Ekstremal şəraitlərin insanlara təsiri

İnsan və təbiətin qarşılıqlı təsirinin pozulması nəticəsində yaranan emosional gərginliyin dinamikası və xarakteri bəzi özünəməxsus xüsusiyyətləri ilə normal şəraitdə yaranan gərginlikdən fərqlənir. Bu özünəməxsusluğu öyrənib belə şəraitlərdə fəaliyyət göstərən insanların əmək fəaliyyətinin düzgün qurulmasına çalışmaq lazımdır.

Bundan başqa insan və təbiətin qarşılıqlı təsir  sisteminin özü emosional gərginlik yaradan faktor rolunda çıxış edə bilər. Yəni emosional gərginlik ekstremal faktorların insana təsirinin nəticəsi kimi yaranır. Onun dərindən öyrənilməsi xoşagəlməz faktorların insana təsirinin bütün sisteminin öyrənilməsi üçün vacibdir.

Emosional gərginliyin normal səviyyəsi insanlara öz ehtiyat imkanlarını səfərbər edib çətinliyin öhdəsindən gəlməyə kömək edir. Uzun müddətli gərginlik isə fəaliyyət prosesinə məni təsir göstərib sinir - emosional sarsıntıyadək gətirib çıxara bilər.

Ekstremal vəziyyətlərə məruz qalmış insanlar müxtəlif zədələyici faktorların təsirinə məruz qalırlar. Buna görə də bu cür şəraitlərin psixogen təsiri yalnız bilavasitə təhlükənin insan həyatına təsiri nəticəsində deyil, dolayısıyla onun gözləntisinin reallaşması zamanı da yaranır. Məlumatlar var ki, qəflətən baş verən həyati təhlükəli ekstremal vəziyyətlərə məruz qaldıqdan sonra insanların bir çoxu fiziki zədəyə məruz qalmadıqda belə əmək qabiliyyətini itirir. Qəflətən baş verən həyati təhlükəli hadisədən sonra yaranan ilk emosiya qorxu hissi olur. Fəlakətin tədricən  inkişafı zamanı isə həyəcan yaranır. Bu isə gələcəkdə şəxsiyyətin dekompensasiyasının və uzunmüddətli nevrotik pozuntuların yaranmasına səbəb olur.  Fəlakətlər və ya qəzalardan sonra hadisə yerində olan insanların bir çoxunda xoşagəlməz şəraitlərə qarşı yüksəlmiş reaksiyalar qeyd edilir.

Ümumiyyətlə, təbii fəlakətlərin baş vermə riski yüksək olan rayonlarda insanların psixososial reaksiyaları öyrənilməlidir. Müvafiq psixoloji yardım xidmətləri layıhələndirilməli və qiymətləndirilməlidir. Ekstremal hallarda əhaliyə terapevtik və psixoloji yardım metodları işlənib hazırlanmalıdır.

 

 

 

Geri
Arxiv

Qəzetin çap variantı

Qəzetin çap variantı

N 16 (658) - 2020-05-23


YÜKLƏ


Əlaqə

Redaksiyanın ünvanı:

Bakı şəhəri, Əliyar Əliyev küçəsi 3

Tel.: 566 86 70
Faks: 566 86 (71, 74, 79)