Tədbirlərdə yanğın təhlükəsizliyi qaydaları haqqında ətraflı danışılıb

Martın 10-da FHN-in Dövlət Yanğın Nəzarəti Xidmətinin Qarabağ regional Dövlət Yanğın Nəzarəti İdarəsi Bərdə rayon Qazıqurdalı kənd həkim məntəqəsində, Füzuli rayon Yeni Azərbaycan Partiyasının inzibati binası və Beyləqan şəhərində yerləşən sahibkarlıq obyektində, Şimal-qərb regional Dövlət Yanğın Nəzarəti İdarəsi Zaqatala şəhər Heydər Əliyev Mərkəzində, Şimal regional Dövlət Yanğın Nəzarəti İdarəsi Siyəzən şəhər Heydər Əliyev Mərkəzində, Muğan regional Dövlət Yanğın Nəzarəti İdarəsi isə Salyan Rayonlararası Vərəm Əleyhinə Xəstəxanada maarifləndirmə tədbirləri keçirib.

Tədbirlərdə "Dəm qazı təhlükəsi", "Məişətdə yanğın təhlükəsizliyi", "112" qaynar xətti"nə nə vaxt zəng etməli?", "Odsöndürənlərdən istifadə qaydası" mövzularında çıxışlar edilib, həmçinin adıçəkilən müəssisələrdə yanğın təhlükəsizliyi qaydaları haqqında ətraflı məlumat verilib. Toplantılarda, həmçinin ərazinin daim təmiz vəziyyətdə saxlanmasının, normativ sənədlərə uyğun ilkin yanğınsöndürmə vasitələri ilə təmin edilməsinin, yanğın zamanı insanların binadan köçürülməsi planlarının hazırlanmasının zəruriliyi vurğulanıb, ilkin yanğınsöndürmə vasitələrindən istifadə qaydaları əyani nümayiş etdirilib.

Tədbirlərdə yanğına qarşı təbliğat işində istifadə olunması üçün "Vətəndaşların nəzərinə", "Yanğın zamanı davranış qaydaları" mövzularında yaddaş vərəqələri və bukletlər paylanıb.

 

 

Geri
Arxiv

Qəzetin çap variantı

Qəzetin çap variantı

N 10 (652) - 2020-03-20


YÜKLƏ


Əlaqə

Redaksiyanın ünvanı:

Bakı şəhəri, Əliyar Əliyev küçəsi 3

Tel.: 566 86 70
Faks: 566 86 (71, 74, 79)