Azərbaycan qadınının cəmiyyətdəki mövqeyi layiqli və möhkəmdir

Azərbaycan qadını tarix boyu ləyaqətini uca tutaraq öz mübarizliyi ilə tanınıb, qadınlarımız ölkənin ictimai-siyasi, mədəni həyatında fəal iştirak edib, Vətənin müdafiəsində və dövlətin idarə olunmasında daim fədakarlıq nümayiş etdirməklə yanaşı döyüş meydanlarında da şücaət göstəriblər. Dövlət müstəqilliyimizin bərpasından sonra Azərbaycan qadını milli dövlət quruculuğu prosesinin fəal iştirakçısına çevrilib, ölkəmizin sosial-iqtisadi və mədəni potensialının artırılması üçün dəyərli töhfələr veriblər.

Ulu öndər Heydər Əliyevin ölkəmizin inkişafında, bu çərçivədə dövlət qadın siyasətinin formalaşmasında və həyata keçirilməsində mütərəqqi siyasəti möhtərəm Prezidentimiz İlham Əliyev cənabları tərəfindən layiqli şəkildə davam etdirilir. Dövlətimizin başçısının rəhbərliyi altında bərqərar olan demokratik mühit ölkə qadınlarının zəngin potensialının gerçəkləşdirilməsi üçün əlverişli zəmin yaratmışdır.

Azərbaycanda qadın hərəkatından və ümumilikdə qadınların cəmiyyət həyatındakı fəallığından söz açarkən yada düşən ilk nümunə Azərbaycan Respublikasının Birinci vitse-prezidenti Mehriban xanım Əliyevanın fəaliyyətidir. Azərbaycan qadını üçün səciyyəvi olan humanizm, qayğıkeşlik və insanpərvərlik kimi ali mənəvi keyfiyyətlər Mehriban xanım Əliyevanın şəxsiyyətində parlaq təcəssümünü tapıb. Birinci vitse-prezident Mehriban xanım Əliyevanın rəhbərliyi ilə milli maraqlarımıza xidmət edən və ənənələrimizi yaşadan çoxlu sayda böyük layihələrin uğurla icra olunması Azərbaycan qadınının mərhəmət və xeyirxahlığının, zəngin mənəvi-intellektual və yüksək əxlaqi dəyərlərə malik olduğunun bariz nümunəsidir.

Qadınlarımız həyatın bütün sahələrində olduğu kimi, Fövqəladə Hallar Nazirliyinin qurumlarında da öz fədakar əməyi ilə cəmiyyətdə təqdirəlayiq xidmətlər göstərirlər.

Yanğınların qarşısının alınması, söndürülməsinin təşkili, qəza-xilasetmə işlərinin aparılması istiqamətində Fövqəladə Hallar Nazirliyi Dövlət Yanğından Mühafizə Xidmətinin qarşısında duran vəzifələrin icra olunmasında da onlarla xanım əməkdaş layiqli töhfələr verirlər. Xidmətin mərkəzi aparatında, hissə və bölmələrində kadr, dəftərxana, maliyyə işləri ilə yanaşı xanım əməkdaşlarımız əsasən yanğından mühafizə qurumlarının rabitə sahəsində təmsil olunur və səmərəli fəaliyyət göstərirlər.

Yanğın yerindən məlumatların toplanması, yanğının, qəzanın, digər fövqəladə halın baş verdiyi yer haqqında məlumatların dəqiqləşdirilməsi və onların müvafiq vəzifəli şəxslərə verilməsi, hadisə yerinə müvafiq qüvvələrin səfərbər olunması, yanğın, qəza, təbii fəlakət yerlərinə yanğından mühafizə ilə qarşılıqlı əlaqəsi olan xidmətlərin göndərilməsi, onlarla operativ rabitənin saxlanılması, yanğın və qəzalar haqqında verilən məlumatların tam dolğunluqla araşdırılması və s. kimi vacib işlərin keyfiyyətli şəkildə icra olunmasında Dövlət Yanğından Mühafizə Xidmətinin rabitə sahəsində çalışan qadın əməkdaşlarının diqqətəlayiq xidmətləri vardır. Sutkalıq iş rejimində xidmət edən rabitəçi xanımlar gün ərzində onlarla zəng qəbul edərək operativ əlaqənin yaradılmasını, yanğın avtomobillərinin yanğın yerinə göndərilməsini, yanğınlar haqqında məlumatların toplanmasını və s. təmin edirlər.

Daxili xidmət polkovnik-leytenantı Sevda Zeynalova, daxili xidmət polkovnik-leytenantı Arzu Heydərova, daxili xidmət mayoru Yelena Serebrennikova, daxili xidmət kapitanı Nargilə Hüseynova, daxili xidmət baş leytenantı Fəridə Cəbiyeva, daxili xidmət baş leytenantı Sona Əhmədova, daxili xidmət leytenantı Aytəkin Abbasova,  daxili xidmət çavuşu Elnarə Cəbrayılova, daxili xidmət leytenantı Gülnarə Həsənova, daxili xidmət çavuşu Füruzə Axundova, daxili xidmət çavuşu Jalə İsmayilova, daxili xidmət çavuşu Jalə Nəcəfli, daxili xidmət baş çavuşu Esmira Vəliyeva, daxili xidmət çavuşu Xədicə Məmmədli, daxili xidmət kiçik çavuşu Nazilə Ağayeva kimi təcrübəli əməkdaşlar xidməti vəzifələrin öhdəsindən layiqincə gələrək kollektivdə dərin hörmət qazanıblar.

Əminliklə qeyd edə bilərik ki, bu gün Fövqəladə Hallar Nazirliyinin qurumlarında, o cümlədən yanğından mühafizə sahəsində çalışan əməkdaşlarımıza da Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Azərbaycan qadınının cəmiyyətdəki roluna verdiyi yüksək qiymətdən pay düşür: "Məmnuniyyət hissi ilə qeyd etmək istəyirəm ki, müstəqil Azərbaycanın qazandığı bütün böyük uğurlarda qadınların misilsiz xidmətləri vardır. Respublikamızda bir an belə ara verməyən hazırkı quruculuq işlərində ölkə xanımları tariximizin hər bir mərhələsində olduğu kimi bu gün də çox yaxından iştirak edir, ictimai-siyasi, sosial-iqtisadi, elmi-mədəni proseslərin fəal iştirakçısı olaraq vətənimizin yüksəlişinin təmin edilməsinə töhfələrini əsirgəmirlər".

Hikmət Xudiyev,

Fövqəladə Hallar Nazirliyinin Dövlət Yanğından

Mühafizə Xidmətinin İctimaiyyətlə əlaqələr və təbliğat sektorunun rəisi,

daxili xidmət polkovniki

Geri
Arxiv

Qəzetin çap variantı

Qəzetin çap variantı

N 16 (658) - 2020-05-23


YÜKLƏ


Əlaqə

Redaksiyanın ünvanı:

Bakı şəhəri, Əliyar Əliyev küçəsi 3

Tel.: 566 86 70
Faks: 566 86 (71, 74, 79)