FHN rəhbərliyi vətəndaşların qəbulunu keçirib

Azərbaycan Respublikasının Fövqəladə Hallar naziri Kəmaləddin Heydərov Yevlax şəhərində Yevlax rayonunun sakinlərinin, həmçinin bu rayonda məskunlaşmış məcburi köçkünlərin qəbulunu keçirib.

Fövqəladə Hallar naziri tərəfindən qəbul edilən vətəndaşların müraciətlərinin bir çoxu yerindəcə öz həllini tapıb, bir sıra məsələlərlə bağlı qanunvericiliyə uyğun dərhal zəruri tədbirlərin görülməsi barədə aidiyyəti strukturların rəhbərlərinə tapşırıqlar verilib.

Bundan əlavə, Fövqəladə Hallar nazirinin müavini Ragim Lətifov Mingəçevir  şəhərində Mingəçevir şəhərinin, Fövqəladə Hallar nazirinin müavini Orucəli Hacıyev Ağdaş şəhərində Ağdaş rayonunun sakinləri və həmin şəhər və rayonda məskunlaşmış məcburi köçkünləri qəbul edib.

 

 

Geri
Arxiv

Qəzetin çap variantı

Qəzetin çap variantı

N 10 (652) - 2020-03-20


YÜKLƏ


Əlaqə

Redaksiyanın ünvanı:

Bakı şəhəri, Əliyar Əliyev küçəsi 3

Tel.: 566 86 70
Faks: 566 86 (71, 74, 79)