2 Sentyabr 2014 -cü il
Azərbaycan Prezidenti İlham Əliyevin Beyləqan rayonuna səfəri         Azərbaycan Prezidenti İlham Əliyev Xalça Muzeyinin açılışında iştirak edib         Fövqəladə hallar naziri Kəmaləddin Heydərov Şirvan şəhərində vətəndaşları qəbul etmişdir         FHN Dövlət Yanğın Nəzarəti Xidməti tərəfindən "Bakı Metropoliteni" QSC-də yanğın təhlükəsizliyi ilə bağlı tədbir keçirilmişdir         "Fövqəladə hallarda özünü necə aparmalı"         "Baş verə biləcək fövqəladə hadisələrin qarşısının alınması və fövqəladə hadisələrin nəticələrinin aradan qaldırılması ilə əlaqədar qarşıda duran vəzifələr" mövzusunda dəyirmi masa keçirilmişdir         Tədbirdə əhalinin mülki müdafiə üzrə hazırlığının təşkili məsələlərinə toxunulmuşdur         "Fövqəladə hallar zamanı davranış və yanğın təhlükəsizliyi qaydaları"         Fövqəladə Hallar Nazirliyinin qurumları arasında atıcılıq üzrə çempionat keçirilib         Təhlükədən qaçmağı bacarmaq lazımdır         Uşaqların təhlükəsizliyi - valideyn məsuliyyəti         Qazdan istifadə zamanı təhlükəsizlik qaydalarına riayət edin!         ELEKTRİK ZƏDƏLƏNMƏSİ         Uşağın əlində kibritin olması faciəyə aparan yoldur         Təbii fəlakətlərdə vətəndaşların məsuliyyəti         Respublika ərazisində baş vermiş hadisələr         DÜNYA: hadisələr, qəzalar, fəlakətlər         
29 Avqust 2014-ci il
N 31 (406)






  Baş səhifə / Xəbərlər

Maarifləndirmə tədbirləri davam etdirilir

Fövqəladə Hallar Nazirliyi Cənub Regional Mərkəzi fevralın 14-də Dövlət Yanğın Nəzarəti Xidmətinin Cənub Regional İdarəsinin və Dövlət Yanğından Mühafizə Xidmətinin Masallı rayon Mühafizə hissəsinin əməkdaşları ilə birgə Masallı rayon Çayqıraq və Dəmirçi kənd orta məktəblərində "Həyatının təhlükəsizliyi sənin öz əlindədir" mövzusu çərçivəsində maarifləndirmə tədbiri keçirmişdir.

Təbliğat xarakterli tədbirlərdə Masallı rayon Təhsil şöbəsinin nümayəndələri, Çayqıraq və Dəmirçi kənd orta məktəblərinin şagirdləri, müəllim kollektivi və valideyinlər iştirak etmişlər.

Tədbirlərdə Mərkəz əməkdaşları "Yanğın, partlayış, zəhərlənmə təhlükəsindən necə mühafizə olunmalı", "Fövqəladə hallarda özünü necə aparmalı", "Respublika ərazisində ehtimal olunan təbii fəlakətlərdən mühafizə üsulları" və "Hansı hallarda "112" qaynar xətlə əlaqə saxlamaq lazımdır?" mövzularında çıxış edərək verilən sualları cavablandırmışlar.

Məktəblilərin fövqəladə hallar sahəsində intellektual səviyyəsini yoxlamaq məqsədilə şagirdlərdən ibarət 3 qrupa "Müxtəlif təbii və texnogen xarakterli fövqəladə hadisələr zamanı hansı davranış qaydalarına əməl olunmalıdır?" mövzusunda suallar paylanılmış, 15 dəqiqə ərzində cavablandırılan suallar Mərkəz əməkdaşları tərəfindən qiymətləndirilmişdir. 

Daha sonra məktəb binalarının təxliyə planlarının mərtəbələr üzrə qaydalara əməl etməklə düzgün hazırlanmasının, yanğın və texniki təhlükəsizlik qaydalarının tələblərinə riayət olunmasına nəzarətin artırılmasının, məktəbin əsas və ehtiyat çıxış qapılarının və zirzəmilərinin daim istifadəyə yararlı vəziyyətdə saxlanılmasının, yararsız vəziyyətdə olan elektrik naqillərinin və avadanlıqlarının yeniləri ilə əvəz olunmasının, eləcə də məktəbin ilkin yanğınsöndürmə vasitələri ilə təchiz olunmasının vacibliyi bir daha məktəb rəhbərliyinin diqqətinə çatdırılmışdır.

Həmçinin, "Hansı hallarda "112" qaynar xətlə əlaqə saxlamaq lazımdır?", "Təbii qazdan istifadə etdikdə ehtiyatlı olun!" və "Zəlzələ vaxtı, ondan əvvəl və sonra özünə və başqalarına kömək etməyi bacar" mövzularında hazırlanmış broşür və vərəqələr tədbir iştirakçılarına paylanılmış, "Dəm qazından zəhərlənmə hallarının yaranma səbəbləri" nə dair videoçarx nümayiş olunmuş və göstərilən materiallarla bağlı tədbir iştirakçılarını maraqlandıran suallar məruzəçilər tərəfindən ətraflı cavablandırılmışdır.

*************

Fevralın 15-də Fövqəladə Hallar Nazirliyi Aran Regional Mərkəzinin əməkdaşları tərəfindən Yevlax rayon 2 saylı orta məktəbində "Yanğın təhlükəsizliyinin təşkili" mövzusunda növbəti maarifləndirmə tədbiri keçirilmişdir.

 Rayonun təhsil işçiləri, məktəbin müəllim və şagird kollektivinin iştirak etdiyi tədbirdə Aran Regional Mərkəzinin fəaliyyəti, fövqəladə hadisələrin növləri, onlardan qorunma təlimatları haqqında tədbir iştirakçılarına məlumatlar verilmişdir. Tədbirdə daha sonra "Dəm qazının yaranması, dəm qazı ilə zəhərlənmə halları və məişət qazından istifadə zamanı təhlükəsizlik qaydaları", "Hansı hallarda "112" xidməti ilə əlaqə saxlamaq lazımdır?" mövzularında çıxışlar dinlənilmişdir. Qeyd olunmuşdur ki, əhali arasında mütəmadi olaraq maarifləndirmə işlərinin aparılmasına baxmayaraq, hələ də yanğın təhlükəsizliyi qaydalarının tələbləri istehlakçılar tərəfindən pozulur, nəticədə dövlətə və mülki şəxslərə maddi ziyan dəyir.

Sonda dəm qazı ilə zəhərlənmə halları və məişət qazından istifadə zamanı təhlükəsizlik qaydaları ilə bağlı videoçarx nümayiş olunmuşdur.

Tədbirdə görüş iştirakçılarını maraqlandıran suallar cavablandırılmışdır.

*************

Fevralın 20-də FHN Sumqayıt Regional Mərkəzi tərəfindən Abşeron rayonu Mehdiabad qəsəbəsi 3 nömrəli tam orta məktəbdə "Fövqəladə hallar zamanı davranış və yanğın təhlükəsizliyi qaydaları" mövzusunda maarifləndirmə tədbiri keçirilmişdir.

FHN Sumqayıt Regional Mərkəzi ilə Abşeron rayon Təhsil Şöbəsinin birgə  keçirdiyi maarifləndirmə tədbirində əsas məqsəd müəllim və şagirdlərin fövqəladə hallar zamanı davranış qaydaları və mülki müdafiə sahəsində biliklərinin artırılmasına, özünə və digərlərinə ilkin tibbi yardımın göstərilməsinə və məktəblərdə baş verə biləcək yanğın və ya partlayış hadisələrinin qarşısının alınması məqsədilə profilaktik tədbirlərin görülməsinə nail olmaqdır.

Tədbirdə Sumqayıt Regional Mərkəzin, Abşeron rayon Dövlət Yanğından Mühafizə İdarəsinin və I Ərazi Dövlət Yanğın Nəzarəti İdarəsinin nümayəndələri, Abşeron rayon Təhsil Şöbəsinin əməkdaşları, məktəbin müəllim və şagirdləri iştirak etmişdir.

Tədbirdə "Fövqəladə hallar zamanı davranış qaydaları", "Yanğın təhlükəsizliyi qaydaları", "Dəm qazından ehtiyatlı olun",  "112" qaynar telefon xətti təhlükəsizliyimizin qarantıdır", "Zərərçəkmiş insanlara ilkin tibbi yardımın göstərilməsi"  mövzularında Mərkəzin əməkdaşları çıxışlar etmişdir.

Daha sonra "Dəm qazı və ya gözəgörünməz qatil" adlı videoçarx və Fövqəladə Hallar Nazirliyinin fəaliyyət istiqamətləri, onun strukturu haqqında sənədli film nümayiş etdirilmişdir. Tədbir iştirakçıları ilə qarşılıqlı fikir mübadiləsi aparılmış, onları maraqlandıran suallar cavablandırılmışdır.

*************

Fevralın 20-də FHN Qarabağ Regional Mərkəzi tərəfindən Ağdam rayon Sosial-İqtisad Kollecində "Yanğın təhlükəsizliyi qaydalarına əməl etmək həyat fəaliyyətimizin təhlükəsizliyinin qarantıdır" mövzusunda nəzəri-praktik tədbir keçirilmişdir.

Tədbirdə Qarabağ Regional Mərkəzinin, Qarabağ Regional Dövlət Yanğın Nəzarəti İdarəsinin, Ağdam rayon Dövlət Yanğından Mühafizə Hissəsinin əməkdaşları, kollecin müəllim-tələbə heyəti iştirak etmişlər.

Tədbirin nəzəri hissəsində Mərkəz əməkdaşları "Fövqəladə hallar nədir? Yanğın. Məişət yanğınları zamanı davranış qaydaları", "Dəm qazı ilə zəhərlənmələr insan həyatı üçün təhlükəlidir", "112" qaynar xətti- təhlükəsizliyimizin qarantı kimi" mövzularında çıxışlar etmişlər. Sonra tələbələri maraqlandıran suallar cavablandırılmış, onlarla fikir mübadiləsi edilmişdir. Nəzəri hissənin sonunda tədbir iştirakçılarına "Dəm qazı nədir? Dəm qazı ilə zəhərlənmiş şəxsə ilkin tibbi yardım qaydaları" adlı bukletlər paylanmışdır.

Daha sonra kollecin həyətinə gətirilmiş "Nissan Patrol" və "İVECO" markalı avtonəqliyyat vasitələri nümayiş etdirilmiş və onların təyinatı, eləcə də istifadə qaydaları haqqında məlumatlar verilmişdir.

Tədbirdə Ağdam rayon Təhsil Şöbəsinin nümayəndəsi, kollecin kollektivi iştirak etmişdir.

*************

Fövqəladə Hallar Nazirliyinin Şimal-qərb Regional Mərkəzi fevralın 20-də Şəki Mərkəzi Rayon Xəstəxanasında "Fövqəladə hallar zamanı davranış və yanğın təhlükəsizliyi qaydaları" və "Qazdan istifadə zamanı təhlükəsizlik qaydalarına riayət edilməsi" mövzularında nəzəri-praktik maarifləndirmə tədbiri keçirmişdir.

Tədbirdə Mərkəz əməkdaşları tərəfindən "Dəm qazından zəhərlənmənin qarşısının alınmasında təbliğatın rolu", "Qazdan istifadə zamanı təhlükəsizlik norma və qaydaları", "Fövqəladə hal və mülki müdafiə", "Yanğın təhlükəsizliyi qaydaları", "Məişətdə baş verən yanğınlar və partlayışlar zamanı xilasedicilər gələnə qədər zərərçəkmişlərə ilkin tibbi yardımın göstərilməsi və onların hadisə zonasından çıxarılması", "Rayonun çoxmərtəbəli və fərdi yaşayış evlərindəki qaz təsərrüfatında təhlükəsizlik tədbirlərinin mövcud vəziyyəti" mövzularında ətraflı məlumatlar verilmiş, o cümlədən dəm qazı haqqında videoçarx nümayiş olunmuşdur.

Tədbirdə, eyni zamanda, FHN-in nümayəndələri və Təcili Tibbi Yardım Stansiyasının əməkdaşları tərəfindən xəstəxana binasında şərti yanğın zamanı xəstələrin və digər yaralıların təxliyyə olunması, binanın yuxarı mərtəbələrində çıxılmaz vəziyyətdə qalanların pəncərələrdən xüsusi alət və avadanlıqlar vasitəsilə xilas edilməsi, yaralılara ilkin tibbi yardım göstərilməsi, yanğının söndürülməsi və lokallaşdırılması tədbirləri nümayiş olunmuşdur.

Tədbirə Şəki rayon Təcili Tibbi Yardım Stansiyasının kollektivi iştirak etmişdir.

 



 24 Oktyabr 2012
Azərbaycanın qazandığı uğurların kökündə hər sahə üzrə düşünülmüş proqramların olmasıdır

 5 Oktyabr 2012
Yeniləşən, daim inkişaf etdirilən xarici siyasət strategiyası Azərbaycanın beynəlxalq nüfuzunu gündən-günə artırır

 16 İyun 2012
15 İYUN MİLLİ QURTULUŞ GÜNÜDÜR
MİLLİ QURTULUŞ GÜNÜN MÜBARƏK, AZƏRBAYCAN!










Qəzet Azərbaycan Respublikasının Ədliyyə Nazirliyində qeydiyyatdan keçmişdir. Qeydiyyat nömrəsi - 1873.
Təsisçi Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyi.
Bütün hüquqlar qorunur.
© 2009-cu il