Fövqəladə Hallar Nazirliyi işçilərinin Həmkarlar İttifaqının təşkilatçılığı ilə anım tədbirləri keçirilib

Yanvarın 17-də Fövqəladə Hallar Nazirliyi işçilərinin Həmkarlar İttifaqının təşkilatçılığı ilə 20 Yanvar faciəsinin 30-cu ildönümü münasibətilə Fövqəladə Hallar Nazirliyinin "İzotop" xüsusi kombinatının akt zalında tədbir keçirilib.

20 Yanvar şəhidlərinin əziz xatirəsinin bir dəqiqəlik sükutla anılması ilə başlayan tədbirdə çıxış edən "İzotop" xüsusi kombinatının direktoru Fikrət Aslanov, mərkəz rəisi Cahangir Qulamov və digər natiqlər xalqımızın başına gətirilən bu qanlı faciə haqqında fikirlərini bildirərək, 20 yanvarda baş verənlərin ölkəmizin azadlıq tarixinə qızıl hərflərlə yazıldığını qeyd edib, şəhidlərimizin qəhrəmanlıq salnaməsinin heç zaman unudulmayacağını vurğulayıblar. 

20 Yanvar faciəsi haqqında iştirakçılara geniş məlumat verən FHN işçilərinin Həmkarlar İttifaqının sədri Mehman İsmayılov çıxışında bu faciəyə ilk hüquqi-siyasi qiyməti ulu öndər Heydər Əliyevin verdiyini qeyd edərək, 20 yanvar hadisələri haqqında həqiqətlərin dünya ictimaiyyətinə çatdırılması və faciə qurbanlarının xatirəsinin əbədiləşdirilməsi üçün ölkə başçısı cənab İlham Əliyevin rəhbərliyi ilə təsirli tədbirlər görüldüyünü bildirib.

Həmin gün Fövqəladə Hallar Nazirliyi işçilərinin Həmkarlar İttifaqının təşkilatçılığı ilə 20 Yanvar faciəsinin 30-cu ildönümü münasibətilə Fövqəladə Hallar Nazirliyinin Sumqayıt Regional Mərkəzinin akt zalında da anım tədbiri keçirilib.

Əvvəlcə, 20 Yanvar şəhidlərinin əziz xatirəsi bir dəqiqəlik sükutla anılıb.

Sonra tədbiri ilk olaraq giriş sözü ilə FHN Sumqayıt Regional Mərkəzinin rəisi polkovnik Adil Hacıyev açaraq 1990-cı il 20 Yanvar hadisələrinə tarixi nəzər salıb.

Daha sonra Fövqəladə Hallar Nazirliyi işçilərinin Həmkarlar İttifaqının sədri Mehman İsmayılov 20 Yanvar faciəsi haqqında geniş məlumat verib və qədirbilən Azərbaycan xalqının öz azadlıq və istiqlal qəhrəmanlarının xatirəsini hər zaman əziz tutacağını vurğulayıb.

 

 

Baş səhifə
Arxiv

Qəzetin çap variantı

Qəzetin çap variantı

N 05 (647) - 2020-02-14


YÜKLƏ


Əlaqə

Redaksiyanın ünvanı:

Bakı şəhəri, Əliyar Əliyev küçəsi 3

Tel.: 566 86 70
Faks: 566 86 (71, 74, 79)