FHN-in İdman-Sağlamlıq Mərkəzinin idmançısı Dünya kubokunda mükafat qazanıb

22-23 fevral tarixində Gürcüstanın Tbilisi şəhərində Cüdo üzrə böyüklər arasında Dünya kuboku keçirilib. 14 ölkədən 200-dən çox idmançının mübarizə apardığı yarışda iştirak edən Fövqəladə Hallar Nazirliyinin İdman-Sağlamlıq Mərkəzinin idmançısı Rövşən Səfərov mərkəzin məşqçi müəllimi Fərid Ağakişiyevin rəhbərliyi altında yüksək nəticə göstərərək 90 kq çəki dərəcəsində yarışın gümüş medalına layiq görülüb.

Qeyd edək ki, Rövşən Səfərov 2020-ci ildə Yaponiyanın Tokio şəhərində keçiriləcək Yay Olimpiya Oyunlarına lisenziya xalını qazanıb.

 

 

Geri
Arxiv

Qəzetin çap variantı

Qəzetin çap variantı

N 10 (652) - 2020-03-20


YÜKLƏ


Əlaqə

Redaksiyanın ünvanı:

Bakı şəhəri, Əliyar Əliyev küçəsi 3

Tel.: 566 86 70
Faks: 566 86 (71, 74, 79)