Məişətdə təhlükəsizlik tədbirləri

Bəzən insanlar öz səhlənkarlığı ucbatından təhlükəli vəziyyətlərə düşürlər. Bu isə çox vaxt yaşadığımız mənzildə baş verir.

Səbəb isə bundadır ki, evimizi elementar təhlükəsizlik yoxlamasından keçirməyə  səhlənkar yanaşırıq və qarşısı bəsit vasitələrlə alına biləcək təhlükələrə diqqət yönəltmirik. Araşdırmalar nəticəsində məlum olmuşdur ki, insanların güclü yanıq zədələrinin çox hissəsi məişət zəminində baş verir. Sadə təhlükəsizlik qaydalarına lazımi diqqət yetirmədiyimizdən müxtəlif travmalar alma təhlükəsi ilə üzləşirik.

Yanıq zədələrinə səbəb ola biləcək vəziyyətlərdən uzaq olmaq üçün aşağıdakı tövsiyələrə diqqət yetirin:

- İçərisində qaynar maye olan qazanlara nəzarət etmək lazımdır.

- İri qazanları plitənin mərkəzinə yaxın qoyun.

- Alovun yaxınlığında alışqan maddələrdən istifadə etməyin.

- Masa arxasında oturan uşaqlara qaynar bulyon və ya hər hansı maye  verməyin. Bu ciddi yanıqlara səbəb ola bilər.

- Hamamda vannanı doldurarkən birinci soyuq, sonra isti suyu açın.

- Kimyəvi turşu və qələvilərlə ehtiyatlı olun.

Unutmayın ki, neylon parçadan olan paltar tez bir zamanda alışır, onu çıxarmağa cəhd edəndə isə dəriyə  yapışır və yaranı daha da dərinləşdirir. Pambıq paltarlar isə nisbətən gec yanır, həmçinin partlayışdan yaranan yanıqdan qoruya bilir.

Məişətdə bəzi ev alətlərindən istifadə edirik ki, onların da istifadəsi zamanı  bəzən travmalar alırıq. Bu səbəbdən:

- Çörək, ət və ya hər hansı bir ərzağı bıçaqla diqqətli, fikrinizi yayındırmadan kəsin. Ani bir dalğınlıq ciddi kəsik yarasına səbəb ola bilər.

- Donmuş ət və ya ərzaqları bir az buzunun əriməsini gözlədikdən sonra kəsməyə başlayın.

- Şüşənin kövrəkliyini nəzərə alaraq güzgü və şüşədən olan əşya və qablarla ehtiyatlı olun.

Hərdən mənzildə bəzi əşyaların sabit yeri olmur. Bir sıra hallarda yerləri dəyişdirilən və ya yeni qoyulan əşya və avadanlıqlar yerində sabit oturmur və düşərək, ətrafına və insanlara zədə yetirə bilir. Bu səbəbdən sizi əhatə edən ev əşyalarının yerinə nəzarət edin.

Evdə yarana biləcək ekstremal vəziyyət üçün  ilkin yardımın göstərilməsi məqsədilə dərman qutusu saxlayın. 

Geri
Arxiv

Qəzetin çap variantı

Qəzetin çap variantı

N 16 (658) - 2020-05-23


YÜKLƏ


Əlaqə

Redaksiyanın ünvanı:

Bakı şəhəri, Əliyar Əliyev küçəsi 3

Tel.: 566 86 70
Faks: 566 86 (71, 74, 79)