliyar Əliyev küçəsi 3
.......................................
Tel.: 566 86 70
Faks: 566 86 71
566 86 74
566 86 79






  Baş səhifə / Xəbərlər

Fövqəladə Hallar Nazirliyi və BMT İP-ın birgə layihəsi çərçivəsində görülən işlər ətraflı müzakirə olunmuşdur

Azərbaycan Respublikasının Fövqəladə Hallar Nazirliyi və BMT İnkişaf Proqramının (BMT İP) birgə təşkilatçılığı ilə avqustun 4-də FHN Akademiyasında "Böyük Qafqaz regionunda zəif dağ icmaları tərəfindən su və daşqınlar üzrə idarəetməyə iqlim dəyişikliyi risklərinin daxil edilməsi" layihəsi çərçivəsində "Su və dayanıqlı inkişaf" mövzusunda konfrans keçirilmişdir.

Konfransda FHN və BMT İP ilə yanaşı, Ekologiya və Təbii Sərvətlər Nazirliyinin, Azərsu" ASC,  AMEA Coğrafiya, Geologiya və Geofizika, habelə Zoologiya institutlarının,  Bakı Dövlət Universiteti və Azərbaycan Dövlət Pedaqoji Universitetinin məsul əməkdaşları iştirak etmişlər.

Qeyd edək ki, layihənin əsas məqsədi su və daşqınlar üzrə idarəetməni təkmilləşdirməklə, Azərbaycanın dağ icmalarının su çatışmazlığı və daşqın təhlükələrinə qarşı zəifliyini azaltmaqdır. Layihə, həmçinin, qanunvericilik və siyasət səviyyəsində idarəetmə bazasının təkmilləşdirilməsi, təşkilati potensialın gücləndirilməsi və icmaların su və daşqınlar üzrə idarəetmədə aktiv iştirak etmələri üçün təlimlərin keçirilməsini nəzərdə tutur.

Əvvəlcə tədbir iştirakçıları Akademiyanın həyətində ümummilli lider Heydər Əliyevin xatirəsinə ucaldılmış abidənin önünə əklil qoymuşlar.

Tədbiri giriş sözü ilə açan FHN Akademiyasının rəisi general-mayor Pənah Süleymanov sözügedən konfransın böyük əhəmiyyətə malik olduğunu bildirərək su siyasətinə dair elmi müzakirələrin aparılmasının ölkəmizin həmin sahədəki problemlərinin həllinə önəmli töhfələr verəcəyinə əmin olduğunu bildirmişdir. O, FHN Akademiyasında kursant və magistrlara su hövzələrinin təhlükəsizliyinin təmin olunması ilə bağlı elmi biliklərin aşılandığını diqqətə çatdırmışdır.

BMT İP-in strateji əməkdaşlıq üzrə müşaviri Məzahir Əfəndiyev qeyd etmişdir ki, qarşıdan gələn illər ərzində üzləşəcəyimiz ən ciddi qlobal məsələlərdən biri iqlim dəyişiklikləri olacaqdır. Bu proseslər hamımıza bu və ya digər formada təsir edəcəkdir. Artıq təhlükəli zonalarda yaşayan insanlar daşqın və quraqlıq halları ilə daha tez-tez və daha geniş maqnitudada üzləşirlər. Qrunt və səth suları, yüksəklik və düzənlik zonalarındakı su istifadəçiləri arasındakı sıx əlaqəni, eləcə də müxtəlif su istifadəçiləri arasındakı qarşılıqlı əməkdaşlığı nəzərdə tutan əlaqələndirilmiş bir yanaşma suyun müasir səviyyədə idarə edilməsi üçün əsas amildir. "Bu məqsədlə layihə çərçivəsində hüquqi yanaşma və qabaqcıl təcrübələrə əsasən su ehtiyatlarından vahid istifadənin icrasına tam dəstək verə bilən mərkəzi institusional struktur haqqında tövsiyələri özündə ehtiva edən sənədlər hazırlanmışdır", - deyən M. Əfəndiyev prioritet məsələləri dəstəkləyən Dayanıqlı İnkişaf Məqsədləri və bu məqsədlərin icrasına Prezident İlham Əliyev tərəfindən verilən önəmdən danışmışdır.

Sonra FHN Su Ehtiyatları Dövlət Agentliyinin məsul əməkdaşı Elnar Sultanov təmsil etdiyi qurumun fəaliyyəti və perspektiv planları barədə ətraflı məlumat vermişdir.

FHN-in məsul işçisi Fərid Abbasov sözügedən layihə çərçivəsində görülmüş işlər və əldə edilən nəticələr haqqında hesabatla çıxış etmişdir.

Tədbirdə "Böyük Qafqaz regionunda zəif dağ icmaları tərəfindən su və daşqınlar üzrə idarəetməyə iqlim dəyişikliyi risklərinin daxil edilməsi" layihəsinə dair videoçarx nümayiş olunmuşdur.

Videoçarxın nümayişindən sonra "AzərSu" ASC "Sukanal" Elmi-Tədqiqat və Layihə İnstitutunun əməkdaşı Rəşail İsmayılov "Azərbaycanda su ehtiyatlarının davamlı idarə olunmasının  iqtisadiyyatın yeni  inkişaf mərhələsində rolu" mövzusunda məruzə ilə, FHN Su Ehtiyatları Dövlət Agentliyinin əməkdaşı Elnar Sultanov isə "Mingəçevir su anbarında gursululuq dövrünə (aprel-iyul) hazırlıq üçün hədəf su səviyyəsinin müəyyənləşdirilməsi" mövzusunda təqdimatla çıxış etmişlər.

Konfransın panel müzakirələr və təqdimatlar bölümündə layihə üzrə ekspert Rövşən Abbasov, Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentinin məsul işçisi Asif Verdiyev, FHN SEDA-nın əməkdaşları Samir Abbasov və Yusif Əhədi, FHN Akademiyasının magistrantı Ramazan Ramazanov müxtəlif məruzələr və təqdimatlarla çıxış etmişlər.

Konfransın sonunda məruzə olunan mövzular ətrafında müzakirələr aparılmış və qərara alınmışdır ki, həm dinlənilən məruzələr, həm də konfransa göndərilən elmi materiallar toplu halında nəşr olunsun.

 

 



Qəzetin çap variantı




Qəzet Azərbaycan Respublikasının Ədliyyə Nazirliyində qeydiyyatdan keçmişdir. Qeydiyyat nömrəsi - 1873.
Təsisçi Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyi.
Bütün hüquqlar qorunur.
© 2009-cu il