Maarifləndirmə tədbirləri davam etdirilir

Fövqəladə Hallar Nazirliyinin Bakı Regional Mərkəzi Binəqədi rayon 143 nömrəli tam orta məktəbində "Fövqəladə hallarla bağlı davranış qaydaları" mövzusunda tədbir keçirib.

Tədbirin işində Bakı Regional Mərkəzinin, Dövlət Yanğın Nəzarəti, eləcə də Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət xidmətlərinin əməkdaşları iştirak edib.

Bakı Regional Mərkəzinin əməkdaşları tərəfindən "Fövqəladə halların təsnifatı", "Zəlzələ zamanı davranış qaydaları", "Torpaq sürüşməsi zamanı davranış qaydaları", "112" qaynar xətti", Dövlət Yanğın Nəzarəti Xidmətinin nümayəndəsi tərəfindən "Məişətdə yanğın zamanı davranış qaydaları", "Dəm qazı", "Odsöndürən balonlardan istifadə", Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinin əməkdaşı tərəfindən isə "Çimərliklərdə təhlükəsizlik qaydaları" mövzularında çıxışlar edilib, mövzulara aid maarifləndirici videoçarxlar nümayiş olunub.

***

Fövqəladə Hallar Nazirliyinin Aran Regional Mərkəzi Kürdəmir rayon Xırdapay kənd tam orta məktəbində "Fövqəladə hallarla bağlı davranış qaydaları" mövzusunda maarifləndirmə tədbiri keçirib.

Toplantıda Aran Regional Mərkəzinin əməkdaşları, məktəbin müəllim və şagirdləri iştirak edib.

Tədbirdə "Fövqəladə halların təsnifatı", "Zəlzələ zamanı necə davranmalı?", "Sel və daşqınlar zamanı davranış qaydaları", "Odsöndürücü balonlardan istifadə qaydaları", "Məişətdə yanğın", "Dəm qazı təhlükəsi və "112" qaynar xətti" mövzularında çıxışlar olub. Mövzular fotoslaydların müşayiəti ilə təqdim edilib və hər təqdimatdan sonra mətnə aid videoçarxlar nümayiş olunub.

Sonda iştirakçılara təhlükəsizlik qaydaları ilə bağlı hazırlanmış kitabçalar paylanılıb və suallar cavablandırılıb.

***

Fövqəladə Hallar Nazirliyinin Şimal-qərb Regional Mərkəzinin təşkilatçılığı və Şimal-qərb Regional Dövlət Yanğın Nəzarəti İdarəsinin iştirakı ilə Qəbələ rayonu E.Kərimoğlu adına Soltannuxa kənd tam orta məktəbində "Fövqəladə hallarla bağlı davranış qaydaları" mövzusunda maarifləndirmə tədbiri keçirilib.

 Tədbirdə məktəbin kollektivi iştirak edib. Dinləyicilərə "Zəlzələ", "Dəm qazı", "Məişətdə yanğın zamanı davranış qaydaları", "Sel və daşqın", "Odsöndürücü balondan istifadə qaydaları" və "112 qaynar xətti" haqqında geniş məlumatlar verilib. Sonda mövzulara dair suallar cavablandırılıb, məktəbə "Fövqəladə hallarla bağlı əsas davranış qaydaları" adlı maarifləndirici kitabçalar təqdim edilib.

***

FHN-in Qarabağ Regional Mərkəzi Tərtər rayonu Əskipara kənd tam orta məktəbində "Fövqəladə hallarla bağlı davranış qaydaları" mövzusunda maarifləndirmə tədbiri keçirib.

 Görüşdə müəllim və şagirdlərin fövqəladə hallarla bağlı davranış qaydaları və mülki müdafiə sahəsində biliklərinin artırılması, məktəblərdə baş verə biləcək yanğın və ya partlayış hadisələrinin qarşısının alınması üçün profilaktik tədbirlərin görülməsi məqsədilə təşkil edilib. 

Toplantıda "Zəlzələ", "Dəm qazı", "Güclü küləklər zamanı davranış qaydaları" mövzularında məlumatlar verilib, "112" qaynar xəttinə müraciət qaydaları açıqlanıb, videoçarxlar nümayiş etdirilib. Sonda kollektivi maraqlandıran suallar cavablandırılıb, maarifləndirici çap materialları paylanıb.

 Maarifləndirmə tədbirində Tərtər rayon Təhsil şöbəsinin əməkdaşları, məktəbin kollektivi və ictimaiyyət nümayəndələri iştirak edib.

***

Fövqəladə Hallar Nazirliyinin Gəncə Regional Mərkəzi Göygöl rayonu, E.Bayramov adına Topalhəsənli kənd tam orta məktəbinin müəllim və şagird  kollektivi ilə "Fövqəladə hallarla bağlı davranış qaydaları" mövzusunda maarifləndirmə tədbiri təşkil edib.

Tədbirdə Gəncə Regional Dövlət Yanğın Nəzarəti İdarəsinin əməkdaşları da iştirak edib.

Tədbirdə zəlzələ, "112" qaynar telefon xətti, dəm qazı, yanğınlar, odsöndürən balonlardan istifadə qaydaları haqqında geniş məlumat verilib, mövzulara aid slaydlar, videoçarxlar nümayiş olunub.

***

Fövqəladə Hallar Nazirliyinin Muğan Regional Mərkəzi Şirvan şəhər 10 saylı tam orta məktəbində "Fövqəladə hallarla bağlı davranış qaydaları" mövzusunda maarifləndirmə tədbiri keçirib.

Mərkəzin əməkdaşları tərəfindən fövqəladə hal anlayışı, təbii fəlakətlər, sel, daşqın, zəlzələ, yanğın təhlükəsizliyi, meşə yanğınları, su hövzələrində insanların təhlükəsizliyi, dəm qazından zəhərlənmənin profilaktikası, "112" qaynar xətti və sair mövzularda geniş məlumat verilib, mövzulara aid videoçarxlar nümayiş olunub.

Baş səhifə
Arxiv

Qəzetin çap variantı

Qəzetin çap variantı

N 19 (661) - 2020-06-26


YÜKLƏ


Əlaqə

Redaksiyanın ünvanı:

Bakı şəhəri, Əliyar Əliyev küçəsi 3

Tel.: 566 86 70
Faks: 566 86 (71, 74, 79)