Res­pub­li­ka əra­zi­sin­də baş ver­miş ha­di­sə­lər

••• Bakı şəhərinin Yasamal rayonunda ümumi sahəsi 30 m2 olan köməkçi tikilinin yanar konstruksiyaları və bitişik, ümumi sahəsi 35 m2 olan digər köməkçi tikilinin lambirindən ibarət tavanı 20 m2 sahədə yanıb. Köməkçi tikilinin qalan hissəsi yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.

••• Fövqəladə Hallar Nazirliyinin "112" qaynar telefon xəttinə daxil olan məlumata əsasən, Bakı şəhərinin Nizami rayonunda 1 nəfər bağlı qapı arxasında köməksiz vəziyyətdə qalıb. Çağırış ünvanına cəlb olunan Xüsusi Riskli Xilasetmə Xidmətinin müvafiq xilasetmə qüvvələri mənzilin giriş qapısını açıb və vətəndaşı halsız vəziyyətdə aşkar edərək aidiyyəti üzrə təhvil veriblər.

••• Fövqəladə Hallar Nazirliyinin "112" qaynar telefon xəttinə daxil olan məlumata əsasən, Bakı şəhərinin Binəqədi rayonunda 1 azyaşlı bağlı qapı arxasında köməksiz vəziyyətdə qalıb. Çağırış ünvanına cəlb olunan Xüsusi Riskli Xilasetmə Xidmətinin müvafiq xilasetmə qüvvələri azyaşlını xilas edib və aidiyyəti üzrə təhvil veriblər.

••• Fövqəladə Hallar Nazirliyinin "112" qaynar telefon xəttinə Xaçmaz şəhərində yağan yağışlar nəticəsində şəhərin bəzi ərazilərinin (evlərin zirzəmiləri, həyətyanı sahələr, küçələr) yağış suları ilə dolması barədə məlumat daxil olub. Yağışın törətdiyi fəsadların aradan qaldırılması üçün nazirliyin Şimal Regional Mərkəzindən 11 nəfərdən ibarət canlı qüvvə, 4 motopompa və 2 texnika cəlb olunub.

••• Ağcabədi rayonunun Kəhrizli kəndində ümumi sahəsi 88 m2 olan birmərtəbəli evin mətbəxinin yanar konstruksiyaları və içərisindəki əşyalar 16 m2 sahədə yanıb. Evin qalan hissəsi yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb;

••• Sumqayıt şəhərində "Hyundai" markalı minik avtomobilinin salonu və yük hissəsi yanıb. Avtomobilin qalan hissəsi və yaxınlıqda olan digər avtomobillər yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb;

••• Sumqayıt şəhərində "Land Rover" markalı minik avtomobilinin yanar hissələri yanıb. Yüksək temperaturdan yaxınlıqda dayanan "Hyundai" markalı minik avtomobilinin arxa buferi əriyib. "Hyundai" markalı avtomobilin qalan hissəsi və yaxınlıqda olan digər avtomobillər yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.

 

 

Geri
Arxiv

Qəzetin çap variantı

Qəzetin çap variantı

N 16 (658) - 2020-05-23


YÜKLƏ


Əlaqə

Redaksiyanın ünvanı:

Bakı şəhəri, Əliyar Əliyev küçəsi 3

Tel.: 566 86 70
Faks: 566 86 (71, 74, 79)