Qəzalar və onların xüsusiyyətləri

Qəzaların təhlili göstərir ki, istehsalatdan asılı olmayaraq bir çox hallarda onlar eyni inkişaf fazalarına malikdir. Adətən qəzalar avadanlıqla bağlı nöqsan və qüsurların qəflətən yaranması və ya tədricən yığılması, istehsalat prosesinin normal gedişatından yayınması nəticəsində baş verir. Bütün bunlar birbaşa qəza yaratmasa da, gələcək qəzaların baş verməsinə zəmin yaradır və bu mərhələ həddən artıq mühüm mərhələdir, çünki məhz bu zaman baş verə biləcək qəzaların qarşısı alına bilər.

İkinci mərhələdə adətən qəzaya təkan verə bilən gözlənilməz bir  hadisə baş verir; bu zaman operatorların təsirli ölçü götürməsi üçün nə imkanı, nə də vasitələri olur.

Beləliklə, bu iki  faktorun  nəticəsi kimi üçüncü - bilavasitə qəza mərhələsi  yaranır.

Qəzaların səbəbləri müxtəlifdir. Bunlar:

- layihələndirmədə qüsurların olması;

- tikinti işlərinin keyfiyyətsiz aparılması və layihədən kənara çıxmalar;

- istehsalatın düşünülməmiş yerləşdirilməsi;

- personalın hazırlıqlı olmaması  və ya intizamsızlığı, səhlənkarlığı nəticəsində texnoloji proses tələblərinin pozulmasıdır.

İstehsalat növündən asılı olaraq sənaye obyektlərində və nəqliyyatda baş verən qəzalar partlayış, kimyəvi təhlükəli və radioaktiv maddələrin tullanması, yanğınların və s. baş verməsi ilə müşayiət edilə bilər.

 

 

Geri
Arxiv

Qəzetin çap variantı

Qəzetin çap variantı

N 16 (658) - 2020-05-23


YÜKLƏ


Əlaqə

Redaksiyanın ünvanı:

Bakı şəhəri, Əliyar Əliyev küçəsi 3

Tel.: 566 86 70
Faks: 566 86 (71, 74, 79)