Aramsız yağan yağışların fəsadları aradan qaldırılır

Son günlər yağan aramsız yağışlar nəticəsində Quba rayonunun Çayqışlaq kəndini iki hissəyə ayıran Şabrançay üzərində yerləşən körpünün uçması ilə bağlı məlumat daxil olub.

Dərhal əraziyə FHN-in aidiyyəti qurumlarının mütəxəssisləri cəlb edilib, Quba Rayon İcra Hakimiyyətinin başçısı Ziyəddin Əliyev, Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin nümayəndələri hadisə yerinə gəlib.

Mütəxəssislər tərəfindən müəyyən edilib ki, körpü keçidi 2017-ci ildə kənd sakinləri tərəfindən primitiv qaydada 2 ədəd uzunluğu 12 metr, eni 1,5 metr olan plitələr üzərində kənddaxili gediş-gəliş məqsədilə quraşdırılıb. Sel nəticəsində blokların altı yuyulub və körpü keçidi çöküb.

Kənd əhalisinin hazırda rayon mərkəzi, eləcə də digər yaşayış məntəqələri ilə gediş-gəlişində bir problem yoxdur. Körpünün tikinti norma və tələblərinə uyğun yenidən inşası üçün məsləhətləşmələr aparılır.

*****

Son günlər intensiv yağan yağışlar nəticəsində Ağstafa rayonunda ikisi Yuxarı Göycəli və biri Tatlı kəndi ərazisində olmaqla Həsənsu çayının üzərində yerləşən ümumilikdə 3 körpünün uçması (qəzalı vəziyyətə düşməsi) barədə məlumat daxil olub.

Dərhal əraziyə Fövqəladə Hallar Nazirliyinin aidiyyəti nümayəndələri cəlb edilib, hadisə yerində müvafiq tədbirlər görülüb.

Müəyyən edilib ki, aramsız yağışlar nəticəsində uçmuş (qəzalı vəziyyətə düşmüş) körpülər yuxarıda adları göstərilən kəndlərdə kənddaxili gediş-gəliş vasitəsi kimi istifadə edilib.

Hazırda həmin kəndlərin rayon mərkəzi və ya digər yaşayış məntəqələri ilə gediş-gəlişində hər hansı problem yoxdur.

Məsələ ilə əlaqədar müvafiq məsləhətləşmələr aparılır.

Geri
Arxiv

Qəzetin çap variantı

Qəzetin çap variantı

N 16 (658) - 2020-05-23


YÜKLƏ


Əlaqə

Redaksiyanın ünvanı:

Bakı şəhəri, Əliyar Əliyev küçəsi 3

Tel.: 566 86 70
Faks: 566 86 (71, 74, 79)