ENG     18 Noyabr 2018 -ci il
 
  Aktual
  Xəbərlər
  Cəmiyyət
  Maarifləndirmə
  Hadisə
  Müxtəlif
  Arxiv
9 Noyabr 2018-ci il
N 34 (592)

Əlaqə
Redaksiyanın ünvanı:
.......................................
Bakı şəhəri, Əliyar Əliyev küçəsi 3
.......................................
Tel.: 566 86 70
Faks: 566 86 71
566 86 74
566 86 79






  Baş səhifə / Xəbərlər

AZƏRBAYCAN PREZİDENTİ İLHAM ƏLİYEVİN TAPŞIRIĞI İLƏ FÖVQƏLADƏ HALLAR NAZİRLİYİ RUSİYADA MEŞƏ YANĞINLARI İLƏ ƏLAQƏDAR BU ÖLKƏYƏ İKİ HELİKOPTER GÖNDƏRMİŞDİR

Azərbaycan Prezidenti İlham Əliyevin tapşırığı ilə Fövqəladə Hallar Nazirliyi (FHN) Rusiyada meşə yanğınları ilə əlaqədar bu ölkəyə iki helikopter göndərmişdir. Avqustun 4-də "KA-32 A" və "Mİ-17-1 V" yanğınsöndürən helikopterləri 19 nəfərlik heyətlə Heydər Əliyev Beynəlxalq Aeroportundan Rusiyaya yola düşmüşdür.

Xatırladaq ki,  Rusiya Federasiyasının 17 subyektində meşə yanğınları davam edir. Hazırda ölkə ərazisində 529 yanğın mənbəyi qeydə alınmışdır. Onlardan 70-i daha böyük ərazini əhatə edir. 155 mindən çox yanğınsöndürən və 25 min texnika, o cümlədən 56 təyyarə və vertolyot alovla mübarizə aparır. Alov yaşayış məntəqələrini və meşələri əhatə etmişdir. Təbii fəlakət nəticəsində həlak olanların sayı 40 nəfəri ötmüşdür.

Rusiya Prezidenti Dmitri Medvedev 7 subyektdə fövqəladə vəziyyət elan etmişdir. Fövqəladə vəziyyət Mari El Respublikasında, Mordoviyada, Vladimir, Voronej, Moskva, Nijeqorodsk və Ryazan vilayətlərində tətbiq edilmişdir. Yanğınlar nəticəsində Rusiya büdcəsinə 6,5 milyard rubl ziyan dəymişdir.

AzərTAc xəbər verir ki, təbii fəlakətlə bağlı Azərbaycan öz köməyini Rusiyaya təklif etmişdir. Bu barədə Rusiya Prezidenti Dmitri Medvedevin qəbulunda fövqəladə hallar naziri Sergey Şoyqu məlumat vermişdir.

D.Medvedev Rusiya ərazisində yanğınların söndürülməsi ilə bağlı Azərbaycan və Ukraynanın yardım təklifinin qəbul edilməsi üçün sərəncam vermişdir.

Uçuş ərəfəsində jurnalistlərə açıqlama verən FHN-in Aviasiya dəstəsinin rəisi, polkovnik Əşrəf Qasımov bildirmişdir ki, Azərbaycan Prezidenti İlham Əliyevin göstərişi ilə bu gün FHN-in Aviasiya dəstəsinə məxsus iki helikopter 19 nəfərlik heyətlə yanğınların söndürülməsində iştirak etmək üçün Rusiyanın Voronej və Lipetsk şəhərlərinə yola düşür.  Helikopterlər yanğınsöndürmə işlərini yerinə yetirəcəklər.

Azərbaycan yanğınsöndürənlərinin Rusiyada olma müddətinin 14 gün nəzərdə tutulduğunu bildirən Əşrəf Qasımov vurğulamışdır ki, ehtiyac olarsa bu müddət artırılacaqdır. Ehtiyac yaranarsa və Rusiya tərəfindən müraciət edilərsə Azərbaycanın Fövqəladə Hallar Nazirliyi əlavə şəxsi heyət və texnika göndərməyə hazırdır. FHN-in qonşu dövlətin istəyinə uyğun olaraq canlı qüvvə və texnika göndərmək imkanına malik olduğunu deyən Ə. Qasımov nazirliyin hazırda yanğınsöndürmə əməliyyatlarında istifadə olunan 1 ədəd "Be-200 ÇS" markalı amfibiya təyyarəyə, 4 ədəd Mi-17 və 2 ədəd Ka-32 tipli helikopterə malik olduğunu söyləmişdir.

Ə.Qasımov onu da demişdir ki, Fövqəladə Hallar Nazirliyinin Aviasiya dəstəsi indiyədək yalnız ölkə ərazisində yanğınsöndürmə əməliyyatlarına cəlb olunmuşdur. Bu gün isə ilk dəfə olaraq ölkə xaricində - Rusiyada meşə yanğınları ilə mübarizə tədbirlərinə qatılır.

 

 



Qəzetin çap variantı




Qəzet Azərbaycan Respublikasının Ədliyyə Nazirliyində qeydiyyatdan keçmişdir. Qeydiyyat nömrəsi - 1873.
Təsisçi Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyi.
Bütün hüquqlar qorunur.
© 2009-cu il