Şəxsi heyətin peşəkar hazırlığının yüksəldilməsi və praktiki vərdişlərə yiyələnməsinə xüsusi diqqət yetirilir

Respublika ərazisində baş verə biləcək təbii və texnogen hadisələrin qarşısının alınması və nəticələrinin aradan qaldırılması məqsədi ilə Fövqəladə Hallar Nazirliyi Mülki müdafiə qoşunlarının bütün hərbi hissələrində çevik əməliyyat qrupları fəaliyyət göstərir.

Mülki müdafiə qoşunlarının hazırlıq planına uyğun olaraq çevik əməliyyat qrupları ilə mütəmadi olaraq ixtisas, taktiki-xüsusi, xüsusi, mühəndis, radiasiya və kimyadan mühafizə hazırlığı, psixoloji və xüsusi tibbi hazırlıq məşğələləri təşkil olunub keçirilir. Təcrübəli zabitlər tərəfindən çevik əməliyyat qrupu ilə hərbi hissələrdə olan mühəndis, kimya, tibbi, döyüş hazırlığı siniflərində yüksək səviyyədə təşkil edilən məşğələlərdə şəxsi heyətə xilasetmə işlərinin aparılması zamanı istifadə olunan mexanizasiya vasitələrinin texniki-taktiki xüsusiyyətləri, istifadə qaydaları, ilk tibbi yardımın göstərilməsi, kimyəvi təyinatlı obyektlərdə xilasetmə işlərinin aparılmasının xüsusiyyətləri, mühəndis qurğuları və protexniki vasitələrlə iş zamanı davranış qaydaları öyrədilir.

Xilasedicilərə peşəkar xüsusiyyətlərin aşılanması, onların professional vərdişlərinin və texniki vasitələrdən məharətlə və səriştəli istifadə etmə bacarıqlarının yüksəldilməsi bu məşğələlərin əsas hədəfidir. Odur ki, məşğələlərdə əsas diqqət şəxsi heyətin peşəkar hazırlığının yüksəldilməsi və praktiki vərdişlərə yiyələnməsinə yönəldilir.

FHN-in Mülki müdafiə qoşunlarının

Şəxsi heyətlə iş üzrə şöbəsi


Geri
Arxiv

Qəzetin çap variantı

Qəzetin çap variantı

N 10 (652) - 2020-03-20


YÜKLƏ


Əlaqə

Redaksiyanın ünvanı:

Bakı şəhəri, Əliyar Əliyev küçəsi 3

Tel.: 566 86 70
Faks: 566 86 (71, 74, 79)