Yanğına qarşı xüsusi rejim

Yanğın təhlükəsi artdığı hallarda dövlət hakimiyyəti orqanlarının və ya müvafiq yerli ərazi özünüidarəetmə orqanlarının qərarı ilə yanğına qarşı xüsusi rejim müəyyən edilə bilər. Yanğına qarşı xüsusi rejim müddətində qarnizonun hissələrində xidmətin aparılması gücləndirilmiş iş variantına keçirilir. Qarnizonun hissələrində xidmətin aparılmasının gücləndirilmiş iş variantına keçirilməsi qaydaları Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyinin Dövlət Yanğından Mühafizə Xidməti tərəfindən müəyyən edilir.

Gücləndirilmiş iş variantında xidmətin təşkili zamanı müvafiq qrafikə əsasən rəhbər və şəxsi heyətin gecə-gündüz növbəsi təşkil edilir. Mühafizəyə götürülmüş obyektlərin yanğın təhlükəsizliyi vəziyyətinə və xidmətin təşkilinə nəzarət üçün əlavə olaraq gündəlik gecə və gündüz gücləndirilmiş iş variantında xidmət həyata keçirilir.

Gücləndirilmiş iş variantında şəxsi heyət arasında müvafiq izahat işləri aparılır, ehtiyat texnikalar döyüş hesabına qoyulur, döyüş hesabı əlavə şəxsi heyətlə komplektləşdirilir, zərurət yarandıqda xidmətdən azad rəis və şəxsi heyətin toplantısı təşkil edilir. Mühafizəyə götürülmüş obyektlərin yanğınaqarşı mühafizəsinin gücləndirilməsi üçün əlavə tədbirlər həyata keçirilir.

Yanğına qarşı xüsusi rejimdə yaranmış vəziyyətlə əlaqədar qarnizonun xidmətlərinin qüvvə və vasitələrinin yeri dəyişdirilə bilər.

Yanğına qarşı xüsusi rejimdə FHN-nin struktur bölmələri, hərbi hissələr, şəhərin (rayonun, obyektin) həyat təminatı xidmətləri, fövqəladə vəziyyət və təbii fəlakətlərin nəticələrinin aradan qaldırılması üzrə xidmətlərlə qarşılıqlı əlaqələrin qaydaları müəyyənləşdirilir, qarnizonun hissə və bölmələrinin bina və ərazilərinin mühafizəsi gücləndirilir, zəruri olan miqdarda əlavə yanacaq-sürtkü materialları və odsöndürücü vasitələrin ehtiyatı yaradılır və lazım gəldikdə gözətçi (dozor) xidməti təşkil edilir.

FHN Dövlət Yanğından Mühafizə Xidmətinin

İctimaiyyətlə əlaqələr və təbliğat sektoru


 

Baş səhifə
Arxiv

Qəzetin çap variantı

Qəzetin çap variantı

N 16 (658) - 2020-05-23


YÜKLƏ


Əlaqə

Redaksiyanın ünvanı:

Bakı şəhəri, Əliyar Əliyev küçəsi 3

Tel.: 566 86 70
Faks: 566 86 (71, 74, 79)