29 Noyabr 2014 -cü il
Azərbaycan Prezidenti İlham Əliyevin rəsmi qəbulları         Azər­bay­can Pre­zi­den­ti İl­ham Əli­yev Av­ro­pa Olim­pi­ya Ko­mi­tə­si­nin Ba­kı­da ke­çi­ri­lən 43-cü Baş As­samb­le­ya­sı­nın rəs­mi açı­lı­şın­da iş­ti­rak edib         Prezident İlham Əliyev birinci Avropa Oyunlarına hazırlıq işlərinin gedişi ilə tanış olub         Prezident İlham Əliyev Bakı Oksford məktəbinin yeni binasının açılışında iştirak edib         Azər­bay­can Res­pub­li­ka­sı­nın föv­qə­la­də hal­lar na­zi­ri Kə­ma­ləd­din Hey­də­rov Min­gə­çe­vir şə­hə­rin­də və­tən­daş­la­rı qə­bul edə­cək         Azərbaycan Respublikasının fövqəladə hallar naziri Kəmaləddin Heydərov İran İslam Respublikasının sənaye, mədən və ticarət naziri Məhəmməd Rza Nemətzadə ilə görüşmüşdür         FHN-də Avstri­ya Fe­de­ral da­xi­li iş­lər na­zi­ri­nin müa­vi­ni Her­mann Fei­ne­rin rəh­bər­lik et­di­yi nü­ma­yən­də he­yə­ti ilə gö­rüş ke­çi­ril­miş­dir         "Föv­qə­la­də hal­lar, on­la­rın in­ki­şaf di­na­mi­ka­sı və ida­rə olun­ma­sı­nın el­mi-prak­tik as­pekt­lə­ri" möv­zu­sun­da el­mi-prak­tik konf­rans ke­çi­ril­miş­dir         FHN və UNİ­CEF-in "Fə­la­kət ris­ki­nin təh­li­li­nə da­ir ye­kun he­sa­bat­"ı­nın təq­di­ma­tı ol­muş­dur         Azər­bay­can Res­pub­li­ka­sı­nın Föv­qə­la­də Hal­lar Na­zir­li­yi və Res­pub­li­ka Baş Pro­ku­ror­lu­ğu­nun Mət­buat xid­mət­lə­ri­nin mə­lu­ma­tı         Fövqəladə Hallar Nazirliyinin Aparatı və qurumlarında fəaliyyət göstərən Həmkarlar İttifaqı Komitə sədrlərinin növbəti qrupu beş günlük tədris kursunda olmuşdur         Xi­la­se­di­ci böl­mə­lər­lə tak­ti­ki-xü­su­si tə­lim­lə­rin ke­çi­ril­mə­si şəx­si he­yə­tin pe­şə­kar vər­diş­lə­ri­nin tək­mil­ləş­di­ril­mə­si­nə və mə­nə­vi - psi­xo­lo­ji ha­zır­lı­ğın yük­səl­dil­mə­si­nə xid­mət edən amil­lər­dən­dir         Sum­qa­yıt­da ke­çi­ri­lən təd­bir­lər­də şə­hər əha­li­si­nə föv­qə­la­də hal­lar za­ma­nı dav­ra­nış və yan­ğın təh­lü­kə­siz­li­yi qay­da­la­rı izah olun­muş­dur         Ra­yon ic­ra ha­ki­miy­yət­lə­rin­də ke­çi­ri­lən mü­şa­vi­rə­lər­də yan­ğın­la­rın pro­fi­lak­ti­ka­sın­da və yan­ğın ha­di­sə­lə­ri za­ma­nı əha­li­yə düz­gün dav­ra­nış vər­diş­lə­ri­nin aşı­lan­ma­sın­da yer­li ic­ra ha­ki­miy­yə­ti və özü­nüi­da­rəet­mə or­qan­la­rı­nın ro­lu mü­za­ki­rə edil­miş­dir         "Pa­yız-qış möv­sü­mün­də yan­ğın təh­lü­kə­siz­li­yi təd­bir­lə­ri: yer­li ic­ra ha­ki­miy­yə­ti or­qan­la­rı və qu­rum­lar qar­şı­sın­da du­ran və­zi­fə­lər" möv­zu­sun­da se­mi­nar-mü­şa­vi­rə         Qə­rar­gah məş­qin­də FHN Aran Re­gio­nal Mər­kə­zi­nin şəx­si he­yə­ti iş­ti­rak et­miş­dir         Ağ­su­da yan­ğı­na qar­şı təb­li­ğat xa­rak­ter­li təd­bir ke­çir­ilmiş­dir         MAA­RİF­LƏN­DİR­MƏ TƏD­BİR­LƏ­Rİ DA­VAM ET­Dİ­Rİ­LİR         Yarış­da güc­lü­lər qa­lib gə­lir         Res­pub­li­ka əra­zi­sin­də baş ver­miş ha­di­sə­lər         Dünya: hadisələr, qəzalar, fəlakətlər         
28 Noyabr 2014-ci il
N 43 (418)






  Baş səhifə / Faydalı məlumatlar

Reanimasiya

 

Reanimasiya (diriltmə) orqanizmin həyat fəaliyyətinin bərpa edilməsinə və onun terminal (bioloji ölümə yaxın) vəziyyətdən çıxarılmasına yönəldilmiş tədbirlər sistemidir. Terminal vəziyyətə aqoniya ərəfəsi dövrü, aqoniya (canvermə) dövrü və klinik ölüm aiddir.

Aqoniya ərəfəsi dövrü xəstənin son dərəcə ağır vəziyyətdə olması, tənəffüsün, qan dövranının və orqanizmin həyat üçün əhəmiyyətli digər funksiyalarının kobud pozğunluğu ilə xarakterizə olunur. Onun davamiyyəti və klinik mənzərəsinin xüsusiyyətləri xeyli dərəcədə əsas xəstəliyin xarakterindən asılıdır. Belə ki, tənəffüs çatışmazlığının getdikcə artması şəraitində aqoniya ərəfəsi dövrü bir neçə saat çəkə bilər, kəskin "ürək" ölümündə isə belə olmaya bilər.

Aqoniya (canvermə) dövründə şüur, iri arteriyalarının nəbz vurması olmur.  Bu zaman köməkçi əzələlərin və üzün mimiki əzələlərinin (ölümqabağı səciyyəvi ağız-burun əymələrin) iştirakı ilə seyrək və dərin nəfəsalmalarla gedən ağrını tənəffüs pozğunluqları müşahidə olunur.

Klinik ölümün əlamətləri bunlardır: şüurun və reflekslərin (həmçinin buynuz qişa refleksinin) tamamilə olmaması, dərinin və görünən selikli qişaların kəskin surətdə göyərməsi və ya (qanaxmalar zamanı) ağarması; bəbəklərin xeyli genişlənməsi; effektiv ürək qurğularının və tənəffüsün olmaması və dinlədikdə ürək tonlarının eşidilməməsi ürək fəaliyyətinin dayanmasını göstərir (elektrokardioqrafik üsulla kardiomonitor müşahidə zamanı - mədəciklərin fibrilyasiyası və ya kəskin bradiaritmiya təyin edilir, yaxud tam asistoliya olduqda düz xətt qeyd edilir) 10-15 saniyəlik müşahidə ərzində aydın koordinasiyalı (bir-birinə uyğun) tənəffüs hərəkətlərinin təyin edilə bilməməsi effektiv tənəffüsün olmadığını göstərir.

Klinik ölüm halı 4 dəqiqədən 6 dəqiqəyə qədər davam edir. Xəstənin bundan qabaqkı ağır vəziyyəti qan dövranı, xüsusilə mikrosirkulyasiya və toxuma metabolizminin kobud pozğunluqları klinik ölüm müddətini adətən 1-2 dəqiqəyə qədər ixtisar edir. Lakin onun çatması anını bir çox hallarda yəqin təyin etmək mümkün olmur. Buna görə də bioloji ölümün aşkar əlamətləri (meyit ləkələri və s.) olmadıqda xəstə hələ klinik ölüm vəziyyətində hesab edilməlidir.

Reanimasiya tədbirləri kompleksinin həyata keçirilməsinə mümkün olduqca erkən- tənəffüs tamamilə dayanana qədər başlamaq lazımdır. Bu halda reanimasiyanın bilavasitə effekt verməsi, proqnozun uzun müddət üçün əlverişli olması şansı xeyli artır. Klinika praktikasında 6-7 dəqiqə ölüm vəziyyətində olan adamlarda ürək fəaliyyətinin və müstəqil tənəffüsün bərpa edilməsi halları məlumdur. Lakin reanimasiyadan 2-5 sutka keçdikdən sonra bu xəstələrin çoxu ölürdü, sağ qalanlarda isə onları ağır əlillərə çevirən və daimi baxıma ehtiyacı olan kobud nevroloji və psixoloji pozğunluqlar baş verirdi. Buna görə də intensiv terapiyanın öz vaxtında keçirilməsinin əhəmiyyəti böyükdür. Bu cür terapiya olan xəstələrə tibbi, o cümlədən təcili tibbi yardım göstərilməsi daxildir. Bir sıra hallarda intensiv terapiyanın müvəffəqiyyətlə keçirilməsi xəstədə terminal vəziyyətin inkişaf etməsinin qarşısını alır. Bütün reanimasiya tədbirləri pozulmuş qan dövranı, tənəffüs, maddələr mübadiləsi kimi həyat üçün çox əhəmiyyətli funksiyaların bərpa olunmasına yönəldilmişdir. Reanimasiya metodları ölümün irəliləmə mexanizminə görə seçilib təyin edilir və çox vaxt əsas xəstəliyin xarakterindən asılı olmur.

Süni ventilyasiya ancaq yuxarı tənəffüs yollarında maneələr olmadıqda və hava daxiledici sistemin "hermetikliyi" şəraitində effektli olur. Udlaq və qırtlaqda yad cisimlər və qusuntu kütləsi olduqda əvvəlcə onları (barmaqla, sıxaclarla sorma və s. ilə) kənar edib və tənəffüs yollarının keçiricilik qabiliyyətini bərpa edirlər. Sonra xəstənin başını maksimum dala əyirlər ki, bu da dil kökünün və qırtlaq qapağının qabağa çəkilməklə yerini dəyişməsinə və qırtlağın açılmasına səbəb olur. Beləliklə, havanın qırtlaqdan nəfəs borusuna sərbəst daxil olması təmin edilir. Tibb işçisi xəstənin yan tərəfində dayanaraq bir əlilə onun burnunu sıxır, o biri əlilə onun çənəsi altına azca basaraq ağzını açır (ağzın tənzif və ya bint ilə örtülməsi tövsiyə edilir). Sonra dərin nəfəs alır və dodaqlarını fəlakət zədənin dodaqlarına sıxaraq nəfəsini güclü surətdə onun ağzına üfürür. Hava üfürülməsi qurtardıqdan sonra xəstənin dodaqlarını azad edir. Hava üfürülməsi əvvəl yüngül keçir, lakin ağciyərlərə hava dolaraq onlar gərildikcə müqavimət artır.   

(ardı var)

Fövqəladə Hallar Nazirliyinin Tibb Xidməti

 



 19 Sentyabr 2014
REALLIĞA ÇEVRİLƏN ƏFSANƏ

 5 Sentyabr 2014
Azərbaycan Respublikasının yeraltı sularının çirklənmə mənbələri və onlara qarşı mübarizə yolları

 13 İyun 2014
15 İYUN MİLLİ QURTULUŞ GÜNÜDÜR
AZƏRBAYCAN TARİXİNİN ŞANLI QÜRUR SƏHİFƏSİ








Qəzet Azərbaycan Respublikasının Ədliyyə Nazirliyində qeydiyyatdan keçmişdir. Qeydiyyat nömrəsi - 1873.
Təsisçi Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyi.
Bütün hüquqlar qorunur.
© 2009-cu il