ENG     22 Avqust 2017 -ci il
 
  Aktual
  Xəbərlər
  Cəmiyyət
  Maarifləndirmə
  Hadisə
  Müxtəlif
  Arxiv
11 Avqust 2017-ci il
N 25 (540)

Əlaqə
Redaksiyanın ünvanı:
.......................................
Bakı şəhəri, Əliyar Əliyev küçəsi 3
.......................................
Tel.: 566 86 70
Faks: 566 86 71
566 86 74
566 86 79






  Baş səhifə / Xəbərlər

Dövlət Yanğından Mühafizə Xidmətində cari ilin ötən dövrü ərzində baş vermiş yanğınlarla bağlı əməliyyat şəraitinin, şəxsi heyətin nizam-intizamının, peşə, döyüş və fiziki hazırlığının vəziyyəti müzakirə edilmişdir

Fövqəladə Hallar Nazirliyinin Dövlət Yanğından Mühafizə Xidmətində 2017-ci ilin ötən dövrü ərzində baş vermiş yanğınlarla bağlı əməliyyat şəraitinin   və şəxsi heyətin nizam-intizamının, peşə, döyüş və fiziki hazırlığının vəziyyətinin müzakirəsinə həsr olunmuş  müşavirə keçirilmişdir.   

DYMX-nin  Bakı  qarnizonunun  Dövlət Yanğından Mühafizə idarə, dəstə, hissə  rəislərinin iştirak etdiyi müşavirəni giriş sözü ilə açan Dövlət Yanğından Mühafizə Xidmətinin rəisi daxili xidmət general-mayoru Füzuli Əsədov müzakirə olunacaq məsələləri müşavirə iştirakçılarının nəzərinə çatdırmış, 2017-ci ilin ötən dövrü ərzində baş vermiş yanğınlar və onların ilkin statistik nəticə və göstəricilərini təhlil etmişdir.

Müşavirədə baş verəcək yanğınların operativ söndürülməsi və bu istiqamətdə müvafiq əməliyyat tədbirlərinin daha effektiv həyata keçirilməsi  üçün müvafiq tapşırıq və tövsiyyələr verilmiş,  yüksək saylı çağırışla söndürülən  yanğınlar zamanı hadisə yerinə cəlb olunmuş bölmələrin döyüş hərəkətlərində, həlledici istiqamətlərin düzgün seçilməsində, yanğının idarə olunması zamanı yanğınsöndürmə rəhbərləri tərəfindən yol verilmiş nöqsan və çatışmazlıqlar müzakirə olunmuş, mövcud nöqsanların aradan qaldırılması üçün tapşırıqlar verilmişdir.

Müşavirədə həmçinin Dövlət Yanğından Mühafizə Xidmətinin struktur bölmələrində mənəvi-psixoloji mühitin sağlamlaşdırılması, şəxsi heyət arasında təlim-tərbiyənin, nizam-intizamın gücləndirilməsi istiqamətində görülmüş işlərdən danışılmış, əməkdaşların ilkin hazırlıq, ixtisasartırma, xüsusi hazırlıq, tədris toplanışı və yenidən hazırlığı məqsədi ilə həyata keçirilmiş tədbirlər, yanğın texnikalarının təmiri,  istismarının təşkili və sürücülərin hazırlığı, rabitə avadanlıqlarının quraşdırılması və təmiri istiqamətlərində görülmüş işlər müzakirə edilmiş və yanğından mühafizə qurumları qarşısında vəzifələr qoyulmuşdur.

Müqavilə əsasında mühafizə olunan obyektlərin yanğına qarşı vəziyyətinin bir daha nəzərdən keçirilməsi, obyektlərə məxsus nəzarət-baxış qovluqlarının yoxlanılaraq mövcud çatışmazlıqların aradan qaldırılması, yanğına qarşı hazırkı durumun qiymətləndirilməsi, yanğına qarşı təbliğat işinin keyfiyyətinin artırılması, maarifləndirmə işlərinin şəbəkəsinin genişləndirilməsi də  müşavirədə müzakirə olunmuş, Dövlət Yanğından Mühafizə Xidmətinin müvafiq qurumlarına tapşırıqlar verilmişdir.

Müşavirədə Bakı və Sumqayıt şəhərlərində məcburi köçkünlərin məskunlaşdığı yataqxana və tikintisi yarımçıq qalmış binaların, eləcə də bazar və iri ticarət mərkəzlərinin yanğına qarşı vəziyyətinin öyrənilərək müvafiq tədbirlər görülməsi ilə bağlı tapşırıqlar verilmişdir.

FHN Dövlət Yanğından Mühafizə Xidmətinin

İctimaiyyətlə əlaqələr və təbliğat sektoru

 

 



Qəzetin çap variantı




Qəzet Azərbaycan Respublikasının Ədliyyə Nazirliyində qeydiyyatdan keçmişdir. Qeydiyyat nömrəsi - 1873.
Təsisçi Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyi.
Bütün hüquqlar qorunur.
© 2009-cu il