ENG     18 Noyabr 2018 -ci il
 
  Aktual
  Xəbərlər
  Cəmiyyət
  Maarifləndirmə
  Hadisə
  Müxtəlif
  Arxiv
9 Noyabr 2018-ci il
N 34 (592)

Əlaqə
Redaksiyanın ünvanı:
.......................................
Bakı şəhəri, Əliyar Əliyev küçəsi 3
.......................................
Tel.: 566 86 70
Faks: 566 86 71
566 86 74
566 86 79






  Baş səhifə / Müxtəlif

TƏHLÜKƏSİZ HƏYAT FƏALİYYƏTİ ELMİ ƏSASLAR ÜZƏRİNDƏ QURULMALIDIR

Həyat fəaliyyəti - insanın gündəlik fəaliyyəti və istirahəti, onun yaşam tərzidir. İnsanın texnosfer şəraitində təhlükəsiz həyat fəaliyyətinin əsaslarının öyrənilməsinə keçməzdən əvvəl biz  ilk növbədə ekologiya elmi tərəfindən öyrənilən  THF-nin canlı varlıqların biri-biri ilə və ətraf mühitlə qarşılıqlı təsir biliklərinin ümumi həcmində yerini müəyyənləşdirməliyik.

Ekologiya - yaşadığımız evimiz haqqında bir elmdir. Ekologiyada ən əsas varlıqların öyrənilməsi deyil yaşam mühitinin vəziyyətinin və canlıların yaşam mühiti ilə qarşılıqlı əlaqə proseslərinin öyrənilməsidir. Ekologiya obyektləri biosfer, ekosistem, qruplar (biosenoz)  və orqanizmlərin populyasiyasıdır.

XIX əsrdə ekoloqlar əsasən biosferdə bioloji qarşılıqlı təsirlərin qanunauyğunluğlarını öyrənir, bu proseslərdə insanın rolunu ikinci dərəcəli sayırdılar. XIX əsrin sonları - XX əsrin əvvəllərində vəziyyət xeyli dəyişdi, ekoloqları artıq narahat edən ətraf mühitin dəyişməsində insanın oynadığı rolu oldu. Elə həmin dövrdə insanı əhatə edən ətraf mühitdə də xeyli dəyişikliklər baş verdi: tədricən biosfer hakim əhəmiyyətini itirərək insanların məskunlaşdığı regionlarda texnosferə çevrilməyə başladı və bizi əhatə edən mühitdə canlı və cansız materiyanın qarşılıqlı təsiri  üçün yeni şərait yarandı: insanın texnosferlə, texnosferin biosferlə (təbiətlə) qarşılıqlı əlaqəsi və s. Hazırda yeni bilik sahəsi - "Texnosfer ekologiyası"nın yaranması haqda danışmaq daha qanunauyğundur, çünki burada əsas amil insan və onun yaratdığı texnosferdir.

Yeni texnosfer şəraitində bir çox hallarda bioloji qarşılıqlı əlaqələr fiziki və kimyəvi qarşılıqlı əlaqələrlə əvəzləndiyindən  onların insanlara və təbiətə neqativ təzyiqi də durmadan artırdı. Cəmiyyətdə təbiətin və insanların texnosfer təsirindən qorunması tələbatı yarandı.Təbiət və cəmiyyətdə bir çox neqativ proseslərin əsasında isə antropogen fəaliyyət durur.

Təhlükəsiz həyat fəaliyyəti elminin əsas məqsədi insanın texnosferdə antropogen və təbii təsirlərin neqativ faktorlarından qorunması və həyat fəaliyyətinin komfort şəraitinə nail olunmasıdır. Bu məqsədlərə nail olunması texnosferdə fiziki, kimyəvi, bioloji və digər neqativ təsirlərin yolverilən hədlərdə saxlanılmasına yönəldilən bilik və bacarıqların reallaşdırılmasından asılıdır və məhz bu təhlükəsiz həyat fəaliyyətinin texnosfer ekologiyası adlandırılan bilik sahəsindəki yerini bildirən biliklər toplumunu müəyyənləşdirir. Beləliklə həyat fəaliyyətinin təhlükəsizliyi insanın texnosferlə komfortlu və təhlükəsiz qarşılıqlı əlaqəsi haqqında bir elmdir.

Yaşayış mühitinin təkamülü, biosferdən texnosferə keçid. Həyat dövrəsində insan və ətraf mühit daim hərəkətdə olan "insan-ətraf mühit" sistemi təşkil edir. Belə bir sistem daxilində olan insan hər zaman minimum iki əsas məsələni həll etməli olur:

- özünün qidaya, suya və havaya olan tələbatını təmin edir;

- məskunlaşma mühiti və insanlar tərəfindən özünə qarşı neqativ təsirlərdən qorunma sistemi yaradır və istifadə edir.

Ətraf mühitə xas olan neqativ təsirlər dünya durduqca mövcuddur. Biosferdə təbii neqativ təsirlərin mənbəyi iqlimin dəyişməsi, tufanlar, zəlzələlər və s.-dir. Həyat uğrunda mübarizə insanı  bu təsirlərdən qorunma vasitələrini axtarıb-tapmağa və təkmilləşdirməyə daim vadar edirdi. Təəssüf ki, əsrlər ötdükcə yaşayış məskəni kimi evlərin yaradılması, oddan və digər müdafiə vasitələrdən geniş istifadə olunması, qida hazırlanmasında üsul və vasitələrin təkmilləşdirilməsi insanı təbii neqativ təsirlərdən qorumaqla yanaşı ətraf mühitə də təsir edirdi. Əsrlər boyunca insanın yaşam mühiti dəyişir, dəyişməyən neqativ təsirlərin növü və səviyyələri idi. XX əsrdə Yer üzündə biosferin yüksək çirklənməsi zonaları yarandı, bu isə, öz növbəsində qismən və hətta tam regional tənəzzülə səbəb oldu. Bu kimi dəyişikliklərə:

- Yer  əhalisi sayının yüksək artım sürəti (demoqrafik partlayış) və onun urbanizasiyası;

- istehlak artımı və enerji mənbələrinin təmərküzləşməsi;

- sənaye və kənd təsərrüfatı istehsalının intensiv inkişafı;

- nəqliyyat vasitələrindən kütləvi istifadə;

- hərbi məqsədlərə və digər proseslərə xərclərin artımı səbəb oldu.

İnsan və texnosferin qarşılıqlı əlaqəsi. İnsan və ətraf mühit (təbii, istehsalat, şəhər, məişət və s.) daim qarşılıqlı əlaqədədir. Bununla belə insanla təbii mühit ancaq o zaman  ahəngdar inkişaf edir ki, enerji, maddə və informasiya axınları insan və təbii mühit  tərəfindən əlverişli surətdə mənimsənilmə həddindədirlər. Axınların adət edilmiş hədləri açılarsa, bu insana (təbii mühitə) qarşı neqativ təsirlərlə müşayiət edilir. Təbii şəraitdə bu kimi təsirlər iqlimin dəyişməsi və kortəbii halların yaranması zamanı müşahidə edilir.

Texnosfer şəraitində neqativ təsirlər texnosfer elementləri (maşınlar, tikililər və s.) və insan fəaliyyəti ilə şərtləndirilir. Beləliklə, insanla yaşam mühiti arasında qarşılıqlı əlaqə pozitiv, eləcə də neqativ ola bilər və bu əlaqənin xüsusiyyətləri maddə, enerji və informasiya axını ilə müəyyənləşdirilir.

 



Qəzetin çap variantı




Qəzet Azərbaycan Respublikasının Ədliyyə Nazirliyində qeydiyyatdan keçmişdir. Qeydiyyat nömrəsi - 1873.
Təsisçi Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyi.
Bütün hüquqlar qorunur.
© 2009-cu il