ENG     18 Noyabr 2018 -ci il
 
  Aktual
  Xəbərlər
  Cəmiyyət
  Maarifləndirmə
  Hadisə
  Müxtəlif
  Arxiv
9 Noyabr 2018-ci il
N 34 (592)

Əlaqə
Redaksiyanın ünvanı:
.......................................
Bakı şəhəri, Əliyar Əliyev küçəsi 3
.......................................
Tel.: 566 86 70
Faks: 566 86 71
566 86 74
566 86 79






  Baş səhifə / Xəbərlər

FÖVQƏLADƏ HALLAR NAZİRLİYİ AĞSTAFADA TƏLİM MƏŞQLƏRİ KEÇİRMİŞDİR

Sentyabrın 29-da Ağstafada Həsənsu çayı ərazisində Fövqəladə Hallar Nazirliyinin, Xüsusi Dövlət Mühafizə Xidmətinin və bp-nin tədbirlər planına əsasən təlim məşqləri keçirilmişdir.

...Bakı-Tbilisi-Ceyhan neft kəmərinin 18-ci xidmət stansiyasında 2 "partlayış" baş vermişdir. "Ölən" və "yaralananlar" vardır. Kəmərin mühafizəçiləri Fövqəladə Hallar Nazirliyinin "qaynar xəttinə" zəng edirlər. Hadisə yerinə operativ olaraq nazirliyin 2 vertolyotu, yanğınsöndürən maşınları, təcili yardım maşınları və s. texnika ilə yanaşı 200 əməkdaşı da gəlir. Yanğınsöndürən maşınların və vertolyotun köməkliyi ilə "yanğın" söndürülür. Neftin Həsənsu çayına "axan" hissəsinin qarşısı kəsilir. Beləliklə də neftin Kür çayına tökülməsinin qarşısı alınır. Əhali "təhlükəli" ərazilərdən "təcili köçürülür". İki nəfər "ölmüş", 10 nəfər "yaralanmışdır". "Ağır yaralılar" vertolyot vasitəsilə Bakı səhərinə "göndərilir".

Kəmərin "partlayış" baş verən hissələrində "bərpa işləri" tezliklə başa çatdırılır.

Yuxarıda təsvir edilənlər şərti olsa da, Fövqəladə Hallar Nazirliyinin müvafiq qurumlarının şəxsi heyəti yüksək peşəkarlıq nümayiş etdirmişdir.

Təlimin sonunda fövqəladə hallar nazirinin müavini Etibar Mirzəyev bildirmişdir ki, tədbirin məqsədi şəxsi heyətin öyrəndiklərini praktiki olaraq yoxlamaq və bir daha onların peşəkarlığını artırmaq idi.

 



Qəzetin çap variantı




Qəzet Azərbaycan Respublikasının Ədliyyə Nazirliyində qeydiyyatdan keçmişdir. Qeydiyyat nömrəsi - 1873.
Təsisçi Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyi.
Bütün hüquqlar qorunur.
© 2009-cu il