Kurslarda fövqəladə hadisələrdən mühafizə üsulları haqqında ətraflı məlumat verilib

FHN-in Şimal-qərb və Gəncə Regional mərkəzlərində 2020-ci il üçün mülki müdafiə kurslarının komplektləşdirmə planına əsasən "Gənclərin çağırışaqədərki hazırlığı üzrə rəhbərlər", Şimal Regional Mərkəzində isə "Xilasetmə manqa komandirləri" kateqoriyaları üzrə regional mülki müdafiə kursları keçirilib.

Kurslarda, baş vermiş və ya baş verə biləcək fövqəladə hadisələrdən mühafizə üsulları, fövqəladə hadisə zamanı davranış qaydaları, fərdi və kollektiv mühafizə vasitələrindən istifadə qaydaları, mülki müdafiə qüvvə və vasitələrinin idarə olunması üzrə bacarıqlarının təkmilləşdirilməsi ilə bağlı məlumatlar verilib, həmçinin xilasetmə alət və avadanlıqlardan istifadə qaydası əyani şəkildə izah edilib.

Kursların sonunda proqramı müvəffəqiyyətlə başa vurmuş dinləyicilərə müvafiq şəhadətnamələr təqdim olunub.

 

Geri
Arxiv

Qəzetin çap variantı

Qəzetin çap variantı

N 10 (652) - 2020-03-20


YÜKLƏ


Əlaqə

Redaksiyanın ünvanı:

Bakı şəhəri, Əliyar Əliyev küçəsi 3

Tel.: 566 86 70
Faks: 566 86 (71, 74, 79)