Gənc əsgərlərin hərbi andiçmə mərasimi

Fevralın 8-də Fövqəladə Hallar Nazirliyinin Mülki müdafiə qoşunlarında  gənc əsgərlərin andiçmə mərasimi keçirilib.

Azərbaycan Respublikasının Dövlət himninin sədaları altında Dövlət bayrağı meydana gətirilib. Bölüklər şəklində tribunanın önündə düzülən gənc əsgərlər  Vətəni layiqincə qoruyacaqlarına, əsgəri borclarına şərəflə əməl edəcəklərinə and içiblər.

Andiçmə mərasimi başa çatdıqdan sonra tədbir olub. Mərasim iştirakçılarını salamlayan hərbi hissə komandiri andın əhəmiyyətini vurğulayıb  və ümidvar olduğunu bildirib ki, gənc əsgərlər nümunəvi xidməti, təlim-tərbiyəsi ilə əsgəri borcunu şərəflə yerinə yetirəcək, bir xilasedici kimi baş verə biləcək fövqəladə hallar zamanı zərərçəkmiş əhalinin xilas edilməsi üçün əllərindən gələni əsirgəməyəcək, dövlətimizə və dövlətçiliyimizə sadiq qalacaq, Ali Baş Komandan İlham Əliyevin bütün əmrlərini sözsüz yerinə yetirəcəklər.

Çıxış edən valideynlər Azərbaycanın suverenliyinin, ərazi bütövlüyünün etibarlı şəkildə qorunmasında Azərbaycan Silahlı Qüvvələrinin xüsusi rolu olduğunu vurğulayaraq, bu əlamətdar günün yaratdığı xoş ovqatla ən xoş arzularını dilə gətiriblər.

Çıxış edən gənc əsgərlər mərasim iştirakçıları qarşısında söz veriblər ki, Vətənimizə, xalqımıza layiqli əsgər olacaq, hərbi anda həmişə sadiq qalacaq və verilən tapşırıqları sözsüz yerinə yetirəcəklər.

Hərbi orkestrin sədaları altında gənc əsgərlər təntənəli şəkildə tribuna önündən keçdikdən sonra onların valideynlərlə görüşü təşkil edilib.

FHN-in Mülki müdafiə qoşunlarının

 Şəxsi heyətlə iş üzrə şöbəsi


Baş səhifə
Arxiv

Qəzetin çap variantı

Qəzetin çap variantı

N 19 (661) - 2020-06-26


YÜKLƏ


Əlaqə

Redaksiyanın ünvanı:

Bakı şəhəri, Əliyar Əliyev küçəsi 3

Tel.: 566 86 70
Faks: 566 86 (71, 74, 79)