Yanğına qarşı əməliyyat şəraitinin qiymətləndirilməsi məqsədilə təlim və maarifləndirmə işləri davam etdirilir

Dövlət Yanğın Nəzarəti Xidmətinin ərazi və regional Dövlət Yanğın Nəzarəti idarələrinin Dövlət Yanğından Mühafizə Xidmətinin müvafiq struktur bölmələri ilə birgə hündürmərtəbəli yaşayış komplekslərində, iri ticarət obyektlərində "Şərti yanğın" həyəcan siqnalı verilərək, yanğın avtomobili cəlb edilməklə yanğın su hovuzlarının və hidrantların vəziyyəti, eləcə də yanğın avtomobillərinin su mənbələrinə yaxınlaşa bilməsi və ümumilikdə ərazidəki yanğına qarşı əməliyyat şəraitinin qiymətləndirilməsi məqsədilə təlim və maarifləndirmə işlərini davam etdirirlər.

Belə ki, 2019-cu il ərzində respublika üzrə ümumilikdə 283 ünvanda, o cümlədən 129 yaşayış kompleksində, 33 iri ticarət müəssisəsində və insanların kütləvi toplaşdıqları 121 digər müxtəlif təyinatlı obyektlərdə şərti yanğın həyəcanı verilərək əraziyə yanğınsöndürmə avtomobilləri çağırılıb.

Vətəndaşlara yanğın baş verərkən davranış qaydaları izah edilib, yanğınların faciəyə səbəb olmaması üçün görülməsi vacib olan ilkin tədbirlər izah olunub.

Rast gəlinən əsas çətinlik törədən səbəblər-binaların girişində icazəsiz şlanqbaumların quraşdırılması, şəxsı nəqliyyat vasitələrinin harada gəldi park edilməsi səbəbindən yanğınsöndürmə avtomobillərinin su hovuzlarından su götürə bilməməsi, binalardakı daxili yanğın kranlarının yanğın şlanqları və lülələri ilə tam dəstləşdirilməməsi, bəzi obyektlərin ilkin yanğınsöndürmə alət və vasitələrlə, o cümlədən odsöndürənlərlə təmin olunmaması, könüllü yanğın dəstələrinin yaradılmaması və yanğınların faciəyə səbəb olmaması üçün görülməsi vacib olan digər tədbirlər yanğın təhlükəsizliyinə cavabdeh şəxslərə izah olunub.

Tədbirlər zamanı əhali arasında təbliğat xarakterli maarifləndirici söhbətlər aparılıb, müşahidə edilən nöqsanlarla bağlı aidiyyəti müəssisə rəhbərlərinə müvafiq məzmunlu məktublar ünvanlanıb.

Dövlət Yanğın Nəzarəti Xidməti bu istiqamətdə işlərini davam etdirir.

FHN DYNX-nin Yanğına qarşı

təbliğat şöbəsi

 

 

Baş səhifə
Arxiv

Qəzetin çap variantı

Qəzetin çap variantı

N 27 (669) - 2020-09-17


YÜKLƏ


Əlaqə

Redaksiyanın ünvanı:

Bakı şəhəri, Əliyar Əliyev küçəsi 3

Tel.: 566 86 70
Faks: 566 86 (71, 74, 79)