Fövqəladə Hallar Nazirliyi işçilərinin Həmkarlar İttifaqı "Yeni koronavirus xəstəliyi" mövzusunda tədbir keçirib

Fevralın 12-də Fövqəladə Hallar Nazirliyi işçilərinin Həmkarlar İttifaqı FHN-nin Bakı Regional Mərkəzinin akt zalında FHN-nin aparatı, regional mərkəzləri və qurumlarında fəaliyyət göstərən həmkarlar ittifaqı komitəsi sədrlərinin iştirakı ilə proflaktik maarifləndirmə tədbiri keçirib.

Tədbirdə Azərbaycan Respublikası Baş Nazirinin sərəncamı ilə təsdiq olunmuş "Azərbaycan Respublikasında yeni koronavirus (2019-nCOV) xəstəliyinin yayılmasının qarşısının alınmasına dair Fəaliyyət Planı" diqqətə çatdırılıb.

Maarifləndirmə tədbirində çıxış edən Fövqəladə Hallar Nazirliyi işçilərinin Həmkarlar İttifaqının sədri Mehman İsmayılov xəstəliyin simptomları və onun yayılmasının qarşısının alınması yolları, xüsusən əhali arasında bu xəstəliyin proflaktikası məqsədilə sanitariya-maarifləndirmə işinin həyata keçirilməsində həmkarlar ittifaqının rolu və qarşıda duran vəzifələr barədə geniş məlumat verib.

Mehman İsmayılov hökumət tərəfindən təsdiq olunmuş "Fəaliyyət Planı"ndan irəli gələrək Fövqəladə Hallar Nazirliyinin qarşısında qoyulmuş vəzifələri diqqətə çatdırıb.

İttifaqın sədri tərəfindən FHN-nin aparatı, regional mərkəzləri və qurumlarında fəaliyyət göstərən həmkarlar ittifaqı komitəsi sədrlərinə tövsiyə olunub ki, hər bir həmkarlar komitəsi bu xəstəliklə bağlı proflaktik maarifləndirmə tədbirləri təşkil edərək ittifaqa üzv olan əməkdaşları vəzifə səlahiyyətləri çərçivəsində yeni koronavirus xəstəliyi barədə məlumatlandırsınlar.

***

FHN Bakı Regional Mərkəzində şəxsi heyətin iştirakı ilə "Koronavirus"la bağlı maarifləndirmə tədbirində isə Respublika Gigiyena və Epidemiologiya Mərkəzinin Sanitar-gigiyena şöbəsinin rəisi Ziyəddin Kazımov çıxış edərək şəxsi gigiyena qaydaları, kəskin respirator infeksiyalı xəstəliklərə yoluxma yolları və onlara qarşı profilaktik tədbirlər barədə ətraflı məlumat verib, sualları cavablandırıb.

Tədbirin sonunda virusla bağlı maarifləndirici yaddaş vərəqələri paylanılıb.

 

 

Baş səhifə
Arxiv

Qəzetin çap variantı

Qəzetin çap variantı

N 19 (661) - 2020-06-26


YÜKLƏ


Əlaqə

Redaksiyanın ünvanı:

Bakı şəhəri, Əliyar Əliyev küçəsi 3

Tel.: 566 86 70
Faks: 566 86 (71, 74, 79)