Zaman itkisinin minimuma endirilməsi üçün...

Çoxillik təcrübələr göstərir ki, insanların ilk növbədə sağlamlığının və mülkünün yanğından qorunmasında yanğın barədə bildirişlərin avtomatik xəbər verilməsini təmin edən avtomatik siqnalizasiya qurğularının müstəsna əhəmiyyəti vardır. Bu dünya təcrübəsi Azərbaycanda inkişaf mərhələsindədir. İri şəhərlərdə avtomatik yanğın xəbərverici siqnalizasiya qurğularının qurulması dərəcəsi yüksək olsa da, respublikamızın rayon və şəhərlərində bu miqyas arzuolunan səviyyədə deyildir.

Qeyd etdiyimiz kimi, avtomatika sistemləri yanğın haqqında məlumatı yanğından mühafizə hissələrinə ötürərək yanğınların söndürülməsində müstəsna əhəmiyyətə malik olan zaman itkisinin minimuma endirilməsi, yanğınların yayılmasına imkan verilməməsi naminə mümkün qədər daha çox insanın xəbərdar edilməsi üçün optik və akustik siqnallarla məlumatın ötürülməsini təmin etməkdir.

Respublikamızın lisenziyalı fəaliyyət göstərən, avtomatik siqnalizasiya sistemlərinin quraşdırılması ilə məşğul olan müəssisələrinin yanğın haqqında siqnalların yanğından mühafizə hissələrinə avtomatik rejimdə anında xəbər verən mərkəzləşmiş bir sisteminin yaradılması olduqca əhəmiyyətlidir. Bu sistem, yəni Mərkəzi Monitorinq Xidməti hələlik yalnız Bakı şəhərində xidmət göstərməyə imkan verən bir müəssisədə qurulmuşdur. Mükəmməl avtomatik siqnalizasiya sisteminin qurulması mərhələli şəkildə həyata keçirilməkdədir.

Bu gün şəhər və rayonlarımızda qurulan avtomatik yanğın xəbərverici siqnalizasiya qurğularının işə düşməsi zamanı verdikləri optik və akustik həyəcan siqnalları ilə yalnız sahibkarların özlərini, onların obyektlərinin mühafizəçilərini, obyektin qonşuluğundakı sahibkar və sakinləri, yanğın baş verən zaman hadisə yerinin yaxınlığından keçənlərin xəbərdar olmasına xidmət edir. Yəni, Mərkəzi Monitorinq Xidmətinə qoşulmayan avtomatik yanğın xəbərverici siqnalizasiya sistemləri də müstəsna fayda verməkdədir. Lakin obyektlərdə və ya evlərdə quraşdırılmış avtomatik yanğın xəbərverici siqnalizasiya qurğularının sözügedən Mərkəzi Monitorinq Xidmətinə qoşulması təmin edilərsə, insanın iştirakı olmadan yanğın barədə məlumat dərhal yanğından mühafizə hissəsinə ötürülər, yanğınsöndürənlər həmin ünvana yollanaraq hadisənin qarşısını tez bir zamanda almış olarlar.

Elnur Babayev

 FHN-in Dövlət Yanğın Nəzarəti Xidmətinin şöbə rəisi,

daxili xidmət polkovniki 

 

 

Geri
Arxiv

Qəzetin çap variantı

Qəzetin çap variantı

N 16 (658) - 2020-05-23


YÜKLƏ


Əlaqə

Redaksiyanın ünvanı:

Bakı şəhəri, Əliyar Əliyev küçəsi 3

Tel.: 566 86 70
Faks: 566 86 (71, 74, 79)