Kiçikhəcmli gəmi sürücülərinə təhlükəsizlik qaydaları izah edilib

Fövqəladə Hallar Nazirliyinin Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidməti FHN-in Bakı Regional Mərkəzinin əməkdaşları ilə birgə Xəzər rayonunun Buzovna qəsəbəsində kiçikhəcmli gəmi istifadəçiləri üçün maarifləndirmə tədbiri keçirib.

"Kiçikhəcmli gəmilərin təhlükəsiz istismarı" mövzusunda keçirilən tədbirdə kiçikhəcmli gəmi istifadəçilərinə bu tip gəmilərin təchizat avadanlıqlarının minimum normalarının tələbləri və təhlükəsiz istismar qaydaları barədə ətraflı məlumat verilib. Həmçinin həmin gəmilərin qanunvericiliklə nəzərdə tutulmuş qaydada dövlət qeydiyyatına alınması, texniki baxışdan keçirilməsi və gəmi sürmək hüququ üçün sürücülük vəsiqələrinin alınmasının vacibliyi diqqətə çatdırılıb.

Eyni zamanda kiçikhəcmli gəmi sürücüləri naviqasiya cihazları, fərdi xilasedici vasitələr və həmin vasitələrdən istifadə qaydaları haqqında da maarifləndirilib.

Sonda tədbir iştirakçılarına maarifləndirici broşürlər paylanılıb.

 

Baş səhifə
Arxiv

Qəzetin çap variantı

Qəzetin çap variantı

N 19 (661) - 2020-06-26


YÜKLƏ


Əlaqə

Redaksiyanın ünvanı:

Bakı şəhəri, Əliyar Əliyev küçəsi 3

Tel.: 566 86 70
Faks: 566 86 (71, 74, 79)