ENG     20 Yanvar 2017 -ci il
 
  Aktual
  Xəbərlər
  Cəmiyyət
  Maarifləndirmə
  Hadisə
  Müxtəlif
  Arxiv
19 Yanvar 2017-ci il
N 02 (517)

Əlaqə
Redaksiyanın ünvanı:
.......................................
Bakı şəhəri, Əliyar Əliyev küçəsi 3
.......................................
Tel.: 566 86 70
Faks: 566 86 71
566 86 74
566 86 79






  Baş səhifə / Xəbərlər

Maarifləndirmə tədbirləri davam etdirilir

Fövqəladə Hallar Nazirliyinin Sumqayıt Regional Mərkəzi Abşeron rayon Novxanı kənd 2 nömrəli tam orta məktəbində "Fövqəladə hallar zamanı davranış və yanğın təhlükəsizliyi qaydaları" mövzusunda maarifləndirmə tədbiri keçirmişdir.

 Tədbirin keçirilməsində məqsəd müəllim və şagirdlərin fövqəladə hallar zamanı davranış qaydaları və mülki müdafiə sahəsində biliklərinin artırılmasına, məktəblərdə baş verə biləcək yanğın və ya partlayış hadisələrinin qarşısının alınması məqsədilə profilaktik tədbirlərin görülməsinə nail olmaqdır.

Tədbirdə I Ərazi Dövlət Yanğın Nəzarəti İdarəsinin əməkdaşları, məktəbin müəllim və şagirdləri iştirak etmişdir.

Tədbirdə "Zəlzələ zamanı necə davranmalı", "Sel və daşqın zamanı nə etməli", "Torpaq sürüşməsi zamanı davranış qaydaları", "Məişətdə yanğın zamanı davranış qaydaları", "Odsöndürən balonlardan istifadə", "Dəm qazı", "Civə dağılmaları zamanı davranış qaydaları", və "112 qaynar xətti" mövzularında çıxışlar edilmiş, mövzulara aid videoçarxlar nümayiş etdirilmişdir.

Sonda mövzulara dair suallar cavablandırılmış və maarifləndirmə xarakterli təbliğat materialları, yaddaş kitabçaları, bukletlər paylanılmışdır.

***

Fövqəladə Hallar Nazirliyinin Cənub Regional Mərkəzi FHN-in regionda fəaliyyət göstərən digər qurumları ilə birgə Lənkəran rayonunun Yuxarı Nüvədi kənd tam orta məktəbində "Fövqəladə hallarla bağlı davranış qaydaları" mövzusunda maarifləndirmə tədbiri keçirmişdir.

 Tədbirdə Lənkəran Şəhər İcra Hakimiyyətinin, Təhsil şöbəsinin nümayəndələri, Yuxarı Nüvədi kənd tam orta məktəbin kollektivi iştirak etmişdir.

 Toplantıda Mərkəzin əməkdaşları təbii və texnogen xarakterli fövqəladə hadisələr zamanı düzgün davranış qaydaları, dəm qazı təhlükəsi və onun qarşısının alınması yolları, ilkin və təxirəsalınmaz tibbi yardım barədə məlumat vermişlər. Həmçinin ilkin yanğınsöndürmə avadanlıqları və fərdi mühafizə vasitələrindən istifadə qaydalarına dair məruzələr dinlənilmiş, hər mövzu ilə bağlı fotoslaydlar tədbir iştirakçılarına nümayiş etdirilmişdir.

 Daha sonra təhsil müəssisələrinin təxliyyə planlarının düzgün hazırlanmasının, yanğın və texniki təhlükəsizlik tədbirlərinə əməl edilməsinə nəzarətin artırılmasının, ehtiyat çıxış qapılarının və zirzəmilərin daim istifadəyə yararlı vəziyyətdə saxlanılmasının, ilkin yanğınsöndürmə vasitələri ilə təchiz olunmasının vacibliyi diqqətə çatdırılmışdır.

 Sonda tədbir iştirakçılarına maarifləndirici yaddaş kitabçaları və xəbərdarlıq vərəqələri paylanılmışdır.

***

Fövqəladə Hallar Nazirliyinin Gəncə Regional Mərkəzi Gəncə şəhəri 28 nömrəli tam orta məktəbində "Fövqəladə hallarla bağlı davranış qaydaları" mövzusunda maarifləndirmə tədbiri keçirmişdir.

Gəncə Regional Dövlət Yanğın Nəzarəti İdarəsinin əməkdaşlarının da iştirak etdiyi tədbirin keçirilməsində məqsəd məktəbin kollektivinə təbii və texnogen mənşəli hadisələrin yaranma səbəbləri, onlardan qorunma yolları haqqında biliklərin aşılanması olmuşdur.

Tədbirdə yanğınsöndürən balonlardan istifadə qaydaları əyani olaraq izah olunmuş, müasir yanğınsöndürmə avadanlıqlarından bəhs edilmişdir.

Sonda mövzuya aid fotoslaydlar və filmlər nümayiş etdirilmiş, "112" qaynar telefon xətti, dəm qazı təhlükəsi haqqında geniş məlumat verilmiş, suallar cavablandırılmışdır.

***

Fövqəladə Hallar Nazirliyinin Muğan Regional Mərkəzi Sabirabad rayon Qaratəpə kənd tam orta məktəbində "Fövqəladə hallarla bağlı davranış qaydaları" mövzusunda maarifləndirmə tədbiri keçirmişdir.

 Məktəb kollektivinin qatıldığı tədbirin keçirilməsində məqsəd məktəblilərin fövqəladə halların xəbərdar edilməsi və nəticələrinin aradan qaldırılması ilə bağlı maarifləndirilməsi olmuşdur.

 Toplantıda Mərkəzin əməkdaşları fövqəladə hal anlayışı, mülki müdafiə, texnogen qəzalar, fərdi mühafizə vasitələri, yanğın təhlükəsizliyi, partlayış, zəhərlənmə təhlükəsindən mühafizə, dəm qazından zəhərlənmənin profilaktikası, "112" qaynar xətti və sair mövzulara dair məruzələrlə çıxış etmişlər.

Tədbirdə bəhs olunan mövzularla bağlı videoçarxlar nümayiş etdirilmiş, suallar cavablandırılmışdır.

***

Fövqəladə Hallar Nazirliyinin Şimal Regional Mərkəzi Quba rayonu Xucbala kənd tam orta məktəbində "Fövqəladə hallarla bağlı davranış qaydaları" mövzusunda növbəti maarifləndirmə tədbiri keçirmişdir.

Tədbirin keçirilməsində məqsəd məktəbin müəllim və şagird heyətinə müxtəlif xarakterli təbii və texnogen fövqəladə halların yaranma səbəbləri ilə yanaşı fəlakət riskinin azaldılması yolları, icma və ya cəmiyyət daxilində fəlakətə səbəb ola biləcək amillərin aradan qaldırılmasında ilkin xəbərdarlıq sisteminin əhəmiyyəti kimi mövzularda biliklərin aşılanması olmuşdur.

 Toplantıda FHN-in fəaliyyət istiqamətləri və qurumları, yanğın və zəlzələ zamanı təxliyyə qaydaları, sel, daşqın və subasma zamanı hərəkət qaydaları, Şimal Regional Mərkəzinin regionda yerləşən dövlət qurumları və təhsil müəssisələri ilə qarşılıqlı fəaliyyətinin əhəmiyyəti, fövqəladə hadisələrin vaxtında aradan qaldırılmasında "112" qaynar xəttinin rolu kimi mövzularla bağlı ətraflı məlumat verilmişdir.

Sonda zəlzələ,dəm qazı və odsöndürücü balonlarından istifadə qaydaları haqqında videoçarx nümayiş olunmuş, suallar cavablandırılmışdır.

***

Fövqəladə Hallar Nazirliyinin Aran Regional Mərkəzi Ucar rayon 5 nömrəli tam orta məktəbində müəllim və şagird kollektivinin iştirakı ilə "Fövqəladə hallarla bağlı davranış qaydaları" mövzusunda maarifləndirmə tədbiri keçirmişdir.

 Toplantıda "Fövqəladə hallarla bağlı davranış qaydaları", "Meşədə yanğın təhlükəsizliyi", "Məişətdə yanğın zamanı davranış qaydaları", "Zəlzələ zamanı nə etməli?", "Dəm qazı təhlükəsi" və "112" qaynar xəttinə hansı hallarda müraciət etmək olar?" mövzularında çıxışlar dinlənilmişdir.

Tədbirdə mövzu ilə bağlı bukletlər paylanmış, suallar Mərkəzin əməkdaşları tərəfindən cavablandırılmışdır.



Qəzetin çap variantı




Qəzet Azərbaycan Respublikasının Ədliyyə Nazirliyində qeydiyyatdan keçmişdir. Qeydiyyat nömrəsi - 1873.
Təsisçi Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyi.
Bütün hüquqlar qorunur.
© 2009-cu il