Uşaqlara yanğın təhlükəsizliyi qaydalarını öyrədin!

Müasir dövrümüzdə həyat üçün təhlükəli olan şəraitə düşmək ehtimalı olduqca yüksəkdir. Uşaqları gəzintiyə, qonaq və ya məktəbə yola saldıqda ümidvarıq ki, onların həyat və sağlamlıqları üçün  təhlükə yoxdur və heç bir pis hadisə baş verməyəcək.

Təəssuflər olsun ki, statistikanın göstərdiyi kimi, uşaqların günahı üzündən baş vermiş yanğında onların həlak olması heç də nadir hal deyil. Bəs uşaqlar yanğın təhlükəsizliyi haqqında nəyi bilməlidir? Alışma zamanı uşaqlara özünü aparma qaydalarını nə vaxtdan öyrətmək lazımdır? Cavab birdir: kiçik yaşlarından. Məhz o dövrdən ki, uşaqlar öz hərəkət və əməllərini dərk edib başa düşməyə başlayırlar.

Başlıcası, uşaqlar nəyi dərk etməlidirlər:

 - açıq od çox təhlükəlidir;

- onunla çox ehtiyatlı olmaq lazımdır;

- o böyük zərər və ağrı yetirər və ola bilər ki, səni həyatdan məhrum etsin.

Uşaqlar bilməlidirlər:

- nə etmək lazımdir ki, alışma və yanğın baş verməsin və ya baş verdikdə özünü necə aparmalı;

- təlaşa necə düşməməli.

Çox vaxt yanğın baş verən zaman uşaqlar qorxur və gizlənirlər. Bu ondan irəli gəlir ki, uşaqlar nə etmək lazım olduğunu və hansı təhlükənin onu gözlədiyini bilmir. Məlumatsızlıq təlaş yaradır. Başlıcası təlaşa düşməməlidir. Təhlükədən qaçmaq asandır. Əgər sakit və ağıllı hərəkət edirsənsə. Təlaş - həmişə ağıllı çıxış yolu tapmaq qabiliyyətini itirməyə səbəb olur.

Bu vacib məlumatları uşaqlara başa salmaq böyüklərin vəzifəsidir. Başlıcası, bu, sadəcə anlatmaqla, bir oyun növü kimi də ola bilər. Uşaqlar bu lazımi məlumatları aldıqda qorxmamalıdırlar. Qorxu təlaşa səbəb olur.

Ən başlıcası - hər kəs nəyi bilməlidir:

- əgər alışma iki dəqiqədən artıq davam edirsə, həmin yeri tərk etmək lazımdır;

- uşaqlar bilməlidirlər ki, gizlənmək olmaz, bu təhlükəlidir;

- böyüklər bilməlidirlər ki, uşaqları bağlı otaqda tək qoymaq olmaz - bu, faciə ilə nəticələnər.

Yanğın zamanı necə hərəkət etmək lazım olduğunu xatırladırıq:

- baş vermiş yanğın barədə dərhal telefonla ("112", "101") məlumat verin. Yanğınsöndürən çağırdıqda  yaşayış məntəqəsinin və ya rayonun, küçənin adını və eləcə də mənzilin, mərtəbənin ünvanını dəqiq məlumat vermək lazımdır. Nə yandığını izah edin, telefon nömrənizi və kimin zəng vurduğunu söyləyin;

- əgər sizin evinizdə telefon yoxdursa, evdən və ya mənzildən çıxa bilmirsinizsə, "yanğın" deyə qışqıraraq yoldan keçənlərin diqqətini özünüzə cəlb edin;

- əgər alışma mənbəyi böyük deyilsə, dəqiq və inamlı hərəkətlərlə onu söndürmək olar. Mənzilə elektrik və qazın verilişini imkan daxilində dayandırmaq lazımdır.

Unutmayın: evdə yanğını söndürmək üçün hər cür vasitə var - yorğan, cod parça, vedrə və başqa su tutan qablar.

Belə hallarda:

- qapı və pəncərəni açmaq olmaz, çünki təmiz hava axını alovlanmaya zəmin yaradır;

- şəbəkəyə qoşulu elektrik cihazını su ilə söndürmək olmaz. Əgər bu televizordursa, o halda qızmış kineskop partlayaraq sizə xəsarət yetirə bilər. Yorğanla örtməklə və ya qum tökməklə, gül dibçəyinin torpağından istifadə etməklə söndürmək lazımdır.

Əgər yanğının ilk dəqiqələrində siz onunla bacarmırsınızsa, o halda təcili olaraq otağı tərk etməli və insanların çıxmasına kömək etməlisiniz. Dərhal yanğın ərazisindən uşaqları, qocaları, xəstə insanları çıxarmağa başlayın. Birinci növbədə mənzillərdən o insanlar çıxarılır ki, onların həyatı üçün daha çox təhlükə yaranır. Odur ki, ilk olaraq azyaşlı uşaqlar, qocalar, əlillər və eləcə də binanin yuxarı mərtəbəsində yaşayanlar çıxarılır.

Yanğın zamanı tüstü mənzilin yuxarı hissəsinə yığılır, bunun üçün də güclü tüstülənmədə əyilərək və ya döşəməyə uzanaraq burun və ağızı yaş dəsmalla bağlamaq lazımdır . Yanğın baş verərkən alovun zəhərli maddələri isti hava ilə yuxarı qalxır.  Odur ki, hərəkət istiqamətini itirməmək üçün divar boyu iməkləyərək və ya sürünərək çıxışa getmək lazımdır.

Paltar od tutan zaman zərərçəkəni yorğan, gödəkcə, nəm qalın parça ilə bürümək və ya üstünə su tökmək lazımdır. Həmçinin, başınızı qorumaqla yerdə diyirlənərək alovu söndürmək olar.

Əgər pilləkənə tüstü dolubsa, həmin sahənin qapısını kip bağlayaraq, pilləkən qəfəsindəki pəncərəni açın, yaxud da şüşəsini sındırın ki, tüstü çıxaraq təmiz hava axını əraziyə daxil olsun. Tüstü dolmuş dəhlizdən və ya pilləkəndən çıxmağa cəhd etməyin (tüstü çox zəhərlidir), isti qaz ağ ciyərinizi yandıra bilər.

Əgər pilləkəndə alov və ya güclü tüstü varsa, qabaqcadan qapını lazımi qaydada bərkidərək pəncərəyə yaxınlaşın,  yaxud eyvana çıxaraq yoldan ötənlərin diqqətini özünüzə cəlb edin. Eyvandan düşmək üçün bayır tərəfdən divara bərkidilmiş stasionar və siyirtməli nərdivandan istifadə etmək lazımdır.

Binanın yuxarı mərtəbələrinin pəncərələrindən özünüzü atmayın, nəticədə xəsarət ala bilərsiniz. Güclü qaz iyi gələn sahənin qapı və pəncərələrini dərhal açmaq lazımdır. Kibrit və elektrik işığını yandırmaq olmaz, belə ki, kiçicik qığılcım partlayışa və yanğına səbəb ola bilər. Qaz  açarını bağlamaq və qəza xidmətini çağırmaq lazımdır.

Mənzilinizdə və ya binanın başqa bir hissəsində yanğının başlayıb-başlamamasından asılı olmayaraq, telefonla yanğınsöndürmə xidmətini xəbərdar edin. Düşünməyin ki, bunu başqaları artıq ediblər.

Heç bir vaxt yanğın təhlükəsini unutmayın və ümüd etməyin ki, sizin başınıza oxşar hadisə gələ bilməz.

 

 

Geri
Arxiv

Qəzetin çap variantı

Qəzetin çap variantı

N 16 (658) - 2020-05-23


YÜKLƏ


Əlaqə

Redaksiyanın ünvanı:

Bakı şəhəri, Əliyar Əliyev küçəsi 3

Tel.: 566 86 70
Faks: 566 86 (71, 74, 79)