ENG     18 Noyabr 2018 -ci il
 
  Aktual
  Xəbərlər
  Cəmiyyət
  Maarifləndirmə
  Hadisə
  Müxtəlif
  Arxiv
9 Noyabr 2018-ci il
N 34 (592)

Əlaqə
Redaksiyanın ünvanı:
.......................................
Bakı şəhəri, Əliyar Əliyev küçəsi 3
.......................................
Tel.: 566 86 70
Faks: 566 86 71
566 86 74
566 86 79






  Baş səhifə / Müxtəlif

Dağlarda xilasetmə əməliyyatları zamanı vertolyotların enişə hazırlanması

Dağlarda bədbəxt hadisələrin baş verməsinə heç də az rast gəlinmir. Bu cür hadisələr yalnız turistlər və alpinistlərin deyil, yerli əhalinin, geoloqların və buraya müxtəlif məqsədlərlə gələn digər insanların da başına gələ bilər. Bu zaman aparılan xilasetmə işlərinin effektivliyi, xilasedicilərin, fəlakətə uğramış insanların təcrübəsi, bilikləri ilə yanaşı, texniki  təminatdan və xilasetmə işlərinin təşkilindən də asılıdır.

Müasir dövrdə texnikadan istifadə etmədən heç bir fəaliyyət növünü təsəvvür etmək mümkün deyil. Hətta ondan istifadə etməsəniz belə, texnikanın köməyi olmadan sizin və ətrafınızdakı insanların həyatı, sağlamlığı təhlükə altına düşə bilər. Bununla biz xüsusən ekstremal hallarda rastlaşırıq ki, heç kim bu cür vəziyyətlərdən sığortalanmayıb.

Digər nəqliyyat vasitələrinin çətinliklə gedə biləcəyi rayonlarda xilasetmə əməliyyatları zamanı vertolyotlardan istifadə etmək lazım gəlir. İnsanların bir çoxu müasir uçuş texnikasının imkanlarını həddindən çox  qiymətləndirir. Onlara elə gəlir ki, kömək üçün vertolyotun gəlməsiylə hər şey başa çatır. Amma nəzərə almaq lazımdır ki, vertolyot gəldikdən sonra eniş edib yerə oturmalı, bundan sonra yüklənib havaya qalxmalıdır. Buna görə də hamımızın hansı hava şəraitində aviasiya yardımından istifadənin mümkünlüyünü, enmə meydançasının necə hazırlanmasını, bunun necə təşkil olunmasını bilməmiz vacibdir.

Xilasedicilərin təcrübəsinə əsaslanıb dağlarda xilasetmə əməliyyatları zamanı vertolyotlardan səmərəli istifadəni, lazım olan şəraiti müəyyən etmək olar.

Uçuşlar üçün vacib olan iqlim şəraiti:

- Buludluluq - eniş meydançasından hündürlük 350 m-dən az olmayaraq (mütləq işarələnmiş ərazidə 2000 m-dək), 600 m-dən az olmayaraq (mütləq işarələnmiş ərazidə 2 km-dən çox),

- Görünmə dərəcəsi 5 km-dən az olmayaraq,

- Külək- qapalı dərələrdə, çökəkliklərdə 5 m/saniyədən az, açıq vadilərdə, təpələrdə 18 m/saniyəyədək.

Eniş meydançasının müəyyən edilməsi və enişin təşkili

Qar-buzlu relyefə malik dağlıq ərazilərdə:

- Enmə meydançasının təşkili üçün ən yaxşı ərazi açıq yayla, çökəkliklər, aşırımlardır.

- Enmə meydançalarını dağ yamaclarının aşağıya doğru istiqamətlənən büküş xətlərinə yaxın yerdə hazırlamaq lazımdır.

- Qarlı-buzlu yamaclarda kiçik eniş meydançaları vertolyotların enişi və uçuşu üçün az yararlıdır. Burada eniş meydançaları üçün ən yararlı ərazi dağ yamacının mərkəzi hamar olan qabarıqlarıdır.

- Dağ yamaclarının kölgələnən hissələri vertolyotların enişi üçün yararlı deyil. Belə ki, pilot bu zaman ərazinin maililiyini və eniş meydançasınadək olan məsafəni çətinliklə müəyyən edə bilir.

- Eniş meydançasının maililiyi 5 m-dən çox olmamalıdır.

- Eniş meydançasının ölçüsü minimal 30x20 m ölçüdə olmalıdır.

- Qarlı sahələrdə eniş meydançası yaradarkən qarı tamamən tapdalamaq lazım deyil. Görünüş dərəcəsi az olan iqlim şəraitində pilotların orientiri üçün qar üzərində çoxlu iz olmalıdır.

- Eniş meydançasının küncləri və mərkəzi tünd rəngli əşyalarla işarələnməlidir.

- Pilotlara küləyin istiqamətini göstərmək lazımdır. Bunun üçün insanlar eniş nöqtəsindən 3-4 m aralı, eniş xəttinin sol tərəfində bir - birinin ardınca sıra ilə arxası küləyə tərəf düzlənməlidirlər. Külək fasilələrlə əsdikdə gövdə ilə 80-90 dərəcə öz oxu ətrafında fırlanma hərəkətləri edilməlidir. Eniş meydançası üzərindən nəzarət keçidi etdikdən sonra pilot üstündə qeydiyyat olan vımpelı yerə ataraq verilmiş işarələrlə küləyin istiqamətini müəyyən etdiyini bildirir. Bu zaman meydançadan, öz yerində markalanmış əşyalar qoyaraq, uzaqlaşmaq olar.

- Pilota qar örtüyünün vəziyyətini (dərinlik, sıxlıq) bildirmək üçün nəzarət keçidi zamanı alpinistlərdən biri meydançada daima hərəkət etməlidir.

- İnsanlar olmayan, eniş meydançasının hazırlanmadığı əraziyə enmək lazım gəldikdə pilot özü ilə 1.5-2 m uzunluğunda şam ağacı budaqları götürməlidir. Onun qalın hissəsinə ağır əşya, məsələn, daş bağlamaq lazımdır. Enişdən əvvəl bu budaqlar vertolyotdan yerə atılmaqla meydançanın orientiri müəyyən edilir.

- Qapalı buzluq əraziyə eniş zamanı vertolyot hələ havada asılmış vəziyyətdə olarkən (əsas təkərlər azacıq qarlı səthə toxunmuş halda) iplə bağlanmış xilasedici vertolyotdan düşüb ön və əsas təkərlərin  düşdüyü zonanı, sonra isə bütün meydançanı yoxlamalıdır.

- Quyruqda olan pərlərdən qorunmaq üçün vertolyota ön sektordan minib düşün.

- Havaya qalxarkən və ya eniş zamanı ətrafda olan bütün yüngül cisimləri, o cümlədən buz parçalarını fiksasiya edin. Belə ki, onlar havaya qalxıb vertolyotun pərlərini zədələyə bilər.

Meşəliklər olan ərazıdə:

- Bu zaman vertolyotların eniş meydançalarının hazırlanması üçün ən yaxşı ərazi meşələrin kənarı, hündür ağacların olmadığı talalardır. Bu ərazidə yarım metrdən çox hündürlüyü olan bütün kollar, kiçik ağaclar 20-50 metr radiusda təmizlənməlidir.

- Vertolyotun eniş meydançası 30X30 m radiusda olmalıdır.

- Eniş və uçuşun rahatlığı üçün yaxşı olar ki, 100 metr radiusda butun hündür ağaçlar kəsilsin.



Qəzetin çap variantı




Qəzet Azərbaycan Respublikasının Ədliyyə Nazirliyində qeydiyyatdan keçmişdir. Qeydiyyat nömrəsi - 1873.
Təsisçi Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyi.
Bütün hüquqlar qorunur.
© 2009-cu il