FHN-in əməkdaşı üzgüçülük üzrə Açıq Respublika Qış çempionatında qalib gəlib

27-29 fevral tarixlərində Su idman sarayında Bakı Şəhər Gənclər və İdman Baş İdarəsi və Azərbaycan Üzgüçülük Federasiyasının təşkilatçılığı ilə Açıq Respublika Qış çempionatı keçirilib.

Yarışda 3 ölkədən - Azərbaycan, Rusiya və Gürcüstandan olan 200-ə yaxın idmançı öz qüvvəsini sınayıb. FHN-in İdman-Sağlamlıq Mərkəzinin əməkdaşı İdman-təlim şöbəsinin inspektoru Boris Kirillov yüksək nəticə göstərərək kişilər arasında 50 metrə arxası üstə üzmədə 1-ci yer və 50 metrə sərbəst üzmədə 3-cü yerə layiq görülüb. Qalibə Azərbaycan Üzgüçülük Federasiyasının, Bakı şəhər Gənclər və İdman Baş İdarəsinin diplomu təqdim olunub.

 

Geri
Arxiv

Qəzetin çap variantı

Qəzetin çap variantı

N 10 (652) - 2020-03-20


YÜKLƏ


Əlaqə

Redaksiyanın ünvanı:

Bakı şəhəri, Əliyar Əliyev küçəsi 3

Tel.: 566 86 70
Faks: 566 86 (71, 74, 79)