FHN-in "112" qaynar telefon xəttinə psixoloji yardımla bağlı müraciətlər daxil olur

Məlumat verildiyi kimi, ölkəmizdə mövcud karantin rejimində psixoloji problemlər yaşayan vətəndaşlarımıza dəstək olmaq məqsədilə cari ilin 8 aprel tarixindən etibarən Fövqəladə Hallar Nazirliyinin "112" qaynar telefon xətti vasitəsilə nazirliyin psixoloqları tərəfindən təcili psixoloji yardımın göstərilməsi təşkil olunub.

24 saat fasiləsiz fəaliyyət göstərən telefon xəttində FHN-in xüsusi hazırlıqlı 12 nəfər psixoloqu işləyir. Fəaliyyət göstərdiyi 15 gün ərzində psixoloji yardımla bağlı Bakı şəhəri və respublikanın müxtəlif regionlarından qaynar xəttə 550-yə qədər müraciət daxil olub. Müraciətlər, əsasən, COVID-19 infeksiyasına yoluxma qorxusu yaşayan, yaşlı valideynlərinə görə narahatçılıq, gərginlik keçirən, təşviş içərisində olan insanlardan daxil olub. Müraciət edənlər içərisində iş həyatına alışmış və hazırda gündəlik rejimini düzgün, səmərəli bölüşdürməkdə çətinlik çəkən insanlar da az deyil.

Qeyd edək ki, psixoloji yardımın təşkil olunmasında əsas məqsəd çətin vəziyyətdə olan insanların yanında olmaq, onları psixoloji problemləri ilə tək qoymamaq, mənəvi dəstək olmaq, karantin rejiminə uyğunlaşmağa kömək etməkdən ibarətdir. Zəng edən şəxslər göstərilən yardıma görə öz təşəkkürlərini bildirirlər.

 

 

Geri
Arxiv

Qəzetin çap variantı

Qəzetin çap variantı

N 16 (658) - 2020-05-23


YÜKLƏ


Əlaqə

Redaksiyanın ünvanı:

Bakı şəhəri, Əliyar Əliyev küçəsi 3

Tel.: 566 86 70
Faks: 566 86 (71, 74, 79)