Mülki müdafiə kursları keçirilib

Fövqəladə Hallar Nazirliyinin Gəncə Regional Mərkəzində 2020-ci il üçün mülki müdafiə kurslarının komplektləşdirmə planına əsasən, "Gənclərin çağırışaqədərki hazırlığı üzrə rəhbərlər" kateqoriyası üzrə mülki müdafiə kursları keçirilib.

Dinləyicilərə əhalinin baş verə biləcək fövqəladə hadisələrdən mühafizə üsulları, fərdi və kollektiv mühafizə vasitələrindən istifadə qaydaları, idarəetmə orqanlarının əhalinin mühafizəsi sahəsində rolu və  zərərçəkmişlərə ilk tibbi yardımın göstərilməsinə dair məşğələlər keçirilib. Həmçinin mülki müdafiə qüvvə və vasitələrinin idarə olunması üzrə bacarıqlarının təkmilləşdirilməsi, habelə mülki müdafiə sahəsində vəzifələrin yerinə yetirilməsi mövzuları da diqqət mərkəzində olub. Mövzular fotoslaydların müşayiəti ilə təqdim edilib.

Sonra dinləyicilər xüsusi xilasetmə avadanlıqları ilə yaxından tanış olub, kollektiv mühafizə qurğusu olan sığınacağa baxış keçiriblər.

Sonda kursları müvəffəqiyyətlə başa vurmuş dinləyicilərə şəhadətnamələr təqdim edilib.

*****

Fövqəladə Hallar Nazirliyinin Qarabağ Regional Mərkəzində  "Rəhbər heyət və mütəxəssislərin mülki müdafiə və fövqəladə hadisələrdən mühafizəsi üsullarının hazırlanması" proqramı əsasında "Təlim-tədris işləri üzrə direktor müavinləri" kateqoriyası üzrə növbəti mülki müdafiə kursları keçirilib.

Mərkəzin xidməti ərazilərini əhatə edən rayonların məktəblərində çalışan direktor müavinləri üçün keçirilən kurslar "2020-ci il üçün Mülki müdafiə kurslarının dinləyicilərlə komplektləşdirmə planı"na əsasən təşkil edilib.

Məşğələlər zamanı mövzulara aid fotoslayd və videoçarxlar nümayiş etdirilib, dinləyicilər xüsusi xilasetmə avadanlaqları və onların iş prinsipi ilə yaxından tanış olublar.

Sonda kursları uğurla başa vurmuş dinləyicilərə şəhadətnamələr verilib.

 

Baş səhifə
Arxiv

Qəzetin çap variantı

Qəzetin çap variantı

N 10 (652) - 2020-03-20


YÜKLƏ


Əlaqə

Redaksiyanın ünvanı:

Bakı şəhəri, Əliyar Əliyev küçəsi 3

Tel.: 566 86 70
Faks: 566 86 (71, 74, 79)