FHN-in Muğan Regional Mərkəzində "Həyəcan" və "Toplanış" siqnalı zamanı şəxsi heyətin fəaliyyəti yoxlanılıb

FHN-in Muğan Regional Mərkəzində "Həyəcan" və "Toplanış" siqnalı zamanı şəxsi heyətin fəaliyyəti üzrə məşq keçirilib.

Məşqin keçirilməsində əsas məqsəd şəxsi heyətin fövqəladə hallara operativ reaksiyavermə üzrə hazırlıq səviyyələrinin yoxlanılması, struktur bölmələrinin fövqəladə hal şəraitində birgə fəaliyyətlərinin uzlaşdırılmasının məşq etdirilməsi, şəxsi heyətdə yüksək mənəvi-psixoloji keyfiyyətlərin aşılanması olub.

Məşqə Mərkəzin hərbi qulluqçuları, xüsusi rütbəli əməkdaşları və mülki işçiləri cəlb olunub. Şərti olaraq, Mərkəzin struktur bölmələrinin fövqəladə hadisə barədə xəbərdar edilməsi, "Həyəcan" siqnalı ilə qaldırılması, "Toplanış" yerinə gəlməsi və fövqəladə hadisənin nəticələrinin aradan qaldırılmasına hazırlıq vəziyyəti yoxlanılıb.

 

 

Baş səhifə
Arxiv

Qəzetin çap variantı

Qəzetin çap variantı

N 05 (647) - 2020-02-14


YÜKLƏ


Əlaqə

Redaksiyanın ünvanı:

Bakı şəhəri, Əliyar Əliyev küçəsi 3

Tel.: 566 86 70
Faks: 566 86 (71, 74, 79)