ENG     18 Noyabr 2018 -ci il
 
  Aktual
  Xəbərlər
  Cəmiyyət
  Maarifləndirmə
  Hadisə
  Müxtəlif
  Arxiv
9 Noyabr 2018-ci il
N 34 (592)

Əlaqə
Redaksiyanın ünvanı:
.......................................
Bakı şəhəri, Əliyar Əliyev küçəsi 3
.......................................
Tel.: 566 86 70
Faks: 566 86 71
566 86 74
566 86 79






  Baş səhifə / Maarifləndirmə

FÖVQƏLADƏ HALLARDA TƏHLÜKƏSİZLİK
ÖZÜNƏ VƏ BAŞQALARINA KÖMƏK ETMƏYİ BACAR

Gündəlik həyatımızda fövqəladə hallara hazırlıq, bu zaman təhlükəsiz davranış qaydalarını mənimsəmək olduqca vacibdir. Hər birimiz sağlamlığımızı və həyatımızı qorumaq, başqalarına kömək etmək naminə çox şeyləri bilməli, lazımi biliklərə yiyələnməliyik. Eyni zamanda azyaşlıların, uşaq və yeniyetmələrin ekstremal vəziyyətlərə hazırlanması, onlara belə vəziyyətlərdə necə hərəkət etməsini aşılamaq diqqət mərkəzində saxlanılan məsələlərdən olmalıdır. Bu baxımdan  Fövqəladə Hallar Nazirliyi tərəfindən hazırlanaraq çap edilən  "Özünə və başqalarına kömək etməyi bacar" kitabı uşaqlar üçün nəzərdə tutulsa da, həm də  hər bir vətəndaşa zəruri biliklər verməklə,  real vəziyyətdən çıxış yolu tapıb atacağı addımları düzgün istiqamətə yönləndirilməsi baxımından əhəmiyyətlidir. Oxucularımız tərəfindən maraqla qarşılandığını nəzərə alıb kitabda əksini tapan həmin materialların dərcini davam etdiririk:

1.4. Gəmi qəzası zamanı nə etmək?

Dənizdə qəzalar ictimai nəqliyyatın  ən qədim qəza növüdür. Bələd olanların təsdiq etdiyi kimi, dənizlərin dibi əsrlər boyu qəzaya uğramış gəmi qalıqları ilə doludur. Suda qəzalar həm tufanlar, boranlar, buzlar tərəfindən, həm də gəmiqayırma mütəxəssislərinin, kapitanların, losmanların və ekipaj üzvlərinin səhvi ucbatından baş verir.

Qəza vaxtı hər bir gəmi xilasedici vasitələrlə - şlyupka (qayıq), xilasedici sallar və ya sərnişinlər və ekipaj üçün xilasedici kəmərlərlə və jiletlərlə təchiz edilir. Yanğın və ya gəminin təhlükəli əyilməsi zamanı təhlükəsizlik jiletini geymək və yuxarı göyərtədə olan xilasedici qayıqlara keçmək lazımdır.

Qəza zamanı  təlaşa düşməmək, kapitan və ekipaj üzvlərinin bütün komandalarına əməl etmək vacibdir.  Dəniz qaydalarına görə, ilk növbədə, xilas edici qayıqlara uşaqları, qadınları, yaralıları və qocaları oturdurlar. Kapitan batan gəmini sonuncu tərk edir.

Əgər siz gəminin bortundan hoppanmağa məcbursunuzsa,  bunu ən yaxşısı 5-6 metrdən çox olmayan hündürlükdən edin. Bir əllə burun və ağzınızı bağlayın, ikinci əlinizlə isə xilasedici jileti tutun. Suda olduqda, sahilə yox (məsafə uzaq ola bilər), xilasetmə vasitələrinə tərəf üzməyə çalışın. Batan gəmidən ən azı 100 metr kənara üzməyə çalışın: çevrilən gəmi yaxınlığında olanları batıra bilər.   Suda olduqda, gücünüzə qənaət edin ki, bədənin hərarətini saxlaya biləsiniz (hətta yayda hava ilə müqayisədə suda bədən hərarəti tez itirir). Xilasetmə jiletini geymişsinizsə, bədən hərarətinin itirilməsini azaltmaq üçün sinənizi əl ilə qucaqlayın, baldırı isə yuxarıya (ayaqları sinəyə sıxın) qaldırın. 

Xilasetmə salında və ya qayıqdasınızsa sakitləşməyin - sahilə tez çatmağa çalışın. Açıq dənizdə gəminin batdığı yerdən çox uzaqlaşmayın: sizi məhz burada axtaracaqlar. Gücünüzə qənaət edin, bunun üçün artıq hərəkətlərdən vaz keçin.  Dəniz suyunu içməməyə çalışın, yalnız paltarlarınızı isti havada islatmaq üçün istifadə edin. Əgər sizdə siqnal üçün tüstü şaşkası və ya raketlər varsa,  onları yardım almağa real imkan yarananda (gəmi, vertolyot göründükdə, gözünüzə yer görünəndə) istifadə edin. Unutmayın: insan qidasız bir ay, susuz isə 3-5 gün (hətta çox) yaşaya bilər. KÖMƏK MÜTLƏQ GƏLƏCƏK!

2. EVDƏ VƏ KÜÇƏDƏ TƏHLÜKƏSİZLİK

2.1. "Məişətdə elektrik" təhlükəlidirmi?

Biz elektrikə elə öyrənmişik ki, enerjinin bu formasının həyatda nə dərəcədə universal və rahat olması haqqında heç fikirləşmirik. Gündəlik həyatımızın bir hissəsini təşkil edən elektrik cihazlarının sadalanması bir neçə səhifə aparar: çayniklər, televizorlar, ütülər, paltaryuyan maşın və s. Bütün bu evdəki "elektrik parkı" 220 volt gərginlikdə işləməklə, "aşağı voltlu" hesab edilir və təhlükəsiz hesab olunur. Evdəki texnika ilə səriştəsiz rəftar nəinki mənzildə, hətta bütöv bir evdə də fövqəladə hal yarada bilər. 

Elektrikin insana təsiri cərəyan gücünün qiymətindən, vaxtdan və insanla onun "təmas" şəraitindən asılıdır. Məişətdə təhlükəli vəziyyət o zaman yaranır ki, insan izolyasiya olunmamış simə toxunarkən ayaqlarını yerə dirəyir və ya o biri əli ilə torpaqlanmış əşyalara toxunur.

(ardı var)

 

 



Qəzetin çap variantı




Qəzet Azərbaycan Respublikasının Ədliyyə Nazirliyində qeydiyyatdan keçmişdir. Qeydiyyat nömrəsi - 1873.
Təsisçi Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyi.
Bütün hüquqlar qorunur.
© 2009-cu il