FHN Mətbuat xidmətinin məlumatı

Koronavirus (COVID-19) pandemiyasının ölkəmizdə yayılmasının qarşısının alınması məqsədilə tətbiq edilən xüsusi karantin rejimi qaydalarına ciddi əməl olunmaqla "Evdə qal!" kampaniyası çərçivəsində Fövqəladə Hallar Nazirliyi müxtəlif tədbirlər həyata keçirir.

Növbəti belə tədbir FHN-in Cənub Regional Mərkəzi tərəfindən Lənkəran rayonunda həyata keçirilib. Belə ki, aprel ayının 11-də Regional Mərkəz əməkdaşları tərəfindən Lənkəran şəhəri və rayonun müxtəlif kəndlərində yaşayan bir sıra ailələrə baş çəkilib, onlara yardım göstərilib. Kampaniya çərçivəsində yaşı 65-dən yuxarı olan, o cümlədən tənha və ahıl insanlara, aztəminatlı ailələrə ərzaq bağlamaları paylanılıb.

Görüş zamanı nazirliyin əməkdaşları ailələrdə maarifləndirici söhbətlər apararaq, xüsusi karantin rejiminin qaydalarına riayət olunmasının vacibliyindən də danışıblar.

 

Geri
Arxiv

Qəzetin çap variantı

Qəzetin çap variantı

N 16 (658) - 2020-05-23


YÜKLƏ


Əlaqə

Redaksiyanın ünvanı:

Bakı şəhəri, Əliyar Əliyev küçəsi 3

Tel.: 566 86 70
Faks: 566 86 (71, 74, 79)